«Ədəbi Azadlıq-2011»ın qalibləri kimlərdir? - SİYAHI

«Ədəbi Azadlıq-2011»ın qalibləri kimlərdir? - SİYAHI
14 iyun 2011
# 13:22
Azadlıq Radiosunun \"Oxu zalı\"nda keçirilən və Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr edilmiş \"Ədəbi Azadlıq-2011\" hekayə müsabiqəsinin qalibləri iyunun 15-də bəlli olacaq.

Qaliblərin adları axşam saat 7-də Azad Fikir Universitetində təşkil edilməsi planlaşdırılan mükafatlandırma mərasimində açıqlanacaq.

Mükafatlandırma mərasimi iyunun əvvəlinə nəzərdə tutulsa da, Azadlıq Radiosunun Vaşinqtondakı Yayım Şurasından gələn qonağın da iştirakı üçün bir qədər sonraya təyin edilib.

Qaliblər Münsiflər Heyətinin 4 üzvünün 1-ci turda hekayə müəlliflərinin adını bilmədən oxuyub verdikləri əsas ballar və daha sonra \"Oxu zalı\"nda keçirilmiş on-line səsvermənin nəticələrini nəzərə alaraq verdikləri əlavə balların toplanması yolu ilə müəyyən edilib.

Münsiflərin də adları mükafatlandırma mərasimində açıqlanacaq.

Müsabiqədə birinci yeri tutan yazar notebook, 2-ci və 3-cü nəticəni göstərənlər isə netbooklarla mükafatlandırılacaqlar.

Bu ilki qısa siyahıya ötən illə müqayisədə 10 yox. 13 yazarın əsəri düşdüyü üçün balların sayına görə 4,5 və 6-cı nəticəni göstərən müəlliflərə də mükafatlar - e-book reader-lər (elektron kitab oxumaq üçün) veriləcək.

Müsabiqəyə təqdim edilən təxminən 150 hekayə arasından seçilən 50 əsər isə ayrıca kitab halında çap ediləcək.

50 hekayənin seçilməsi prinsipləri belə olub:

1. Müsabiqənin qısa siyahısına düşən hekayələr (13 hekayə),
2. Münsiflərdən bal alsa da, qısa siyahıya düşməyən hekayələr (17 hekayə),
3. \"Oxu zalı\"nın redaktorunun seçdiyi hekayələr (20 hekayə)

Kitaba aşağıdakı hekayələr daxil edilib (Siyahı əlifba sırası ilədir).

Aqşin Yenisey. Maqa Dumba
Alpay Azər. Örtüksüz mafə
Anar Fərəcov. Yerevan azərbaycanlısının memuarları
Arif Qasımzadə. Azadlıq yanğısı
Aslan Quliyev. Bir yay günü
Ayxan Eyvaz. Cinlərin Bakıya gəlişi
Azad Qaradərəli. Gilənar albalı olurmu?
Azər İsaak. Sibir laykası
Babək Göyüş. Yaşıl qurbağanın çəhrayı daşı
Bəxtiyar Hidayət. Tabutdan canlı yayım
Dilqəm Əhməd. Cəfər
Elməddin Məhəmmədzadə. Pencək
Elnaz Eyvazlı. Zorlanmış qürur
Esmira Məhiqızı. Cəhənnəmin ortası
Eyvaz Zeynalov. Dərs ilinin başlanğıcında
ƏLABBAS. Qonşu
Əli Əkbər. Sərdar
Fərhad Amur. Dünya yenə işıqlıdı
Firqan Sadıq. Qara eynək
Hacı Hacıyev. Sonuncu şah
Xülya Sabirli. Gülən ev
Jalə İsmayıl. Ülviyyə Heydərova
Qəşəm Nəcəfzadə. Bənövşə
Lamiyə Dadaşova. «S»-lə bitən
Məcid Həsənli. Qırmızı
Mənsurə Qaçayqızı \"Qərar\"
Mətləb Muxtarov \'\'Araba Sahipinden Satılıktır\'\'
Mirmehdi Ağaoğlu. Pulan
Musa Əfəndi. Onları yol apardı
NİHALƏ. Qara torağay
Novruz Novruzov. Ritorik
Oqtay Qorçu. Abqora sultanı
Ramil Rahiboğlu. Zorlanmış müstəqillik
Rasət Pirisoyu. Xa...
Reyhan Yusifqızı. Gecə ilə baş-başa
Rəhim Əliyev. Zabitəli kişinin arvadı
Rüfət Əhmədzadə. Hardansa, nədənsə, necəsə...
Samir Sarı. Zorbaların torbası
Səbuhi Abbasov. Satılmış yuxular
Sima Ənnağı. Asimanda iki günəş
Sultan Mərzili. Şpiyon
Svetlana Quliyeva. Adsız hekayə
Şahbaz Xuduoğlu. Doktor Cəmil
Şəhriyar Hacızadə. Vəfalı Xoruzu Cehiz Apardı
ŞÖVKƏT. Allahın qonaqları
Tofiq Abdin. Qorxu
Tosif Həsənli Divarlar
Tural Əsədbəyli. Vətən məhəlləsi
Zeynəb Heyran. Hərdən həyatda möcüzələr də olur...
Zərdüşt Şəfi. Qurtuluş yoxdur

Kitab mükafatlandırma mərasimində pulsuz paylanacaq. Əsəri kitaba salınan müəlliflərlə yanaşı istənilən şəxs ondan 1 nüsxə əldə edə bilər.
# 2310 dəfə oxunub

Oxşar xəbərlər

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

10:00 28 iyun 2026
Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

15:00 25 iyun 2026
"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

12:30 24 iyun 2026
"Xatirə və gerçəklik arasında incə  sərhəd..."  - "Torpağın ruhu" oxucuya nə deyir?

"Xatirə və gerçəklik arasında incə sərhəd..." - "Torpağın ruhu" oxucuya nə deyir?

18:45 23 iyun 2026
Gürcü ədəbiyyatının faciəvi taleli şairi - Lado Asatiani kim idi?

Gürcü ədəbiyyatının faciəvi taleli şairi - Lado Asatiani kim idi?

15:45 23 iyun 2026
Hamının bildiyi dastanda heç kimin görmədiyi sirrlər - Dədə Qorqud əslində, kimdir?

Hamının bildiyi dastanda heç kimin görmədiyi sirrlər - Dədə Qorqud əslində, kimdir?

15:00 23 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər