Sizin mentalitetiniz fahişəxanaların önündəki növbədir
11 iyun 2011
06:00
“Məşhur “Döyüş klubu” əsərinin müəllifi Çak Palahnikin digər əsəri “Ölüm pornosu” türk dilinə tərcümə olunub. Kitabın türkcəyə tərcüməçisi Funda Uncu isə kitabla bağlı polisə çağrılıb.
Bodrumda yaşayan tərcüməçi Uncu “Habertürk” qəzetinə açıqlamasında deyib ki, idarədə onunla fahişə kimi davranıblar. Özünü təhqir olunmuş hiss edən Uncu polis məntəqəsindən ağlayaraq çıxıb və məhkəməyə müraciət etməyə hazırlaşır”.
Yazar Murat Uyurkulak Türkiyədə səs-küy doğuran bu hadisə haqqında “Taraf” qəzetində münasibət bildirib.
Uyurkulak yazıya E. M. Cioranın fikirləri ilə başlayıb:
“Etdiyimiz hər hərəkətin gizli, psixoloji bir yanı var. Həmişə hadisələrə səthi, üstdən baxırıq, onlardan danışırıq, onları elə qəbul edirik. Ancaq vacib olan dilə gətirilən deyil, dilə gətirilməyən, üstü qapalı olandır. Buna görədir ki, başqaları, özümüz haqqında tez və yanlış fikir yürüdürük. “Gizli tərəf”i olan böyük yazarlardan biri də Dostoyevskidir. Dərinlikdə və işin doğru tərəfini insanların üzünə vuran, onları açıb göstərən odur. Gizli tərəflərimiz iyrənc olmaqla bərabər, həm də faciəvidir. Mən roman yazıb uğursuzluqla qarşılaşan çox yazıçı tanıyıram. Niyə uğursuz oldular? Çünki onlar üzdə olanları yazdılar, duyğuların kökündə olanlara varmadılar. Hisslərin dərinliyini dərk etmək ağırdır” (“Heçliyin kənarıdakı Cioran”, Ankara, 2006, s.41-42.).
Yazısına Mədəniyyət Nazirliyinin “Uşaqları zərərli kitablardan qoruma” qurumunun kitab haqda: “Açıq-saçıq bir kitabın zərərli olacağı mütləqdir” dediyi fikirlərlə davam edib:
Qurum: “Cəmiyyətimizin əxlaq anlayışı və qanunları ilə ənənə və adətləri cinsi münasibətin aşkarlığını qəbul etməz. Cəmiyyətdə varlığını qorumaq və nizamını saxlamaq üçün sosial normalar yaradır. Media, müxtəlif orqanlar, idarəetmə mərkəzləri bunu qəbul etməlidirlər. Bu cəmiyyətin məsuliyyətidir. Kitab əxlaq normalarına uyğun gəlmir və xalqın ar və həya duyğularına pis təsir edir”, - deyə əlavə edib.
Yazar isə buna cavab olaraq yazır:
“Sizin adət-ənənə dediyiniz şey fahişəxanaların önündə olan növbədir; o növbədəkilərin evində bəziləri məzar evlərinə gömülən, döyülən, öldürülən kədərli qadınlar; təcavüz və zorakılıqla doğulan, dəhşətli sınaq və imtahanlarda böyüyən uşaqlardır; mənasız müharibələrdə yeniyetmələr, balacaları torbaya doldurub döyən əsgərlərdir; fabriklərdə pis şəraitdə ciyərlərini ölümlə dolduran işçilərdir; 3-5 qəpiyə ağır işlər görənlərdir; həmişə qurşaqdan aşağı zarafatlara məruz qalan, cəmiyyətdən qovulan homoseksuallardır; haqlarını istəməyə çıxıb qaz, su, dəyənəklə üzləşən müxalifətçi tələbələr, gənclərdir; kürdlərdir; universitetə buraxılmayan, yayın isti çağında pariklə gəzməyə məhkum olan hicablı qızlar, qadınlardır...
Sizin adət-ənənə, mentalitet dediyiniz şey barbarlıq və zülmdən başqa bir şey deyil. Siz bütün bu hadisələri görüb susanlardan, onlara fikir verməyən insanlarsınız. Ədəbi bir mətni “əxlaqsız” adlandırmaq qadınların döyülməsinə qarşı aksiyalara qoşulmaq, buna qarşı çıxmaqdan daha asandır...
İnsan başqalarının qaranlığına cəsarətlə baxmaq üçün əvvəlcə özünün qaranlığını işğal etməlidir. O qurumdakıların neçəsinin həyatının bir vaxtının fahişəxana önündə keçdiyini məni çox maraqlandırır. Mən, məsələn, gedib ətrafında gəzişdim, amma münasibət qurmazdım, yəni oradakı qadının kim bilir, neçənci, altı yüzüncü kişisi olmadım. Siz oldunuzmu?
İşgəncələrdən, qazlardan, təcavüzlərdən, təpiklərdir zərərli, ya bir kitab? Tərcüməçiyə polisdə deyilən “utan” sözünü sizə deyəcəkdim, amma “nifrətlə qınayıram” ifadəsini işlədəcəyəm. Uncuya edilənləri nifrətlə qınayıram!”
Günel ƏSGƏRZADƏ

1395 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024