“Mükafata təqdim edilənlərin arasında adım yox idi” - MÜSAHİBƏ
12 may 2011
11:16
Mayın 10-da Bakıda “Buta” sarayında mərhum prezident Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 7 illiyi münasibətilə keçirilən təntənəli mərasim həm də Heydər Əliyev mükafatının yazıçı Anara təqdim edilməsi ilə yadda qaldı.
Dövlət başçısı İlham Əliyev Yazıçılar Birliyinin sədrinə bu mükafatı təqdim edib. O, mükafata Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətlərinə görə layiq görülüb. Mükafatın məbləği isə 50 min manatdır. Qeyd edək ki, mükafat dövlət büdcəsinin vəsaiti hesabına Mükafat Komissiyasının təqdimatı ilə Azərbaycan prezidentinin sərəncamına əsasən verilir.
Keçmiş prezident Heydər Əliyevin doğum günü - mayın 10-da verilən mükafat- üzərində H.Əliyevin surəti həkk olunmuş döş nişanı, diplom və pul mükafatından ibarətdir.
Gəzən iddialara görə isə yazıçı Anara verilən bu mükafatın mühüm pərdəarxası məqamları var. Bu mükafatın ona verilməsinin ciddi qalmaqala səbəb olduğu da deyilir. Verilən məlumata görə, siyahıda başqa şəxsin adı varmış və son anda qərar dəyişdirilərək Heydər Əliyev mükafatı adı siyahıda olmayan Anara təqdim edilib.
Bunun isə Azərbaycan Yazıçılar Birliyi (AYB) sədrinin könlünü almaq məqsədi daşıdığı vurğulanır. Belə ki, bu mükafatın Anarın növbəti dəfə AYB sədri seçilməyəcəyinə bir işarə olduğu bildirilir. Yazıçılar Birliyinin sədri bütün bu iddialarla bağlı suallarımızı cavablandırıb.
- Heydər Əliyev Mükafatına layiq görüldünüz. Təbrik edirik. Gözləyirdinizmi bunu?
- Təbrik üçün sağ olun. Gözləmirdim. Çünki təqdim olunmamışdım. (Xatırladaq ki, bu il mükafata professor Telman Əliyev, tarixçi Yaqub Mahmudov, sənətşünas Zemfira Səfərova, xalq yazıçısı Mövlud Süleymanlı, xalq rəssamı Oqtay Sadıqzadə, xalq rəssamı Toğrul Nərimanbəyov təqdim olunmuşdu-kulis.az)
- Sizcə, bu ali mükafatın sizə verilməsi nə ilə bağlıdır?
- Mükafatın diplomunda deyildiyi kimi, ədəbiyyatımıza xidmətimə görə.
- Deyilənə görə, bu mükafatın verilməsi ciddi qalmaqala səbəb olub. Siyahıda başqa şəxsin adı olub, son anda onu siyahıdan çıxararaq mükafatı sizə veriblər. Bu iddiaya münasibətinizi bilmək maraqlı olardı.
- Bu, növbəti uydurmadır. Müxtəlif təşkilatların təqdim etdikləri namizədlərin siyahısı qəzetlərdə dərc olunmuşdu. Mükafat Komissiyası yekdilliklə bu ödülü mənə verməyi qərara alıb. (Anar də bu komissiyanın üzvüdür-kulis.az)
- Həmçinin deyirlər ki, bu mükafatla sizin könlünüzü almaq istəyirlər. Yəni siz növbəti dəfə sədr seçilməyəcəksiniz, mükafat buna işarədir. Belə bir narahatçılığınız varmı?
- Heç bir sarıdan, heç bir nigarançılığım yoxdur. “Deyirlər geyirlər” qəbilindən şayiələr isə naməlum adamların qan çıxmayan yerdən qaşıyıb qan çıxarmaq təşəbbüsüdür.
- AYB sədrliyinə namizədliyinizi verəcəksinizmi?
- Bu barədə qərarımı qurultay ərəfəsində verəcəm.
- Sədr seçilməsəniz, hansı planlarınız var? Nə işlə məşğul olacaqsınız?
- Nigaran olmayın, məşğul olmağa iş tapılar. Elə sizin qəzeti oxumaq maraqlı bir məşğuliyyət deyilmi?
- AYB daxilində sədr postu uğrunda gedən gizli savaşa münasibətiniz necədir?
- Azərbaycan Yazıçılar Birliyində sədr postu uğrunda heç bir savaş getmir. Nə gizli, nə açıq. Qəzetlər belə uydurmalara nə qədər az yer versə, yazdıqlarına inam da bir o qədər çox olar.
“Yeni Müsavat” qəzeti

1135 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024