Oğlunun əsərlərini öz adına çıxırdı
9 iyun 2011
13:48
Dünya tarixində məşhur olan ata və oğul ədəbiyyatçılar kifayət qədərdir. Onların həyatı yazdıqları qədər maraqlı, bəzən də yazdıqlarından belə maraqlıdır.
Qısqanc ata - Düma
“Üç muşketyor”, “Qraf Monte Kristo”, “Dəmir maskalı adam” kimi unudulmaz əsərlərin müəllifi Aleksandr Dümanın (1802-1870) oğulu da eyni adı daşıyırdı – Aleksandr Düma (1824-1895). Ancaq ata-oğul münasibətləri problemli idi və bu oğul Dumanın doğumuyla başlamışdı. Ata Aleksandr Düma arvadbaz idi. Oğlunu əvvəllər rədd edirdi, sonra qəbul etdi və oğlunun anasıyla evləndi.
Düma ailəsindəki problemlər bununla da bitmədi. Oğul-Aleksandr uşaqlıqdan etibarən əli qələm tutmağa başladı. Hekayə yazmaqda atasına bənzəyirdi. Ancaq ata-Düma oğuluna yazı yazmağı ciddi şəkildə qadağan etmişdi. Əlində qələm görəndə onu döydüyü. Oğlunun yazıçı olmasını heç istəmirdi.
Ata-Düma hər şeyini yalnız qələmlə qazanmışdı. Buna görə də dayanmadan yazırdı. Belə ki, bəzən pulla tutduğu yazıçılara romanının bəzi hissələrini yazdırmağa məcbur olurdu. Yəni ədəbiyyat dünyasında “köməkçi yazar”dan istifadə edən ilk adam Düma idi.
Onun öz oğluna yazı qadağası qoymasına səbəb nə idi? Bu, qısqanclıq ola bilərmi? Bəlkə, ata-Düma oğulunun yazdıqlarını görüb onun gələcəkdə özünə rəqib olmasından qorxurdu? Ata “Ədəbiyyat dünyasına bir Düma yetər” - deyə düşündümü?
Ata təzyiqinə baxmayaraq, oğul yazmağı davam etdi və bir gün…
Oğul-Düma “Kameliyalı qadın”ı yazdı. Çox tərifləndi, böyük şöhrət qazandı.
Sizcə, ata-Düma nə etdi? Əvvəl “Mən yazdım”, - dedi, sonra “mən istiqamətləndirdim” deyə iddiasını düzəltdi və ən sonunda oğlunun yazıçı olduğunu qəbul etmək məcburiyyətində qaldı.
Oğul-Düma ədəbiyyat səfərlərini “Bic uşaq”, “Əcnəbi qadın”, “Arvadımı nə üçün öldürdüm” kimi əsərləriylə davam etdirdi…
Biseksual ata və yazıçı uşaqları
1929-cu ildə Nobel mükafatını alan Tomas Mann (1875-1955), şübhəsiz, alman ədəbi dünyasının ən önəmli imzalarından biridir.
Tomas Mannının 6 uşağı vardı. Bu altı uşaqdan ikisi eynilə ataları Tomas Mann kimi yazıçı oldular: Erika Mann (1905-1969) və Klaus Mann (1906-1949).
Mann ailəsinin bu 3 yazıçısının daha bir ortaq nöqtəsi vardı: onlar biseksual idilər. Bunu özləri də dəfələrlə etiraf etmişdilər.
“Mefisto”, “Dönüş nöqtəsi” kimi əsərlər yazan Klaus Mannın atasıyla münasibəti kafi deyildi. Bu səbəbdən həmişə ata təzyiqi görürdü. Buna görə də o, sonda atasından uzaqlaşaraq qaçdı.
Klaus Mannın ən yaxın dostu bacısı Erika Mann idi. Erika Mann kişi geyimləriylə gəzən aktiv lesbiyan idi. O, qardaşıyla birlikdə Almaniyada antifaşist müqavimətində iştirak edib. “Həyatdan qaçış”, “İşıqlardan aşağı” kimi Almanıyada məşhur olan əsərlər yazıb.
Erika atasından çox qardaşına yaxın idi. Ancaq atası ağır xəstələnəndə onun yanına getdi və atasına baxmağı öhdəsinə götürdü. Və bu səbəbdən də qardaşı Klaus Mann intihar etdi.
Ata-oğul arasında nifrət
Yazıçı, şair, tənqidçi Kinqsli Amis (1922-1995) ingilis ədəbiyyatının əhəmiyyətli simalarından biri idi. O, otuz iki yaşında yazdığı ilk romanı “Şanslı Jim” ilə məşhurlaşdı; Somerset Moem mükafatını qazandı.
Oğulu Martın Amis də 24 yaşında ilk romanı “Raçel dosyesi” ilə eyni mükafatı aldı.
Ata-oğul yazarlar arasında ziddiyyətli bir əlaqə vardı. Kinqsli günorta yeməklərində oğuluna sosializmi, eşqi, seksi izah edirdi.
Kinqsli Amisin həyatındakı hadisələr bu ata-oğul əlaqəsini müəyyən etdi. Ata əyyaş kimi yaşayırdı. Üstəlik, oğulunun çox sevdiyi anasını da tez-tez aldadırdı. Nəticədə onlar boşandı.
Və Martın Amis həyatının uzun bir hissəsində atasının adını heç ağzına gətirmədi. Məsələn, 1986-cı ildə yazdığı “Kəmağıl cəhənnəm” adlı kitabının ön sözündə bəhs etdiyi həyat əhvalatı və intellektinin inkişafına görə təşəkkür etdikləri similar arasında atası Kinqslinin adı yox idi.
Atasının heç sevmədiyi ədəbiyyatçıları ilham aldığı yazarlar arasında göstərməsi də, ata-oğul əlaqəsinin nə dərəcə problemli olduğunu göstərirdi. Bu inciklik yalnız ata Kinqslinın 1995-ci ildə ölümündən sonra başa çatdı. 2000-ci ildə yazdığı “Təcrübə” kitabında o, Kinqsli Amisin gözəl bir ata və istedadlı bir yazıçı olduğunu etiraf etdi. Bununla belə, o, yenə də atasının siyasi keçmişinə iradlar tutdu. 2002-ci ildə yazdığı “Qorxulu Koba: qəhqəhə və 20 milyon” (“Koba the Dread: Laughter and the Twenty Million”) adlı əsərində SSSR-də 20 milyon insanın ölümündə günahkar kimi Stalinin oyuncağı olaraq təqdim etdiyi atası kimi kommunistləri gördüyünü bildirdi.
Əslində Martin Amisin qarşı çıxdığı sosializm idimi, yoxsa maraqsız kommunist bir atamı?
Bəlkə, bütün bunlar ideoloji bir tənqiddən çox, atasından umduğu əlaqəni görə bilməyən bir yazıçı oğulun psixoloji zədəsi idi?
Bu suala hələ də cavab tapılmayıb…
Əyyaş atanın istedadlı oğlu
“Ayna”, “Qar”, “Qış günü” kimi şeirlər yazan məşhur sovet şairi Arseni Tarkovskinin (1907-1989) oğlu da tanınmış bir imza idi: Rusiyanın dahi rejissoru, yazıçısı Andrey Tarkovski (1932-1986). Ata-oğul Tarkovskilərin əlaqəsi necə idi?
Ata-oğul həyatlarında tez-tez görüşə bilmirdilər. II Dünya müharibəsində bir qolunu itirərək dönən ata Arseni Tarkovski alkaqol problemi səbəbiylə evinə qayıtmadı. Andrey Tarkovski üçün yenə atasız günlər başlamışdı. Əslində, buna çox da üzülmədi: anasının hər gün ağlaması artıq sona çatmışdı. Andrey həyatına anası və nənəsiylə davam etdi.
O, atasına nifrət etmirdi. Şeirlərinə heyranlıq duyduğunu hər fürsətdə dilinə gətirərdi. Atasının “Ayna” və “Stalker” şeirlərini ekranlaşdırdı, çünki atası kimi şair olmaq istəmişdi.
Milli nümunələr
Bəli, daha uzatmayaq. Ata-oğul əlaqələri, ümumiyyətlə, peşədən asılı olmadan sarsıntılı, psoxoloji zədəli, ailədaxili intiqalarla əksər sənət adamlarının həyatında fərqli şəkildə əks olunub.
Ümid edirik ki, bizim ata-oğul ədəbiyyatçılarımızın həyatları da heç bir senzuraya uğramadan bir gün yazılacaq. Bəlkə, o zaman, kimin nəyi və nə üçün etdiyini daha yaxşı anlaya biləcəyik …
Azərbaycan ədəbiyyatında məşhurlaşan ata və oğullar:
Xalq şairi Rəsul Rza və şairə Nigar Rəfibəylinin oğlu Anar da, Anarın uşaqları Tural və Günel də yazıçılıqla məşğuldurlar.
İlyas Əfəndiyevin oğlu Elçin Əfəndiyev də yazıçıdır.
Səməd Vurğun özündən sonra 2 yazar – yazıçı Yusif Səmədoğlu və
şair Vaqif Səmədoğlunu qoyub gedib.
Əbülhəsən Çingiz Ələkbərzadənin atasıdır.
Fikrət Sadıq və Orxan Fikrətoğlu da məşhur ata-oğullardandır.
Sonda Qəşəm Nəcəfzadə və Kəramət Böyükçölü də qeyd etmək olar.
Vüqar QURDQANLI

2038 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024