Mir Cəfər Bağırov haqda kitab yazan yazıçı sensasion faktlar açıqlayır
12 aprel 2011
09:58
Teyyub Qurban üzdə olmayan yazıçılardandır. Amma gördüyü işlərin onun adını ictimai-fikir tarixində yaşadacağı şəksizdir. Azərbaycan tarixinin ən az araşdırılmış sahəsi ilə məşğul olan Teyyub müəllim uzun müddətdir ki, arxivləri araşdıraraq Mir Cəfər Bağırovun həyatı və mühitiylə bağlı son dərəcə ilkin faktları üzə çıxarıb və “Düşmənlərindən güclü şəxsiyyət” kitabını yazıb.
Əməkdaşımız Teyyub Qurbanla görüşərək bir sıra qaranlıq məqamlara aydınlıq gətirməyi xahiş etmişdir.
- Teyyub müəllim, sizin Mir Cəfər Bağırov haqqında yazdığınız kitabı oxudum və o kitabda uzun müddət Azərbaycana rəhbərlik etmiş bu ziddiyyətli şəxsiyyətin törətdiyi əməllərə haqq qazandıra biləcək bir dəlilə rast gəlmədim. Sizcə, ona haqq qazandırmaq olar?
- Bilirsiniz, siz görünür, mənim kitabımı diqqətlə oxumamısınız, bu kitabın nəşrindən sonra Mir Cəfər Bağırovun məhkəmə prosesi ilə bağlı yazdığım yazıları isə ümumiyyətlə oxumamısınız. 1918-ci ilin martında Quba qırğınları zamanı Mir Cəfər Bağırov daşnaklara qarşı döyüşüb. Mən bunu özümdən demirəm, faktlar bunu deyir. O, Müsavat Partiyasının üzvü olmasa da müsavatçılara, Xalq Cümhuriyyətinə həmişə rəğbətlə yanaşıb. Müsavatın üzvü olsaydı, 37-ci ildə onun özünü də güllələyərdilər. O, “Hümmət”çi olub və Nərimanovla birgə mübarizə aparıb.
BDU-nu Bağırov açdırıb
- Xalq Cümhuriyyəti dövründə Mir Cəfər Bağırov nə işlə məşğul idi?
- 28 maydan sonra Mir Cəfər Bağırov Nəriman Nərimanovla birgə Həştərxanda olub. 1921-ci ildə Azərbaycana gəlib və Nərimanovun əmrilə Azərbaycan Fövqəladə Komissiyasının rəisi təyin edilib, sonra bu qurum Siyasi İdarəyə çevrilib. 1926-cı ilə qədər, Kirovun dövründə onun dörd vəzifəsi vardı. Nazirlər Sovetinin sədr müavini, Rüşvətxorluğa Qarşı Mübarizə İdarəsinin rəisi, Fövqəladə Komissiyanın rəisi və Çəyirtkələrlə Mübarizə İdarənin rəisi olub.
Həmin dövrdə Azərbaycanın müxtəlif bölgələrində sovet hakimiyyətinə qarşı üsyanlar qalxırdı, həmin yerlərə hər dəfə Mir Cəfər Bağırovu göndərirdilər. Üsyana başçılıq edən bəylərlə, kəndlərin böyüklər ilə təkbətək, silahsız görüşüb onları yola gətirib. Bu da bacarıq və cəsarət tələb edir. Kirovdan sonra Azərbaycana üç il Levon Mirzəyan rəhbərlik edib. O vaxt Mirzəyan Mir Cəfər Bağırovu Azərbaycan qovubmuş. Bunlardan xəbəriniz varmı? 1928-ci ildə həmin bu Mirzəyan Bakı Dövlət Universitetini bağlatdırır. Guya ki, bu Müsavat Partiyasının qalığıdır, ləğv edilməlidir. 1932-ci ildə Mir Cəfər Bağırov Azərbaycana qayıdır, Nazirlər Sovetinin sədri təyin olunur və 1934-cü ildə Bakı Dövlət Universitetinin yenidən açılmasına nail olur.
Bu gün bir adam çıxıb bu faktı dilinə gətirmir. Abel Məhərrəmov o gün televizorda danışır, oxu atıb yayını gizlədir, universitetin yenidən açılmasının səbəblərinə aydınlıq gətirmir. Axı bu tarixdir, qardaş. Bunu heç cürə danmaq, gizlətmək mümkün deyil.
- Gəlin “37 repressiyası”nın üzərində dayanaq. Mir Cəfər Bağırovu ən çox bu məsələdə ittiham edirlər. 29 min ziyalımızın məhv edilməsində siz kimləri günahkar sayırsınız?
- Günahkar sovet imperiyası, konkret desək, Stalin idi. 1937-ci il avqust ayının 5-də SSRİ NKVD-si qərar çıxarır, həmin qərara üç nəfər imza atır. SSRİ daxili işlər naziri Yejov, Stalin və Mikoyan.
Mir Cəfər Hüseyn Cavidi qoruyurmuş
- Qərar nədən ibarət idi?
- Qərarda yazılmışdı ki, müsavatçılar, ittihadçılar, sosial-demokratlar, hümmətçilər, eyni zamanda menşeviklər və daşnaklar güllələnməlidir. Onlar bir sinif kimi ləğv edilməlidirlər. Radikallar güllələnir, digərləri isə sürgün olunur. M.C. Bağırov bu işə qarışa bilməyib.
Bilirsiniz, o dövrü anlamaq üçün gərək özün şahid olasan. Mənim 75 yaşım var, Stalinin hökmranlıq dövrü mənim yeniyetməlik, gənclik çağlarıma təsadüf edir, mən o illəri yaşamışam. Hüseyn Cavidin Mir Cəfər Bağırova məktubları var, bu məktublarda özünü onlardan qorumağı xahiş edir. Hüseyn Cavidin yaşadığı bina dövlət idarəsinə məxsus olub. Həmin binada bir neçə ailə yaşayırmş, onların hamısını oradan çıxarıblar. H. Cavid M.C. Bağırova məktub yazır ki, xahiş edirəm məni buradan çıxarmayasınız, buradan Xəzər görünür, mən də baxıb ilham alıram.
M.C.Bağırov da ona həmin mənzildə yaşamağa icazə verir. Axı Mir Cəfər kimisə xilas etmək iqtidarında deyildi. Bunu başa düşmək lazımdır. 1937-ci ildə əmr çıxandan sonra Mir Cəfər Bağırov buna müdaxilə edə bilmir. Amma Üzeyir Hacıbəyovu, Mikayıl Rəfilini qoruyub. O cümlədən Mir Mövsüm ağanı qoruya bilib, onun da adı siyahıda var imiş. Ona görə Mir Cəfər Moskvaya Stalinin qəbuluna gedib və ondan sonra Mir Mövsüm ağadan əl çəkiblər.
Səməd Vurğun Müşfiq əleyhinə şeirlər yazırdı
- Deyilənə görə, Səməd Vurğunu da o qoruyub. Bu barədə nə deyə bilərsiniz?
- Səməd Vurğun heç bir partiyanın üzvü olmadığına görə onu qorumağa da ehtiyac yox idi. Amma Səməd Vurğunun, Süleyman Rüstəmin, Məmməd Rahimin Mikayıl Müşfiqə qarşı şeirləri var, onu millətçi adlandırıblar. 1930-cu ildə ermənilər Azərbaycana rəhbərlik edən zaman qərar çıxıb ki, tar yad bir ünsür kimi ləğv edilsin. Süleyman Rüstəm dərhal yazdı ki, “oxuma tar, sevmir səni proletar”. Səməd Vurğunun əmilər Müsavat Partiyasının üzvləri idilər. Onun həbs edilməməsi möcüzə idi. Məhkəmədə Rudenko Mir Cəfərdən soruşdu ki, niyə Səməd Vurğunu həbs etmək və öldürmək istəmisiniz? O dedi ki, əgər istəsəydim, bunu edərdim.
Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində 1950-ci il fevral ayının 2-sində DTK sədri Stepan Yemelyanov tərəfindən M.C.Bağırova göndərilmiş məxfi məktub saxlanılır. Məktubda məlumat verilir ki, Səməd Vurğun İngiltərədə olarkən professor Vladimir Minorski ilə tanış olmuş, onun Azərbaycan Elmlər Akademiyasına ünvanlanmış məktubunu əlbəəl Akademiyanın prezidenti Musa Əliyevə çatdırmışdır. DTK əməkdaşları bu adamın “antisovet ünsür” olduğu haqda dəqiq arayış tərtib etmişdilər.
Mir Cəfər bəyəm “alkaş” idi
M. C.Bağırov Səməd Vurğunu yanına çağırıb yüngülvari tənbeh edib və onu sovet DTK-nın hörümçək torundan xilas edib. Yeri gəlmişkən, bir məqama da toxunmaq istəyirəm. Bu yaxınlarda Vaqif Səmədoğlunun bir müsahibəsini oxudum. O deyir ki, Mir Cəfər mənə dedi ki, atan içir, dayın da küpünə girir, həm də qabandan danışır. Vaqif düz danışmır. O gözəl şairdir, “Bəxt üzüyü” də əladır, xoşum gəlir. Amma Mir Cəfərə lətifə yaraşmır. Mir Cəfərin işi-gücü qurtarmışdı, Vaqiflə ora-bura gedirdi? Deyir ki, Mir Cəfərin cibində şüşə vardı. Mir Cəfər bəyəm “alkaş” idi? Onun araq içən insanlardan heç xoşu gəlmirdi. Bu, Vaqif Səmədoğlunun şair təxəyyülündən başqa bir şey deyil. Gopa basmaq olmaz. Tarix zarafatı sevmir.
- Teyyub müəllim, Mikayıl Müşfiq də heç bir partiyanın üzvü deyildi. Onu xilas etmək olmazdımı?
- Bilirsiniz, yenə deyirəm, güllələnmə qərarı veriləndə Mir Cəfərdən soruşmayıblar ki, kimi güllələyək, kimi saxlayaq. Bəlkə bunu da bilmirsiniz ki, 37-ci ildə onun özünü də həbs ediblər, 10 gün ev dustağı olub.
- Bağırovun özünü?
- Əlbəttə. Onu SSRİ prokurorunun müavini Mattuleviç həbs etdirib. 1938-ci ildə daxili işlər naziri postuna keçən Beriya onu həbsdən azad etdirib. Bu faktı sənədlər də təsdiqləyir. Onu bir də ona görə ittiham edirlər ki, Böyük Vətən müharibəsi illərində bir gecədə 56 min azəri gəncinin məhvinə səbəb olmuşdur. Əvvəla, 56 min deyil. Heç bir təcrübəsi olmayan 60 min gənc bir gecədə müharibəyə səfərbər edildi və onlar həlak oldular.
Amma bu qurban bahasına Mir Cəfər Bağırov həmin gecə Azərbaycandakı yerli əhalinin, aborigen türklərin köçürülməsinin qarşısını aldı. O vaxt SSRİ rəhbərliyində belə bir qorxu vardı ki, Azərbaycan əhalisinin əksəriyyəti türkdür, bunları parçalamaq lazımdır. Üstəlik, Mikoyan Stalində türklərə qarşı inamsızlıq yaratmışdı. Belə yüksək göstərici ilə Mir Cəfər Bağırov Stalinin fikrini dəyişə bildi və bütöv bir xalqı deportasiyadan xilas etdi.
Çoxları onun rütbəsini də bilmir. İkinci Dünya Müharibəsi qurtarandan sonra ona general-polkovnik rütbəsi verilmişdi.
Anarın “Cavid ömrü” filmində uydurma çoxdur
- Teyyub müəllim, axı Mir Cəfər Bağırov məhkəmədə öz günahlarını etiraf etmişdi. Demişdi ki, mənim xalqım qarşısında o qədər günahlarım var ki, məni güllələmək azdır, məni tikə-tikə doğramaq lazımdır.
- Xeyir, belə şey olmayıb. Anarın “Cavid ömrü” filmində də bu səhvə yol verilib. O filmdə uydurma şeylər çoxdur. 1937-ci ilə qədər Mir Cəfər Hüseyn Cavidi bütün təhlükələrdən qoruyub. Mən Yazıçılar Birliyində Anara sual verdim ki, necə olur, Hüseyn Cavidə 8 il iş verilir, Əhməd Cavad isə güllələnir? Axı Hüsen Cavid qat-qat Əhməd Cavaddan güclü şair idi. Ona görə ki, qərarda yazılmışdı ki, müsavatçılar güllələnməlidir. Əhməd Cavad Müsavat Partiyasının üzvü idi, o güllələnməli idi. Cavid isə partiya üzvü deyildi. Bu məqam filmdə öz əksini tapmayıb. Bu bir, ikincisi, Mir Cəfər məhkəmədə başqa cür deyib, gedib stenoqramı bir də diqqətlə oxuyun. O deyir ki, əgər mənim günahım varsa, məni güllələmək azdır, məni tikə-tikə doğrayın. Mən 1997-ci ildən arxivlərdə araşdırmalar aparıram. Mir Cəfər mövzusu mənim üçün gün kimi aydındır.
Sonra deyirlər ki, onun oğlunun adı Volodya olub. Xeyir, oğlunun adı Cahangir olub. O da Böyük Vətən Müharibəsində şəhid olub, qəbri də Yasamal qəbiristanlığındadır. Moskvadan Mir Cəfər zəng olunub ki, oğluna Sovet İttifaqı Qəhrəmanı adını veririk, o isə xahiş edib ki, ona bu adı verməyin. Cahangirə “Lenin” ordeni veriblər. İkinci oğlu Cen isə heç vaxt musiqi məktəbində oxumayıb, bu da Vaqif Səmədoğlunun uydurmasıdır. O, Tiflisdə hərbi məktəbdə, sonra isə Moskvada Jukov adına Aviasiya Akademiyasında təhsil alıb.Cen professor, elmlər doktoru olub, onu 1994-cü ildə Moskvada ermənilər şampan şərabının içinə zəhər tökərək öldürüblər.
- Teyyub müəllim, son dərəcə maraqlı faktlar söylədiniz. Müsahibəyə görə sağ olun.
- Siz də sağ olun.
Söhbətləşdi: Kənan HACI

5105 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024