Şir zorlamağın hökmü nədir - MƏTN

Şir zorlamağın hökmü nədir - MƏTN
10 may 2011
# 10:58
Kulis.az Qırxayağın gündəliyinin ikinci səhifəsini təqdim edir:


Kor oxucu

Tədbirlərin birində bir oxucu rusdilli-milli yazıçı Natiq Rəsulzadəyə deyir:

- Mən sizin sadiq oxucunuzam, son zamanlar kor olduğum üçün əsərlərinizi oxuya bilmirəm, yeni nə yazmısınız?

- Sənin gözlərinə nə olub ki?

Kor oxucu ah çəkib deyir:

- Bir az zəif görürdü, Paşa Qəlbinur müalicə eləyəndən sonra tamam kor oldum.

Bunu eşidən rusdilli-milli yazıçı Natiqi od götürür və rusdilli olduğu üçün deyir:

- Nu poqodi, Paşa, demək, Milli Kitab mükafatında məni üstələməkçün oxucularımın gözünü çıxarırmışsan?!

İgidliyə görə şallaq?

Gənc yazarlar İran ayətullahlarının birinin saytına girib şəriət qanunları ilə tanış olmaq istəyirlər. Zorakılıqla bağlı bölmədə ayətullah yazır: “xoruzu zorlayana 5 şallaq... kirpini zorlayana 10 şallaq... zürafəni zorlayana 50 şallaq... timsahı zorlayana 80 şallaq...
Nəhayət, növbə gəlib şirə çatır, şiri zorlayana 100 şallaq vurulmalıdır. Gənc yazarlardan biri bunu oxuyub ayətullaha belə bir məktub yazır:

“Ağayi Filankəs, əgər bir müsəlman oğlu hünər göstərib şirə yüngülvari “toxunubsa”, ona şallaq vurmaq yox, ənam vermək vacibdir”.

Yazıçılar Birliyində çöptutma oyunu

Yazıçılar Birliyində qurultay ərəfəsində təşkilatın sədri Anarın əshabələri onun başına yığışıb maraqlanırlar ki, sədrlik postundan, nəhayət, gedəcəkmi, getməyəcəkmi? Gedəcəksə yerində kimi görmək istəyir. Məşhur yazıçı qəfildən belə bir təklif verir:

- Gəlin, çöptutma oynayaq, kim çöpün hansı əlimdə olduğunu tapsa, sədrliyi ona verəcəyəm. Tez Rəşad Məcid hardansa bir odun tapıb gətirir və Ədalət Əsgəroğlu cib bıçağıyla həmin odundan xırda bir tilişkə qoparıb Anara uzadır... deyilənə görə, Yazıçılar Birliyində çöptutma oyunu hələ də davam edir, hələ heç kim Anarın çöpü hansı əlində gizlətdiyini tapa bilməyib.

Güzgüdəki kulturoloq

Bir gün Nobel mükafatı laureatı Orxan Pamuk Yazıçılar Birliyinə gəlir. Sədarət gənc kulturoloq Aydın Xanı göndərir ki, qonağı qarşılasın. Pilləkənlə yuxarı qalxarkən ilk güzgünün qabağında Aydın Xan əlini güzgüdəki əksinə uzadıb deyir:

- Tanış olun, bu, bizim birliyin ən istedadlı kulturoloqu Aydın Xandır.

Yazıçı simicliyi

Pul xərcləmək məsələsində əlibərkliyinə görə ad çıxarmış yazıçı Elçinə bir gün balaca banka lazım olur və təsadüfən rəflərin birindən yod şüşəsi tapır. Baxır ki, şüşənin dibində bir az yod qalıb.

Yodu dağıtmağa ürəyi gəlmir, odur ki barmağını çərtib yodu yarasına sürtür.
# 1973 dəfə oxunub

Oxşar xəbərlər

Allahı inkar edə-edə Allaha doğru yürüyən adam – Ceyms Coys

Allahı inkar edə-edə Allaha doğru yürüyən adam – Ceyms Coys

17:00 13 yanvar 2026
Ərlərini dəyişərək ictimai ağrını “öz bədənində susdurmaq”... - "Anam məni sevibmi?"

Ərlərini dəyişərək ictimai ağrını “öz bədənində susdurmaq”... - "Anam məni sevibmi?"

15:30 13 yanvar 2026
Arif olan nakam olmaz bu dünyada... - Günün mahnısı

Arif olan nakam olmaz bu dünyada... - Günün mahnısı

12:40 13 yanvar 2026
Varaqları oxunmaq üçün ağrıyan romanlar

Varaqları oxunmaq üçün ağrıyan romanlar

15:00 10 yanvar 2026
"Bu dünya sizi öpərək boğmağa çalışan kişilərlə doludur..." - Məşhur iranlı rejissor Füruğ Fərruxzadı necə adlandırmışdı?

"Bu dünya sizi öpərək boğmağa çalışan kişilərlə doludur..." - Məşhur iranlı rejissor Füruğ Fərruxzadı necə adlandırmışdı?

15:00 5 yanvar 2026
Qarabağ həsrəti ilə dünyadan köçən Şahmar Əkbərzadə - Bəxtiyar Vahabzadə onun haqqında nə yazmışdı?

Qarabağ həsrəti ilə dünyadan köçən Şahmar Əkbərzadə - Bəxtiyar Vahabzadə onun haqqında nə yazmışdı?

12:00 28 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər