Yazıçı öz yaratdığının köləsinə çevrilir... - Mətanət Vahid

Yazıçı öz yaratdığının köləsinə çevrilir... - Mətanət Vahid
2 sentyabr 2025
# 17:30

Kulis.az Mətanət Vahidin sosial şəbəkədə sənət və ədəbi agentliyin mahiyyəti ilə bağlı paylaşdığı fikirləri təqdim edir.

Bizim ədəbi mühitdə söz ən çox müqəddəsliklə assosiasiya olunur. Bu yanaşma mənəvi cəhətdən hörmət doğursa da, praktiki nəticələr baxımından müəllifin iqtisadi təminatı və deməli, həm də maddi azadlığı ilə ziddiyyət təşkil edir.

Çünki maddi asılılıq mənəvi azadlığın qarşısını kəsir.

Sözü müqəddəsləşdirən yazıçı öz yaratdığının köləsinə çevrilir. Söz\sənət yalnız mənəvi dəyər və ideya daşıyıcısı deyil, həm də kommunikasiya vasitəsi, ifadə aləti və müəllifinin maddi təminat mənbəyidir; oxucuya çatmaq üçün bazar mexanizmləri ilə əlaqələndirilməli olan əmtəədir.

Ədəbiyyatımızın dünya miqyasında yerini tapa bilməməsinin əsas səbəbi sənətə biristiqamətli, zamanı keçmiş qənaət və düşüncə mexanizmi ilə yanaşmağımızdır. İlk növbədə, bu məsələlərə münasibətimizi dəyişməliyik.

Hazırda miqyaslı ədəbi mükafatlar sözün “müqəddəsliyi”nə verilmir; necə yazmaq nəyi yazmaqdan vacib olduğu kimi, yazdığını necə təqdim etmək də çox önəmlidir.

Özümüzü dünya sənətindən qopmuş ada kimi deyil, bu böyük ədəbi-mədəni məkanın bir parçası kimi hiss etmək istəyiriksə, onlar kimi davranmalıyıq: dünyanın meydanına öz qaydalarımızla çıxmaq cəhdlərimizlə heç yerə vara bilməyəcəyik.

Zəhmətinin məhsuluna dəyər biçə bilməyən müəllif umacaqlı və “sənətkarı xalq dolandırmalıdır” tərzində inama sahib olur.

Amma gəlin, etiraf edək, hansı müəllifə yazıdığı roman üçün beş min manat qonorar verilsə, imtina edib “yox, söz müqəddəsdir, mən ona maddi dəyər biçə bilmərəm” deyəcək?

Sənətlə dolana bilməməkdən şikayətlənən də sənət adamıdır, onu “toxunulmaz” elan edən də. Maliyyə imkanlarından məhrum qalan sənət adamı “ailəsini dolandırmaq” üçün başqa sahələrdən qazanmağa məcbur olur.

İdealist baxış bucağından gördüyü sənətinə\sözünə zamanla yadlaşır, ondan üz çevirməyə başlayır, çünki fədakarlıq əbədi olmur.

Bu kontekstdə sözün müqəddəsliyi ilə bazar dəyərləri arasında balansın qorunması vacibdir; müəllif sənətinin məhsulunu əmtəəyə çevirməkdən çəkinməməldir – kitabın oxucuya çatana qədərki mərhələsində keçməli olduğu prosesləri real, labüd qəbul etməldir.

Ədəbi agentlik bizim mühitimizdə “müəllif – nəşriyyat – oxucu” zəncirində düşüb itmiş ikinci halqadır. Peşəkar nəticələrə nail olmaq üçün peşəkarca işlər görülməlidir.

Bu isə “hər əsər çap olunub uğur qazana bilər” demək deyil, “estetik dəyərə malik əsər uğur qazanar” deməkdir.

Təbii, hər müəllif öz yazdığını əsl sənət hesab edib digərlərini xor görməkdə azaddır.

Sənətkar yalnız öz yaratdığının köləsi olmadığı zaman həm mənəvi, həm də maddi baxımdan tam azad olur və yaradıcılığı ilə həm özü dolanır, həm də cəmiyyətin mənəvi zənginləşməsinə xidmət edə bilir.

# 1789 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

18:00 21 oktyabr 2026
“Azıx-Tağlar Arxeoloji Parkı”  Dövlət Qoruğu yaradıldı

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

17:31 21 oktyabr 2026
Məşhur Hollivud aktyoru vəfat etdi

Məşhur Hollivud aktyoru vəfat etdi

17:30 21 oktyabr 2026
Xalq artisti Ramiz Mustafayevin  100 illik yubileyi qeyd olundu

Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyi qeyd olundu

16:47 21 oktyabr 2026
Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi  quruluş ildönümünü qeyd edir

Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi quruluş ildönümünü qeyd edir

16:30 21 oktyabr 2026
Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

15:30 21 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər