175 nəsr əsəri, 58 şeir
17 noyabr 2012
20:17
Milli Kitab Mükafatına (MKM) əsər qəbulu başa çatıb. 28 avqust 2012-ci il tarixindən start götürən müsabiqəyə 241 əsər daxil olub. Onlardan 175-si nəsr əsəri, 58-i şeir, 8-i isə uşaq nağıllarıdır. Müsabiqəyə qatılanların 164 nəfəri kişi, 77-si qadındır. Ən gənc yazarın 7, ən yaşlı yazarınsa 86 yaşı var. Daha çox 20-25 yaşlı yazarlar üstünlük təşkil edir.
Əsərlər Azərbaycanın bütün bölgələrindən daxil olub. Türkiyə, İran, Ukrayna, Rusiya, ABŞ, Almaniya, İsveç, Böyük Britaniya, Hollandiyada yaşayan həmvətənlərimiz də öz əsərlərini müsabiqəyə təqdim ediblər.
MKM-in təqdimatı 9 təhsil ocağında və 6 bölgədə təşkil olunub.
Mükafatın təsisçisi Nigar Köçərlinin verdiyi məlumata görə, əsərlərin qəbulu başa çatdıqdan sonra toplanmış bütün materiallar Ekspert Şurasına təqdim olunacaq. Eskpertlər Şurasının ilk görüşü noyabrın sonunda təşkil olunacaq. Martın 1-də ekspertlər tərəfindən müəyyənləşdirilmiş 20 ən yaxşı əsərdən ibarət “longlist” (uzun siyası), martın 15-də isə 10 əsərdən ibarət “shortlist” (qısa siyahı) müəyyənləşəcək və qiymətləndirilmə üçün Münsiflər Heyətinə təqdim olunacaq. İyirmiliyə düşən əsərlərin həm Bakıda, həm də bölgələrdəki BookClub-larda müzakirələri olacaq və www.mkm.az saytında İnternet səsverməsi keçiriləcək.
İyun ayının 4-də isə mükafatın qalibləri elan olunacaq. Münsiflərin rəyləri internet səhifədə açıqlanacaq. Ötən il olduğu kimi, bu il də 1-ci yerin sahibi üç min, 2-ci yerə layiq görülən iki min, 3-cü yerin qalibi isə min manat pul mükafatı ilə təltif olunacaq. Qaliblərin kitabları həm kağız, həm elektron formatda çap olunacaq. Əlavə olaraq, ən yaxşı uşaq nağılının müəllifinə 300 manat, ən yaxşı gənc yazara 300 manat və ən yaxşı şeirə görə 300 manat məbləğində mükafat veriləcək.
Layihənin baş sponsoru “Bakcell” şirkəti, rəsmi sponsoru “Bank Respublika” ASC və “Əli və Nino” Nəşriyyat evidir.
Müsabiqədə hekayələr, povestlər, romanlar və digər ədəbi janrlarda yazılmış nəsr əsərləri qəbul olunacaq. Hər bir əsər 40 min işarədən az olmalı deyil. Namizəd əsərlərin müəlliflərinə yaş, cins, yaşama yeri və əsərin nəşr olunma yeri üzrə heç bir məhdudiyyət tətbiq olunmayacaq. Əsərləri yalnız müəlliflər təqdim etməlidir və bura həm dərc olunmuş, həm də dərc olunmamış əsərlər daxildir.
Layihə barədə bütün məlumatlar www.mkm.az internet səhifəsində öz əksini tapıb.

1712 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024