Bayram günü
29 iyun 2011
10:56
Üzünün rəngi çəhrayıya çalan, saralmış ağ pambıq şalvar, mavi köynək, boğazına çəhrayı cib dəsmalı bağlanmış, təpəsində bapbalaca həsir papağı olan yekəpər bir kişi. Gitara çalır. Ağ kətan ayaqqabıda, sınmış qanada bənzəyən şlyapası sifətinin çox hissəsini gizlətmiş cavan oğlan fleytanı üfürür və ipli çəkmələri olan hündürboy bir gənc skripkadan uzun, əyri-üyrü, axıcı notları çıxarır. Onların çöhrəsində təbəssüm belə yoxdur, amma ciddiyyətdən də uzaqdırlar. Meyvə dükanının qarşısında günün altında çəhrayı hörümçəyəbənzər əl gitarada, üstündə firuzə qaşlı bürünc üzüyü olan balaca büzüşmüş əl tərs fleytada çalır, skripkaçının əli isə skripkanı mişarlayır sanki.
Camaat yığışır, hərənin əlində banan-apelsin, kimisi qabığını soyur, kimisi başqası ilə bölüşür. Bir cavan qızın əlidə düz bir səbət çiələk var, amma onları yemir. “Qəşəng deyillər bəyəm?!” – deyərək o, üstü nöqtələnmiş balaca meyvələrə elə baxır ki, sanki onlardan qorxur. Avstraliyalı əsgər gülməyə başlayır. “Nə durmusan?! Bircə ovuc meyvədir də”. Amma o heç özü də istəmir ki, qız meyvəni yesin. Çünki qızın balaca qorxmuş sifətinə və əsgərə yönəlmiş çaşqın gözlərinə baxmaq onun xoşuna gəlir. “Çox dəyərlidirlər!” – qız deyir.
Əsgər sinəsini irəli verib qımıldanır. Velvet korsaj geymiş kök qadın, iri şlyapalarda, hündürdaban ayaqqabılar və çit paltarlarda cavan gəlinlər, hərbi geyimdə olan kişilər, dənizçilər, fəqir ofis işçiləri, çiyinləri hündürləşdirilmiş pencəklər və geniş şalvarlarda olan əla geyimli gənc yəhudilər, mavi geyimli “xəstəxana oğlanları” – günəş hamını işıqlandırır, yüksək, enerjili musiqi isə onları bir anlığa bir yerə toplayaraq düyünləyir. Gənclər zaraft edir, bir-birini itələyir, hiyləbazlıq edir, dirsəkləyir, yaşlılar isə öz aralarında təxminən belə söhbətlər edirlər: “Mən də dedim ki, ürəyin həkim istəyir, get, özün çağır.”
“Bişib qurtardıqdan sonra heç bir ovuc da qalmamışdılar...”
Sakit duran təkcə cır-cındırda olan uşaqlardır. Onlar musiqiçilərə bacardıqları qədər yaxın dayanırlar, əlləri arxada, gözləri geniş açılmış. Bəzən ayağını, ya da əlini tərpədən olur. Balaca bir araqarışdıran yorğun halda ətrafına iki kərə baxıb dəbdəbə ilə oturur, sonra yenə ayağa qalxır.
Balaca bir qız əlini ağzına tutub pıçıldayır: “Necə də gözəldir!”
Musiqi isə valehedici hissəciklərə bölünür, sonra yenidən birləşir və yenidən parçalanır və əriyib gedir. Camaat da təpə ilə üzüyuxarı qalxaraq dağılışmağa başlayır. Dönəcəkdə piştaxtalar qoyulub.
“Bıçaqlar. Bıçağın biri iki pens. Kim istəyir? Uşaqlar, kimə bıçaq lazımdır?” Naqil tutacaqlı kiçik bıçaqlar. Əsgərlər onları həvəslə alırlar.
“Quşları qorxutmaq üçün uyuq alın. Biri iki pens”.
“Tullanan uzunqulaq alın. Özü də diridir”.
“Əla saqqız var. Bir şey alın, uşaqlar”.
“Çiçək alın. Xanıma gül alın. Xanımlar, bəlkə, gül?”
“Lələk. Lələk”. Onlardan imtina etmək çətindir. Gözəl lələklər, zümrüdü yaşıl rəngdə, qıpqırmızı, açıq mavi, sarı rəngdə. Hətta körpə uşaqların da papaqlarına lələk taxırlar.
Başına üçkünc kağız papaq qoymuş yaşlı bir qadın isə elə çığırır ki, sanki bu onun tamaşadakı son sözüdür, elə bil, bu cür çığırmaqla ya özünü xilas edəcək, ya da kişi aktyoru özünə gətirəcəkdi: “Üçkünc papaq al, əzizim və başına qoy”.
Qəribə bir gündür, yarıgünəşli, yarıküləkli. Günəş çəkiləndə kölgə ətrafda uçur, yenidən çıxanda aləm od tutub yanır. Kişilərlə qadınlar günəşin onların kürəklərini, sinələri və qollarını necə yandırdığını hiss edirlər, bədənlərinin necə böyüdüyünü, dirildiyini duyurlar... Ona görə də qollarını açıb kimisə qucaqlamağa cəhd göstərirlər, qızların üstünə yıxılırlar və gülüşə qərq olurlar.
Limonad! Üzəri parça ilə örtülmüş masanın üstündə düz bir çən limonad var. Limonlar keyləşdirilmiş balıqlar kimi sarı suda üzürlər. Limonad qalın stəkanlarda jele kimi qatı görünür. Niyə camaat onu dağıtmadan içə bilmir? Hamı onu ətrafa tökə-tökə içir və stəkan geri qaytarılana qədər ondan axan damcılar yerdə dairə cızır.
Cızıqlı talvarın altında bürünc qapaqlı dondurma arabasının ətrafına uşaqlar yığışıb. Onların balaca dilləri yalayır, yumru dondurmaları yalayır. Dondurma kağızından çıxarılıb, taxta qaşıq içinə salınır, uşaqlardan biri gözlərini yumub ki, onun xışıltısını eşitsin.
“Qoy bu balaca quşcuğazlar sizə talenizi desinlər”. Bunu deyən italyan qadın qəfəsin yanında dayanıb, qocalıqdan büzüşüb, qara caynaqlarını gah açır, gah bağlayır. Düzgün yonulmuş başı yaşıl-qızılı şərfə dolanıb. Qəfəsin içində isə sevgi quşları dən qabının içinə yığılmış kağızlara sarı qanad çırpırlar.
“Sizin çox güclü xarakteriniz var. Siz qırmızı saçlı bir kişiyə ərə gedəcəksiniz və üç uşağınız olacaq. Sarısaç qadından qorxun.” Bax! Bax! Gombul sürücünün sürdüyü maşın təpədən üzüaşağı gəlir. İçində də sarısaç qadın var, dodaqlarını büzüb qabağa əyilir, sənin həyatını pozmağa tələsir, xəbərin olsun! Xəbərin olsun!
“Xanımlar və bəylər, mən hərrac idarəçisiyəm. Ona görə də sizə dediklərim doğru olmazsa, o zaman lisenziyam əlimdən alınar və həbsə atılıram.” O, lisenziyasını sinəsinə tutub, tər alnından və sifətindən onun köynəyinin qoluna axır, gözləri isə sanki ölüb. O, papağını başından çıxaranda əsəbdən yığılmış alnı üzə çıxır. Heç kəs ondan saat almır.
Ehtiyatlı olun! İri bir fayton təpədən üzüaşağı böyük sürətlə gəlir. İçində iki uşaq var. Qızın əlində güpür çətir var. Oğlan isə əl ağacının tutacağını ağzına salıb sümürür və beşik yelləndikcə iki uşaq bədəni bir-birinin üstünə dıvırlanır, təri süzülən at isə arxasınca peyin qoya-qoya təpə ilə üzüaşağı gəlir.
Ağacın altında isə professor Leonard başında papağı, əynində plaşı öz şüarının önündə dayanıb. O, London, Paris və Brüssel sərgilərindən “bircə günlüyə” gəlib ki, adamların sifətinə baxıb gələcəyini desin. Və o, insanları cəsarətləndirəcək gülüş bəxş edərək işbacarmaz bir diş həkimi kimi dayanıb. Səs-küylü, tər tökən yekə kişilər irəli uzanmış əllərində altı penslə onun qabağında dayanınca qəflətən ciddi, sakit, utancaq bir vəziyyət alır, professorun cəld əli hazır kağızların üzərində qeyd aparan vaxtı az qala qızarıb pörtüllər də. Onlar qadağan olunmuş bağda oynadıqları zaman ağacın dalından qəfil çıxan bağ yiyəsini görmüş balaca uşaqlara bənzəyirlər.
Axır ki, təpənin yuxarısına çatdıq. Bura necə də istidir! Necə də əladır! Pivəxana açıqdır, camaat onun içərisinə soxulmağa çalışır. Bir ana səkinin kənarında uşağı ilə oturur, ata onun üçün bir stəkan tünd qəhvəyi rəngli bir içki gətirir, sonra isə camaatı vəhşicəsinə dirsəkləyərək yenidən içəri girməyə can atır. Pivəxanadan pivənin üfunətli iyi, qabların danqıltısı və camaatın səs-küyü gəlir.
Külək aşağı yatıb, ona görə də günəş lap yandırır-tökür. İki tərəfə açılan qapıların yanına toplaşan balaca uşaqlar şəkər qabının ağzına yığılan milçəkləri xatırladırlar.
Camaat da ki, elə hey təpənin yuxarısına qalxır, əllərində bıçaqlar, bağdakı quşları qorxudan uyuqlar, güllər, lələklər. İşığa, istiyə tərəf elə hey qalxırlar, qışqırırlar, gülürlər, çığırırlar, sanki lap aşağıda onları üzüyuxarı itələyən bir şey var, elə bil ki, irəlidəki günəş də onların özünə sarı – bütöv, parlaq, gözqamaşdıran şəfəqi ilə dartır... bəs haraya?
İngiliscədən tərcümə: Svetlana Quliyeva

1090 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024