Məmməd Rahimin Həmid Sultanov haqda təhqiramiz şeiri

Məmməd Rahimin Həmid Sultanov haqda təhqiramiz şeiri
11 avqust 2011
# 12:28
“Kommunist” qəzetinin 3 noyabr 1937-ci il tarixli sayında Azərbaycanın xalq şairi Məmməd Rahimin həmin il oktyabrın 27-də ittiham olunan Həmid Sultanovla bağlı yazdığı “Xainlərə ölüm” şeiri dərc olunub.

Şeiri oxucuların diqqətinə təqdim etməzdən əvvəl həm Həmid Sultanov, həm də Məmməd Rahim barədə qısa arayışı nəzərinizə çatdırırıq.

Sultanov Həmid Həsən oğlu 26 may 1889-cu ildə Qazağın Şınıx-Ayrım kəndində anadan olub. 1909-1903-cü illərdə Almaniyanın Leypsiq Politexnik İnstitutunda təhsil alıb.

Şaumyanın rəhbərlik etdiyi Bakkomuna dövründə Bakı şəhər və rayonları Hərbi İnqilab Komitəsinin üzvü, Bakı Xalq Komissarları Şurasının qəza müvəkkillərindən biri olub.

1919-da müstəqil dövlətimizə - Azərbaycan Cümhuriyyətinə qarşı fəal gizli mübarizə aparıb, silahlı üsyan təşkilatçılarından olub.

Sovetləşmədən sonra Azərbaycan İnqilab Komitəsi üzvü, ASSR-in ilk daxili işlər komissarı, İran KP katibi, sənaye və ticarət komissarı, A Xalq Təsərrüfatı Şurası sədri, Nax.MSSR XKŞ sədri, ZSFSR MİK katibi, ASSR kommunal təsərrüfatı komissarı və s. vəzifələrdə çalışıb.

Xalqımızın işğalçı kommunistlərə qarşı Gəncə üsyanını xüsusi qəddarlıqla qan içində boğub. Minlərlə günahsız yurddaşımızın məhvinə səbəb olub, ancaq sonda kommunistlər onu da “vətən xaini” adlandıraraq xüsusi qəddarlıqla məhv ediblər.

H.Sultanov 1918-ci il mart qırğınından sonra Stepan Şaumyanın rəhbərliyi ilə yaradılmış kommuna ilə sıx əməkdaşlıq edən Ayna Sultanova ilə evli olub.


Məmməd Rahim 1907-ci il aprelin 20-də Bakıda kiçik sahibkar ailəsində doğulub. 1937-ci ildə APİ-nin şərqşünaslıq fakültəsini bitirib. Dövri mətbuatda fəal çıxış edib. Uzun illər Yazıçılar İttifaqında şeir bölməsinin rəhbəri və təşkilat katibi müdafiə bölməsinin rəhbəri olub. İrana xüsusi ezamiyyətə də o göndərilib. İki dəfə Lenin (1945-1967), “Oktyabr inqilabı” (1977), “Qırmızı Əmək bayrağı” (1965) ordenlərinə və medallara layiq görülüb. 1977-ci il mayın 6-da Bakıda vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.


***

Xainlərə ölüm


Bir bağın ki usta ola bağbanı,
O bağçada qurd neyləyər budağa
Düz yollara çıxmış elin karvanı,
Duman qonmaz bu dərəyə, bu dağa.
Azərbaycan, gül əkmisən gül də dər!
Bir məsəl var: “Karvan keçər, it hürər”.
Ey əlləşib öz beynini yoranlar,
El malına gizli alov vuranlar,
Bülbülümü ayrı salıb gülümdən,
Almaq üçün səadəti əlimdən,
Qəsd eləyən uşaqlara, mallara,
Ziyan vuran çəkdiyimiz yollara.
Tarix hər an tarix qalır əslində.
Həmid, sənin nökərlik var nəslində.
Varaqla bax keçənləri, uzağı
Bir zamanlar Şəmsəddini, Qazağı
Rus çarına satan alçaq baban da
Adı soltan, özü yaltaq baban da.
Sən də namus, vicdanını atmısan,
Doğma yurdu yad ellərə satmısan.
Güllənirkən ömrümüzdə bizim yaz
Azərbaycan rus xalqından ayrılmaz!
Elimdəki bu cəlalı, novrağı
Günəş kimi yanan nurlu çırağı
Biz Leninin sayəsində yaxmışıq,
Azad olub, ağ günlərə çıxmışıq.
Tarix hər an tarix qalır əslində,
Həmid, sənin nökərlik var nəslində.
Bizdə yağı düşmənlərə aman yox,
Pençəmizdə tülək sara aman yox,
Ölüm namərd kölgəsində yatana,
Vətənini özgələrə satana!
Xəzan görməz, çiçəklənir bizdə yaz,
Azərbaycan, sovetlərdən ayrılmaz!




Hazırladı: Vüqar Qurdqanlı
# 5118 dəfə oxunub

Oxşar xəbərlər

Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

16:05 31 oktyabr 2025
Dövrünün miskin əyyaşı, küçələrdə öz-özünə danışan - Əsl şair-yazıçı ömrü deyəndə nəyi nəzərdə tutulur?

Dövrünün miskin əyyaşı, küçələrdə öz-özünə danışan - Əsl şair-yazıçı ömrü deyəndə nəyi nəzərdə tutulur?

14:00 31 oktyabr 2025
"Onun hər addımı seçim və ya məhv olmaq təhlükəsi altındadır" - Axına qarşı üzən, hamıdan kənarlaşdırılan qadın

"Onun hər addımı seçim və ya məhv olmaq təhlükəsi altındadır" - Axına qarşı üzən, hamıdan kənarlaşdırılan qadın

12:04 31 oktyabr 2025
Əli Novruzov:  "Aqşin Yenisey yuxarı instansiyaları babat aldada bilir"

Əli Novruzov: "Aqşin Yenisey yuxarı instansiyaları babat aldada bilir"

17:59 29 oktyabr 2025
Azərbaycan ədəbiyyatının ən parlaq nəsli bizik! - Orxan Həsəni

Azərbaycan ədəbiyyatının ən parlaq nəsli bizik! - Orxan Həsəni

14:57 28 oktyabr 2025
Azər Turan:  "Azərbaycan ədəbiyyatının Əlisəmid Kür müxalifliyinə ehtiyacı var..."

Azər Turan: "Azərbaycan ədəbiyyatının Əlisəmid Kür müxalifliyinə ehtiyacı var..."

16:30 24 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər