Kamal Abdulla akademik katib oldu

Kamal Abdulla akademik katib oldu
5 sentyabr 2011
# 11:03
Azərbaycan Milli Elmlər Akademiyasının hümanitar və ictimai elmələr bölməsinin akademik-katibi vəzifəsi AMEA-ın müxbir üzvü, professor Kamal Abdullaya həvalə edilib.

O, eyni zamanda Bakı Slavyan Universitetinin rektoru kimi də fəaliyyətini davam etdirəcək.

Kamal Abdulla “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox” romanlarının müəllifidir.

O, 1950-ci il dekabrın 4-də Bakıda ziyalı ailəsində dünyaya gəlib. Atası müəllim, anası həkim olub. 1968-ci ildə 190 saylı orta məktəbi bitirib. 1968-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.

SSRİ Dilçilik İnstitutunun "Türk dilləri" şöbəsinin əyani aspirantı (1973-1976) olub. 1977-ci ilin yanvar ayında Moskvada "Sintaktik paralelizm" ("Kitabi-Dədə Qorqud" dastanlarının dili üzrə) adlı namizədlik dissertasiyası müdafiə edib.

Azərbaycan SSR EA Nəsimi adına Dilçilik İnstitutunun türk dillərinin müqayisəli tədqiqi şöbəsində kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışıb (1977-1984).

Azərbaycan Televiziyasında 1983-cü ildən başlayaraq "Azərbaycan dili", "Qoşma", "Dəfinə" kimi aylıq ədəbi-bədii, elmi-publisistik verilişlərin müəllifi və aparıcısı olub.

1984-cü ildə Bakıda "Azərbaycan dili sintaksisinin nəzəri problemləri" adlı doktorluq dissertasiyası müdafiə edib.

1984-1987-ci illərdə Xarici Dillər İnstitutunun "Ümumi və Azərbaycan dilçiliyi" kafedrasının müdiri, professoru olub.

1990-cı ildən Azərbaycan Mədəniyyət Fondunun sədridir. Elə həmin il "Rus dili və ədəbiyyatı" İnstitutunun Ümumi və rus dilçiliyi kafedrasının müdiri seçilib.

1993-cü ildən 2000-ci ilədək Xarici Dillər İnstitutunun Ümumi və Azərbaycan dilçiliyi kafedrasının müdiri olub.

1994-1995-ci ildə Uludağ Universitetinin "Türk dili və ədəbiyyatı" bölümünün professoru kimi çalışıb.

2000-ci ildən Bakı Slavyan Universitetinin rektoru, Türk Dil qurumunun həqiqi üzvü, Ukrayna Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü və Rusiya PEN-klubun üzvüdür.

Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Badminton Federasiyasının prezidentidir.

Ədəbiyyat və dilçilik üzrə tanınmış mütəxəssisdir. Eyni zamanda türk xalqlarının qədim epik ədəbiyyatları sahəsində araşdırmalar aparır. Müxtəlif ölkələrin universitetlərində "ümumi dilçilik" və "mətn sintaksisi" fənləri üzrə mühazirələr və xüsusi kurslar deyir. ABŞ, Fransa, Rusiya, Türkiyə universitetlərində mühazirələrlə çıxış edir, bir çox beynəlxalq simpozium, konfrans və kollokviumların məruzəçisi və iştirakçısıdır.

100-dən çox məqalə və 30-dan çox kitab müəllifidir.

2007-ci il aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

29 noyabr 2007-ci il tarixində Rusiya Prezidenti V.V. Putin tərəfindən Puşkin medalı ilə təltif olunub.

Azərbaycanda Humay mükafatını, "525-ci qəzet"in "İlin romanı" adlı mükafatını, Monitorinq qrupunun "İlin ədəbiyyat adamı" adını alıb.
Haqqında Azərbaycanda, Rusiyada, Fransada, Türkiyədə elmi və gündəlik mətbuatda onlarla məqalə çap edilib.

2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə “Kavaler” ordeni ilə təltif olunmuşdur
# 1480 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #