“Vəsiyyət eləmədi. Dedi ki, bilirdim... bilirdim ki, gələcəksən...”

“Vəsiyyət eləmədi. Dedi ki, bilirdim... bilirdim ki, gələcəksən...”
1 avqust 2012
# 04:00
Başınızı götürüb getmək keçibmi içinizdən ?

Biletinizi birtərəfli almaq istəmisinizmi ?

Sakvoyajsız, çemodansız, bircə əl çantası götürüb, qəfildən çıxıb getmək fikri zəli kimi gəmiribmi beyninizi ?

Sağ ol demədən, mesaj yazmadan, kimsəyə xəbər vermədən, hər şeyinizi – diş fırçanızı, tərliklərinizi, sevimli fincanınızı, kitablarınızı, foto-albomlarınızı, tez-tez getdiyiniz kafeləri, kafelərdəki əsəbi ofisiantları, dostları, dostların zarafatlarını, qayğılarını boş verib, hər küncünə alışdığınız bu şəhəri – Bakını anidən tərk etmək düşüncəsi sizə doğma gəlibmi ?

Heç “getmək” feili tumurcaqlayıbmı ürəyinizdə ?

Heç bura aid olmadığınız hissi bürüyübmü sizi ?

Heç yadlığınızın arı pətəyinə tənhalıq çomağı dəyibmi ?

Heç suallardan bezmisinizmi ?

***

Bu əhvalatı mənə bir dostum danışıb. Doğurdan baş verib-vermədiyini dəqiq bilmirəm. Çünki dostum kədərli və gülünc əhvalatlar uydurmaqda ustadır. Onu tanıyandan (15 illik dostumdur ) bu yana o qədər uydurma əhvalat danışıb ki, bu əhvalatı da avtomatik beynimdəki “uydurma əhvalatlar” qovluğuna atmışam, amma yanıla da bilərəm...

Savaşın qanlı günlərindən birində, əsgər ən yaxın silahdaşının bir az irəlidə vurulduğunu görür.

Danışırlar ki, güllə yağış kimi yağırdı.

Əsgər komandirin yanına qaçıb deyir :

- İcazə verin gedib dostumun cəsədini gətirim.

Komandir qəzəblənir.

- Sənin başın xarab olub deyəsən. Görmədin, deşik-deşik oldu. Öldü, başa düşürsən, öldü.

Əsgər israr edir.

“Yaxşı, get.”- deyir komandir, bu başını itirmiş əsgəri başından eləmək istəyən bir ədayla.

Möcüzə baş verir. Əsgər o güllə yağışının altında dostunun yanına çatır və onu götürüb səngərə qayıdır.Birgə səngərin içinə yuvarlanırlar.

Komandir qan içində, çoxdan canını tapşırmış əsgərə baxır, sonra onu səngərə daşıyan “ağılsın” əsgərinə deyir:

- Sənin dedim ölüb, vecinə də almırsan.Nə mənası var idi ora getməyin...

- Var idi, cənab komandir.

- Çünki mən onun yanına çatanda, o hələ sağ idi. Onun söz sözlərini eşitdim, cənab komandir.


Komandir duruxur və bayaqkı istehzalı səs tonu heyrətli, sakit bir tona çevrilir :

- Vəsiyyət elədi?

- Yox, cənab komandir, vəsiyyət eləmədi. Dedi ki, bilirdim... bilirdim ki, gələcəksən...

***

Kim bilir, bəlkə də həmişə ertələdiyimiz, başımızı götürüb getmək istədiyimiz, amma yalnız düşüncə kimi qalan o xəyali səyahətlərin sonunda biz bir gözləyən var ? Üzünü görmədiyimiz, səsini eşitmədiyimiz, saçının rəngindən, dərisinin qoxusundan, gözlərinin işığından xəbərdar olmadığımız bir adam. Oturub bizi gözləyir. Gözləyir ki, biz ona çataq və o naməlum adam ölüm yatağında da olsa, gülümsünüb desin : Bilirdim, gələcəksən...

Biz isə həmişə ertələyirik, sabaha saxlayırıq, bəhanələrdən divar hörürük yolumuzla özümüzün arasına.

Bir Özdəmir Asaf şeirində olduğu kimi :

Öyle çabuk geçiyor ki günler
Hele sen de bir bak hayatına.
Daha dün doğmuşuz sanki
Yeni okula başlamışız
Yeni sevmişiz

Öyle çabuk geçiyor ki günler
Hele sen de bir bak hayatına
Yarın bitecek sanki her şey
Yarın ölecek gibiyiz.

Daha doymamışız yaşamasına
Günlerimiz dün bir, bugün iki
Sakın bir şey bırakma yarına
Yarın yok ki.
# 2776 dəfə oxunub

Oxşar xəbərlər

"Yoldaş nazir, mən bilirəm kimə şikayət edəcəm..." - Aqil Abbas

"Yoldaş nazir, mən bilirəm kimə şikayət edəcəm..." - Aqil Abbas

10:00 23 fevral 2025
Əri onu döyür və bağışlayır... - Nazirin arvadını yoldan çıxaran yazıçı

Əri onu döyür və bağışlayır... - Nazirin arvadını yoldan çıxaran yazıçı

09:00 21 fevral 2025
Kino Agentliyi 75-ci Berlin Beynəlxalq Film Festivalında

Kino Agentliyi 75-ci Berlin Beynəlxalq Film Festivalında

09:17 19 fevral 2025
Əlisa Nicat, Ramiz Rövşən, Müşfiq Ötgün, Ağalar Qut... - Yalançı filosoflar, yeni mollalar

Əlisa Nicat, Ramiz Rövşən, Müşfiq Ötgün, Ağalar Qut... - Yalançı filosoflar, yeni mollalar

12:00 18 fevral 2025
Satılan həyatlar - İnsan neçəyədir?

Satılan həyatlar - İnsan neçəyədir?

18:40 17 fevral 2025
Sən də mi, Karvanbaşı? - Cavid Zeynallı

Sən də mi, Karvanbaşı? - Cavid Zeynallı

16:40 17 fevral 2025
# # #