Kamal Abdulla: “Mən belə bir qəzet tanımıram”-MÜSAHİBƏ
21 iyun 2011
17:38
Yazıçı Kamal Abdullanın Kulis.az dərgisinə müsahibəsi
- Siz filologiya elmləri doktorusunuz, şairsiniz, dramaturqsunuz, nasirsiniz... Özünüzü hansı rolda görürsünüz?
- Mən bu sualları heç vaxt dəqiq başa düşməmişəm. Yəqin ki, eyni vaxtda hamısında özümü görürəm. Bütün dünya ədəbiyyatının əksəriyyəti, eləcə də Azərbaycan ədəbiyyatının bir çox nümayəndələrində bu differensasiya yoxdur. Onlar şeir də, pyes də, roman da yazıblar. Yaza bilən insan ağlına və qəlbinə nə gəldisə, onu yazmalıdır. Məsələn, Borxesin gözəl şeirləri, hekayələri, esseləri, hətta elmi əsərləri var. Sovet zamanında belə bir ənənə yaranmışdı. İndiyə qədər də təəssüf ki, bu davam edir. Şair roman yazanda, bunu qeyri-adi qarşılayırdılar. Mən bu cür bölgünün əleyhinəyəm. Mən çoxdandır şeir yazmıram. Ola bilər ki, sabah şeir yazım. Söz hansı formada gəlirsə, o formanın da qulusan.
- Bir də tərcümələriniz var...
- O, çox kiçik dövr oldu. Rus ədəbiyyatının “gümüş dövrü” deyilən bir dövrü var. O dövrün çox gözəl şairləri olub: Qumilyov, Blok, Axmatova, Kuzmin. Mən bunların yaradıcılığından ancaq antik dövrə həsr olunmuş şeirlər seçib tərcümə edirdim. Lakin müəyyən dövrdən sonra artıq tərcümə edə bilmədim. Ancaq tərcümə etdiklərimin keyfiyyətinə əmin idim. Ona görə də onları kitab şəklində çıxartdım. Səhifənin bir tərəfində rus variantı, bir tərəfində də Azərbaycan dilində. Yəni müqayisə etmək imkanı vardı.
- Şeir və nəsr arasında fərqi necə izah edirsiniz?
- Şeirdə cümlə olmamalıdır, nəsrdə misra.
- Çoxdandır ki, yeni dram əsərləri yazmırsınız. Səbəb nədir?
- O da keçmişdə qaldı, o da yaradıcılığımda bir səhifə idi. Vərəqlədik, keçdik. Hiss etməyə başladım ki, yazmaq istədiklərim dramaturgiyanın çərçivələrinə sığmır. Romanlarımın bəzisinin kökündə pyeslərin ümumi sxemi durur. Mən onları sadəcə, romanlaşdırmıram, eyni zamanda, başqa bir mühitdə yaşamaları üçün şərait yaradıram.
- Şeir, tərcümə, dramaturgiya... Bu romana gələn bir yol idi?
- Bəli, bu, romana gələn yol idi. O biri janrlara qayıtmaq, artıq sadəcə, mümkün deyil. Mənim ağlıma gəlməzdi ki, nə vaxtsa romana gəlib çıxa biləcəyəm. İndi gəlib çıxandan sonra başa düşdüm ki, nəsrdən başqa heç nə yaza bilmərəm.
- Belə çıxır ki, roman ədəbiyyatda ən pik nöqtədir?
- Musiqinin zirvə nöqtəsi balet olduğu kimi, roman da ədəbiyyatın baletidir. Roman ədəbiyyatda zirvə nöqtəsidir.
- Əsərlərinizdə müasirliyə deyil, tarixiliyə, keçmişə daha çox meyl var.
- Müasir mövzular, müasir adlar məni maraqlandırmır. Mən əsərlərimdə bu adlardan istifadə etmirəm. Adlar mənim üçün mətnin yalnız mistik bir ab-havasıdır. Onun içində hadisələr, sujetlər azad ola bilir. Adlar ilkin addımdır.
- Adlara görə müasirlik cəlb etmir?
- Mənə elə gəlir ki, müasir adlar, müasir mövzular sünidir. İnsan özünün yaşadığı dövr, zaman haqda yazanda bu mənə sünilik təsiri bağışlayır. Bir, ya iki hekayəm müasir dövrlə bağlıdır. Ancaq onların da keçmişlə bir bağlılığı var.
- Romanlarınızın xarici dillərə tərcüməsi nə yerdədir?
- “Yarımçıq əlyazma” rus dilində Moskvada, fransızca Parisdə, polyakca Polşada, türkcə İstanbulda, portuqal dilində Braziliyada çap olunub. İndi ərəb dilinə tərcümə başa çatıb. Bir də yapon dilinə tərcümə olunur. “Yarımçıq əlyazma”nın Amerikada çap olunması da, planlaşdırılır. Tezliklə “Sehrbazlar dərəsi”nin fransız nəşri çap olunmalıdır. Rusca artıq çap olunub. .
- “Yarımçıq əlyazma”nı yazanda tarixi saxtalaşdırmaqda ittiham edilirdiniz.
- Tarixi necə saxtalaşdırmaq olar ki?! Tarix ya saxtadır, ya həqiqi. Məni Şah İsmayılın obrazına xəyanətdə günahlandıranlar oldu. Onlara Şah İsmayıl Fondunun sədri də qoşulmuşdu. Aqil Abbas o vaxt yazmışdı: “Yaxşı ki, Kamal Abdulla bu əsəri yazdı və biz Azərbaycanda belə bir fondun mövcudluğundan xəbərdar olduq”.
Sovet vaxtı əsər haqda bir neçə resenziya yazılanda, bu çox sayılırdı. “Yarımçıq əlyazmalar” haqda yüzlərlə məqalə yazılıb. Amma təəssüf ki, onların heç biri “ədəbi quluncumu” sındıra bilməyib. “Yarımçıq əlyazma” haqda yazanlar onun konseptual səciyyəsindən bir addım da kənara çıxa bilməyiblər. Əsərin dərin qatlarına girən, ona filoloji aspektdən yanaşan müəlliflər çox az olub.
- 60-cılarla bağlı demişdiniz ki, onlar Biləcəridən o tərəfə keçə bilməyiblər.
- Bu, mənim fikrim deyil, ümumi bir sözdür. Amma mən də onu bir dəfə istifadə etmişdim. Əlbəttə, Azərbaycandan kənarda çap olunan 60-cılar olub. Sovet dönəmində Afrikada da, Amerikada da çap olunublar. Mən Braziliyada da çap olunmuşam. Bu o demək deyil ki, mən Braziliyanın ədəbi mühitinə daxil olmuşam. Söhbət ondan gedir ki, Azərbaycan ədəbiyyatçıları digər ədəbi mühitlərin içində deyillər. Yusif Vəzir Çəmənzəminli Fransada yaşayıb, amma Fransa ədəbiyyatına girə bilməyib. Amma Nazim Hikmət Türkiyədən SSRİ-yə gələndə o mühitin içinə girmişdi. Əgər bizim tənqidçilərimiz, ədəbi icmamız öz mühitini yarada bilsə, bizim başqa ədəbi mühitlərə ehtiyacımız qalmayacaq. Bu mühit ciyərlərimizə nəfəs dolusu hava çəkməyə imkan verər. Bu situasiyada ən ağrılı məqam odur ki, əlimizə kitab alanda, o kitab xoşumuza gəlməyəndə deyirik ki, bu kitab deyil, bu ədəbiyyat deyil. Biz nə vaxt ki, “bu kitab gözəldir, amma mənim kitabım deyil” düşüncəsinə sahib olacayıqsa, onda belə ədəbi mühitin bünövrəsini qoymuş olacayıq.
- Vaxtilə “Ədəbiyyat qəzeti”nin yaradıcı heyətindən çıxmışdınız. Bu qəzet haqda indi nə düşünürsünüz?
- Mən belə bir qəzet tanımıram. Onu heç vaxt oxumuram.
- Sizcə, bu qəzetin əsas problemi nədədir?
- Bu qəzet deyil ki... O qəzetdə Azərbaycan ədəbiyyatı, dünya ədəbiyyatı problemlərinin inikası yoxdur. Bu qəzet həftədə bir dəfə çıxır. Rusiyada “Literaturnaya qazeta”nı ictimai-siyasi vəziyyət, mədəniyyət, hüquq və digər mövzular üzrə müxtəlif materiallar oxumaq mümkündür. Amma “Ədəbiyyat qəzetində” səhifəlik təbriklər verilir. Bu qəzetin bir adı var: ayıb. Belə qəzeti buraxmaq sadəcə, ayıbdır. Ayaz Vəfalı yaxşı şairdir, tərcüməçidir, amma o bu qəzeti ədəbiyyat adamlarının üzünə faktiki olaraq bağlayıb. Mən niyə bir yazı yazanda, ya da haqqımda yazılanda “525-ci qəzet”i gözləməliyəm. Mənim “Ədəbiyyat qəzeti”m olmalıdır. Mən orda çap olunmağa can atmalıyam. Anarın da bu qəzet haqda tənqidlər səsləndirməsi başa düşüləndir. Anar bir ziyalı kimi bu fikrə gəlməyə bilməzdi.
- Avropa ölkələrində çox olmusunuz. Orda “Ədəbiyyat qəzeti” tipdə dövri nəşrlər varmı?
- Orda əsasən ədəbiyyat jurnalları var. Ədəbi jurnal ənənəsi əsasən Rusiya mədəniyyətindən gəlmə şeydir. Yazıçılar Birliyindən qabaq, hələ çar Rusiyası dövründə ədəbiyyat qəzetlərin, jurnalların ətrafında yaranırdı. Sovet dövründə biz “Ulduz”, “Azərbaycan” jurnallarının, “Ədəbiyyat qəzeti”nin ətrafındaydıq. Orda çox maraqlı bir ədəbi mühit vardı. İndi bu yoxdur. Halbuki “Ədəbiyyat qəzeti”ni elə qurmaq olar ki, bir Azərbaycan ziyalısı orda istədiyini tapsın. Siz axır vaxtlar o qəzetdə bir dəyirmi masanın kçirildiyini görmüsünüzmü? Paradoksal fikirlərə rast gəlmək olmur. Polemika yoxdur qəzetdə.
- Bəs AYB-nin jurnallarını necə?
- Onları oxumuram.
- Kompüterdən və internetdən istifadə edirsinizmi?
- Müəyyən şeyləri oxuyuram. Ancaq yazanda əllə yazıram. Əlyazmam kompüterə köçürüləndən sonra orda yenidən oxuyuram. Bu prosesdən zövq alıram.
- Kompüterdən kitab oxuya bilirsiniz?
- Yox. Heç jurnallarda verilən romanları da oxuya bilmirəm. Romanı gərək kitab şəklində oxuyasan. Mən “Unutmağa kimsə yox”u “525-ci qəzet”ə verəndən sonra peşiman oldum. Mənim üçün ən gözəl məqam ilk yazdığımı işləməkdir. Görünür, başqa həyatımda mən redaktor olmuşam.
- Reinkarnasiyaya inanırsınız?
- Əsərlərimdə insanların başqa həyat yaşaması məsələsi var. Məncə, həyat təkcə burdan ibarət ola bilməz.
- Günün hansı saatlarında daha çox işləyirsiniz?
- Səhərdən başqa günün bütün vaxtlarında işləyirəm.
- İşiniz mane olmurmu yazmağa?
- Qətiyyən mane olmur. Mən işləyəndə dincəlirəm. Bu prosesdən zövq alıram. Daxili rahatlıq gətirir ədəbiyyat mənə. Mən yazanda ləzzət alıram.
- Qarşıdan AYB-nin qurultayı gəlir. Qurultaydan gözləntiləriniz nədir? Sədr olmaq iddianız varmı?
- Mən sədr olmaq istəmirəm. Mənim öz işim var. Bu işdən zövq alıram. Ədəbiyyatla məşğul olan adam kimi qurultaydan sonra AYB-nin daha da möhkəmlənməsinin, çevik olmasını gözləyirəm. Qəzetlərinin, jurnallarının daha keyfiyyətli çıxmasını istəyirəm. Ədəbi siyasətin dəqiqləşməsini istəyirəm. Ədəbiyyat elə bir təsərrüfatdır ki, o, özü-özünü idarə etməlidir. Mən qurultayda şəxsən Anara səs verəcəyəm.
Qan TURALI
Elmin HƏSƏNLİ

2342 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024