AYB sözçüsü: “Anar ciddiyyət nümayiş etdirməlidir...”
9 aprel 2011
18:13
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Kulis.az-a verdiyi müsahibədə “Ədəbiyyat qəzeti”nin fəaliyyətindən razı olmadığını vurğulayıb. O qeyd edib ki, adıçəkilən qəzetə bir neçə təklif versə də, bu təklifləri “ya eləyə bilməyiblər, ya eləmək istəməyiblər”. Bütün bu məsələlərə aydınlıq gətirmək və ümumiyyətlə, “Ədəbiyyat qəzeti”ndə nələrin baş verdiyini öyrənmək üçün AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu və birliyin gənclər üzrə katibi Rəşad Məcidlə əlaqə saxladıq.
“Anar ciddiyyət nümayiş etdirməlidir”
Ədalət Əsgəroğlu sualımıza “çox istərdim ki, “Ədəbiyyat qəzeti” ilə bağlı sual mənə verilməsin” deyə başlasa da, daha sonra bildirdi ki, Anar müəllim AYB-nin sədridir. “Birincisi, onun təkliflərini “Ədəbiyyat qəzeti”nin redaksiyası dəyərləndirməlidir. İkincisi, Anar müəllim də ciddiyyətini nümayiş etdirib, təkliflərinin reallaşmasını təmin etməlidir. Yox, əgər Anar müəllim demokratiya nümayiş etdirib təzyiq etmirsə, onda “Ədəbiyyat qəzeti”nin də təklifləri yerinə yetirməməsini də demokratik hesab etməlidir”.
“Qəzetə yazı vermirlər”
Ədalət Əsgəroğlu qəzet haqda da düşüncələrini Kulis.az-la bölüşüb: “Ədəbiyyat qəzeti” bu gün Azərbaycan ədəbiyyatının simasıdır və AYB-nin orqanı olduğu üçün daha çox yubiley tədbirləri, tənqidi məqalələr, nekroloqlar və başqa bu tipli yazılar dərc edir. Amma bu o demək deyil ki, yaxşı yazılar “Ədəbiyyat qəzeti”ndə çap olunmamalıdır və yaxud da olunmur. Kim yaxşı yazı yazıb təqdim edirsə, o yazı mütləq yayımlanır. Bəzi istisnalar olmaqla redaksiya kiməsə yalvara bilməz ki, yazını ilk dəfə bizə ver. Məncə, burada nə qəzet kollektivinin, nə də baş redaktorun günahı yoxdur”.
“Anar müəllim “Ədəbiyyat qəzeti”ndən nə istəyir?”
“Həm də onu başa düşmürəm ki, başda Anar müəllim olmaqla, həm AYB, həm də AYB ətrafındakı adamlar “Ədəbiyyat qəzeti”ndən nə istəyirlər. Əgər bu qədər təəssübkeşdirlərsə, yaxşı yazılarını bu qəzetə versinlər. Bir də, Anar müəllimin təklifləri şəffaf olmalıdır və cəmiyyət də onu bilməlidir”.
Mətbuat xidmətinin rəhbəri narazılara mesaj da yollayıb: “Ədəbiyyat qəzeti” nə siyasi, nə də başqa qalmaqalların yeri deyil. Buna bu redaksiyada imkan verilə bilməz. Mən “Ədəbiyyat qəzeti”nin qovluqlarına baxmışam. Bir dənə də olsun yaxşı yazı kənarda saxlanılmayıb. İndi heç kim siyasətdən və iqtisadiyyatdan yazmır, hamı deyir şairəm, yazıçıyam. Qarabağdan yaxşı yazılar yazılmır. Bunların da səbəbi ziyalılardadır. Ziyalılar yazıb gənc nəslə örnək olmalıdırlar. Yəni gərək başda olanlar yerlərində olsunlar ki, gənc nəslə də nəyisə öyrədə bilsinlər”.
“Anara görə “Ədəbiyyat” qəzetində Rəsul Rza haqda yazılar çıxır”
AYB-nin gənclər katibi Rəşad Məcid isə bizimlə söhbətində bildirdi ki, “Ədəbiyyat qəzeti” ilə bağlı bir çox müzakirələrdə Anar müəllim vurğulayıb ki, bu qəzet başqa KİV orqanları kimi Azərbaycan dilini öldürmür, onu qoruyub saxlayır. “Amma Anar müəllim həm də dəfələrlə qəzet rəhbərliyinə iradlar tutaraq bildirib ki, qəzetdə Rəsul Rza ilə bağlı çox yazılar dərc olunmasın. Məlumdur ki, AYB üzvü olub Anarın qəlbinə yol tapmaq üçün Rəsul Rzadan qeyri-səmimi yazılar yazıb “Ədəbiyyat qəzeti”ndə çap etdirənlər çoxdur.
“Qəzetə təzə baş redaktor gətiriləcək”
Mən özüm də “Ədəbiyyat qəzeti” ilə bağlı bir çox adamların münasibətini öyrənmişəm. Hamı rəsmi məlumatların çoxluğundan və əhəmiyyətini itirən, başqa mətbu orqanlarda həftə ərzində çap olunan məqalələrin təkrar çapından şikayət edir. Bunun səbəbini araşdırmışam və məlum olub ki, rəsmi məlumatların bu qədər çox verilməsini qəzet rəhbərliyindən heç kim tələb etmir. Bu sadəcə baş redaktorun köhnə havada qalması ilə əlaqəlidir. Hesab edirəm ki, “Ədəbiyyat qəzeti” haqda ciddi düşünməyin vaxtı çatıb. Qəzeti günümüzün şərtlərinə uyğunlaşdırmaq lazımdır. Yəqin ki, yaxın zamanlarda bu baş verəcək və qəzetə daha müasir düşüncəli baş redaktor gətiriləcək”.
“Ədalət Əsgəroğlu etik davranmır, qayınatasını müdafiə edir”
Rəşad Məcid Ədalət Əsgəroğlunun Anarın müsahibəsinə münasibət bildirərkən səsləndirdiyi “ciddiliyini nümayiş etdirməlidir”, “təklifləri şəffaf olmalıdır”, “Mən bilmirəm Anar müəllim “Ədəbiyyat” qəzetindən nə istəyir” fikirlərinə də münasibət bildirərək əlavə etdi ki, bu gün Ədalət bəyin oğlunun toyudur, bu səbəbdən də onu təbrik edirəm. “Buna baxmayaraq, qeyd edim ki, Anar müəllimin fikirlərinə AYB-nin mətbuat katibin belə münasibət bildirməsi etik deyil. Yəqin hamı bilir ki, Ə. Əsgəroğlu “Ədəbiyyat qəzeti”nin baş redaktoru Ayaz Vəfalının kürəkənidir və bu səbəbdən də qayınatasını müdafiə edib. “Sonda onu da bildirim ki, Anar müəllimin Ayaz Vəfalı ilə münasibəti çox yaxşıdır və kimsə ondan yazıçı kimi narazı deyil. Sadəcə, məsələ “Ədəbiyyat qəzeti” ilə bağlıdır”.
Vüqar

1525 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024