Zahir Əzəmət: “Özümü romana hazır hiss etmirəm” - MÜSAHİBƏ
13 iyul 2011
14:36
Onu çox adam “ədəbiyyat fədaisi” kimi tanıyır. İşlədiyi qəzetlərdə, yaratdığı saytlarda hər zaman ədəbiyyatın, kitabın təbliğatı ilə məşğul olub. Hər zaman gənc imzaların dərc olunmasına yardımçı olub. Bakıya ilk gələndə qəzet satmaqla keçinən şair Zahir Əzəmət indi Ann.az portalının baş redaktorudur. Həmçinin özünün yaratdığı “Kultaz” mədəniyyət portalına da rəhbərlik edir.
1975-ci ildə Lənkəranda doğulub. 36 yaşı olmasına baxmayaraq, cəmi bir şeir kitabı var: “Divar yazıları”.
Milli Kitab Mükafatının ekspertidir.
“Pərviz ekspertlərin favoriti deyildi”
- Milli Kitab Mükafatının ekspertlərindən biri olmusunuz. MKM-in birincisində olduğu kimi ikincisində də qalmaqal oldu. Ümumiyyətlə, bu prosesi necə şərh edirsiniz?
- Mən hər iki müsabiqədə ümumi seçimə etibar etmişəm. Hər ikisində də qalibi ittiham etmək fikrim olmayıb. Məsələn, birincidə Qaraqan iyirmiliyə və onluğa bizim seçimimizlə gəlmişdi. Baxmayaraq ki, mənim favoritlərim başqa idi. Bizim seçimdə ilk üçlükdə Şərif Ağayar, Rafiq Tağı və Fəxri Uğurlu idi. Bu il Pərviz ekspertlərin favoriti deyildi. Amma münsiflər ona səs verdilər. Bütün hallarda bu seçimə hörmət etmək lazımdır. Görünür, bu cür seçimlərə öyrəşməmişik. Ondan dolayı bir çox mübahisələr yarandı. Ümid edirəm ki, Nigar xanım bu müsabiqəni keçirmək üçün özündə güc tapacaq. Məncə, üçüncü MKM daha sakit keçəcək. Münsiflər heyətində qruplaşma var idi. Bu verilən ballardan görünürdü. Birinci və ikinci ildə hay-küyə səbəb olanlar bu il müsabiqədən kənarlaşdılar. Əslində kənarlaşmamalıydılar. Rəşad Məcidin qərarı çox emossinal idi. Belə proseslərdə bütün tərəflərin iştirakı, mövqeyi vacibdir. Onun bir münsif kimi kənardan verdiyi dəstək MKM-in populyarlaşmasında böyük rol oynayıb. Bu mənada onun əməyi böyük idi. Digər münsiflərin qiymətlərinə hörmət etməliydi. Əslində, ən qorxulusu odur ki, belə müsabiqələr müzakirə olunmasın. Heç bir reaksiya doğurmasın. Əgər bu iki ildə kitab müsabiqəsi bu qədər gündəmə gəlibsə, bu çox yaxşıdır. Hətta müsabiqədə iştirak etməyən yazarların da kitablarının satışına təsir edib. MKM sanki qurbağa gölünə daş atdı. Burda hər kəsin əməyi var. Mənim də, Qan Turalının da, Rəşad Məcidin də, Şahbaz Xuduoğlunun da. Hamımızın. Bu, kollektiv əməkdir. Belə şeylərdə bir-birimizdən əlindən tutub daha yaxşı nəticələr əldə etmək lazımdır.
“Mənim siyahımdan bir nəfər keçmədi”
- İkinci MKM-də kimin qalib olmağını istəyirdiniz?
- Onluqda ilk iki yer ora layiq idi. Mən ən çox balı Pərvizə və Məqsəd Nura yazmışdım. Orda iyirmilikdən onluğa keçməyən Cavid Zeynallının əsəri də qalib olmağa layiq idi. Onun romanı məni xeyli heyrətləndirib. Onluqdakı müəlliflərin 9-u mənim seçimim idi. Keçməyən təkcə Cavid Zeynallı idi. Mirmehdini də bəyənmişdim. Bizə təqdim olunan mətnlər arasından ən optimal olanlarını seçmişəm.
- Gənclərin ədəbiyyata “hay-küylü” gəlişindən təxminən 10 il keçir. Bu 10 ili necə qiymətləndirirsiniz? Seymur Baycan “biz qalib gəldik” - deyir.
- Seymurla hardasa razıyam. Bu gün ölkədə ədəbiyyat yeganə sahədir ki, burada heç bir inhisar yoxdur. Zorən idarəetmə üsulları yerimir burda. Burda yalnız istedad öz sözünü deyə bilir. Bu mənada Seymur haqlıdır. 2000-ci illəri əvvəllərində hansısa qəzetdə çap olunmaq belə problem idi. Siyasi qəzetlərdə nadir hallarda şeirlə, hekayə ilə çıxış etmək olurdu. Kitab çap etməkdən ümumiyyətlə söz gedə bilməzdi. Çoxlu baryerlər var idi. Həm də oxucu yox idi. Böyük təbliğat işinə ehtiyac vardı. Biz çoxlu işlər gördük. Bir çox qəzetlərdə ədəbiyyat əlavələri buraxdıq. “Mərkəz”də, “Yeni Azərbaycan”da, “Ekspress”də, “Ədalət” qəzetində və s. AYO yarandı, “Alatoran” jurnalı çıxmağa başladı. Bunun üzərindən müəyyən bloqlar, ədəbiyyat saytları yarandı. Bundan sonra müxalifət qəzetləri də bizə qapılarını açdı. Biz mübarizəmizin əsas məqsədlərinə nail olduq. Artıq cəmiyyət bizləri tanıyır. Oxucuyla aramızda AYB adlı bariyer yoxdur. İndi AYB yazarların dövlət arasnda baryer rolunu oynayır. Bir vaxtlar cəmiyyətlə aramızda baryer idi. Biz bunu götürə bildik. AYB ədəbiyyatı inhisarda saxlamaq istəyir. Bu gün təqaüdlər yalnız AYB üzvlərinə verilir. Hökümət bəlkə də prosesi görə bilmir. Ədəbi sferaya ancaq AYB-nin pəncərəsindən baxırlar. Mənzərə isə daha genişdir. Dövlət bütün ədəbi icmaya açılmalıdır. Bu mənada biz mübarizəmizi davam etdirməliyik. Məncə, fərdlərə yönəlik hücumlara ara verməliyik. Tənqidlər mətnlər üzərində olmalıdır. Çünki bu halda ədəbiyyat udur. Tənqid olunan əsər həm də ömür qazanır. Bir zamanlar gəncləri təqlid edirdilər ki, yazdıqlarını ortaya qoysunlar. İndi bir çox dostlarımızın artıq 4-5 kitabı var ortada. Bu özü bir nəticədir. Bu gün bir normal kitabın orta hesabla min oxucusu var. Oxucuların əksəriyyəti gənc yazarlara üstünlük verir. Bu özü artıq cəmiyyətin bizə verdiyi qiymətdir. Amma bu çox xırda bir qələbədir. Vaxtilə bu ölkədə kitab oxuyan insanların sayı yüksək olub. Həm də Azərbaycan əhalisinin demək olar ki, hamısı savadlıdır. Biz daha geniş oxucu kütləsinə açılmalıyıq. Doqquz milyonluq əhalinin doqquz yüzünə kitab oxuda bilmək bəlkə də qələbədir. Amma faciəvi qələbədir. Nəzər alanda ki, biz bunu sıfırdan bura gətirmişik, bu özü böyük bir uğurdur. Qarşıda çox böyük iş var. Ədəbiyyatı sevdirmək, bunun gərəkliliyini insanlara anlatmalıyıq. İnsanlar bilməlidirlər ki, uşaqlarını ucuz şoularla, musiqilərlə, meyxanalarla yox ciddi ədəbiyyatla böyütməlidirlər. Cəmiyyət bunu dərk etməlidir. Biz artıq gənc deyilik. Aramızda 40, 50 yaşını qeyd edənlər var. Arxamızca yeni gənclik gəlir. Yeni gənclik daha rəngarəng, daha fərqlidir. Proses davam edir. Ardı kəsilmədən davam edir. Stabil uşaqlar gəlir və bu o deməkdir ki, ümidsiz olmaq olmaz.
“İndiki ortam şeir ortamı deyil”
- Bəs özünüz niyə kitab yazmırsınız? Cəmi bir şeir kitabınız var.
- Şeirlər kitabım çıxanda 31 yaşım var idi. Bu o demək deyil ki, mən 31 yaşına qədər cəmi bir kitablıq şeir yazmışdım. Mən o qədər məhsuldar deyildim, amma o kitaba qədər mən bəlkə də on kitablıq şeir yazmışdım. Bir az qəddaram, yazdıqlarımı bəyənmirəm, yazıram, sonra silirəm. O kitabı mən yenidən buraxsaydım, yəqin, onun beş faizini saxlayardım. Bu gün beş kitablıq şeirim var. Yəni buraxa bilərəm. Amma hesab edirəm ki, bu indiki ortam şeir havası deyil. Bir az nəsr havası var. Azərbaycan bu gün belə poetik desək nəsranədir və bu mənada yazdıqlarımı dəmə qoymuşam, vaxtı yetişəndə çap edəcəm. Mən ədəbiyyata menecerlik tərəfdən də baxıram. Bu gün bir şeir kitabı çıxarmaq, onu səssiz quyuya atmaq kimi bir şeydir. Özümü az çap edirəm. Kitab dükanlarında nəsr daha çox satılır, nəinki şeir.
“Özümü romana hazır saymıram”
- Onda roman niyə yazmırsınız?
- Mən özümü romana hazır hiss etmirəm. Hər şeir yazan mütləq həm də roman yazmalı deyil. Səmimi deyim ki, öz dil potensialımı da roman yazmağa hazır etmirəm. Mənim təfəkkürüm nəsr təfəkkürünə bəlkə də yaxındır, amma dil potensialım buna imkan vermir. Özümü hazır saymıram buna.
- Bəlkə, qəzetçilik mane oldu sizə?
- Yox. Elə deməzdim. Azərbaycanda elə bir yazar yoxdur ki, biz onu Nobel mükafatının qabağına qoyaq. Deyək ki, buna layiqdir. İstər nəsrdə, istər şeirdə çox gözəl imzalar var. Amma bu gün dünyada şeir ikinci plandadır. Bunu hamı etiraf edir ki, nəsr öndədir. Amma bizim nəsrimizin gəlib o səviyyəyə çatmayıb. Nəsrimiz bir təkamül prosesi keçməlidir. Bu təkamül prosesi yalnız yazıların ortaya qoyulması, mətnlərlə bağlı deyil. Bu mətnlərin ortaya qoyulması üçün mühit lazımdır. Proses getməlidir, mexanizm olmalıdır. Bu gün dünyanın ən gözəl əsəri Azərbaycanda yazılsa, o heç bir effekt verməyəcək. Ona görə ki, bir kitabın xaricdə diqqət cəlb etməsi üçün ümumi dünyada qəbul olnumuş proseslər var. Bu proseslərin önündə naşirlər durur, yazıçılar yox. Naşirlər axtarırlar, yaxşı imzaları ortaya çıxarırlar. Bu prosesə dövlət də yardım göstərməlidir. Məsələn, qonşu Türkiyədə Xarici İşlər Nazirliyi bir proqram hazırlayıb. Bu proqrama əsasən, bütün dünyada türkiyəli yazarların 6 min adda kitabı çap olunmalıdır. Artıq bu kitabların 40 faizi çap olunub. Biz isə hələ ki, xarici ədəbiyyatı burda çap edirik. Ədəbiyyata böyük kapital qoymaq, onu dünyaya çıxarmaq lazımdır.
- Yeni çıxan əsərlərdən hansıların oxumusunuz? Hansıları yüksək dəyərləndirirsiniz? Sizcə, tarixdə qalan olacaqmı bu əsərlərlə?
- Proqnoz vermək mümkün deyil. Tarix bütün proqnozları alt-üst edə bilir. İzzəddin Həsənoğlunun dövründə bəlkə də yüz şair olub. Zəlzələ olub, hamısı ölüb, təkcə bu qalıb. Bilmək olmur kimin əsəri qalacaq. Yazılan əsərlərin hər birində yaxşı nəsə var. Məsələn, Şərif Ağayarın həyat təcrübəsi və bunu öz gücü öz çatdıra bilməsi, səmiyyəti, dərinliyi çox yaxşıdır. Onun romanından çox yaxşı bir şey gözləyirəm. Aqşinin nəsr dilini bəyənirəm, amma romanda yenə şair olaraq qalıb. Seymur Baycanın böyük həqiqətləri çox sadə, rahat dildə deyə bilməsini bəyənirəm. Əli Əkbərin dilinin rəvanlığı digər yazarlarımızda yoxdur. Amma hesab edirəm ki, Əli Əkbər epotajdan qaçmalı, uşaq şıltaqlığını yığışdırmalıdır. Daha tez müdrikləşməlidir. Obrazını dəyişməlidir. Cavid Zeynallı, Mirmehdi Ağaoğlu, Kənan Hacıdan gözləyirəm. Bir az da öz bağımızdan danışaq. Həyat yoldaşım Sevinc Çılğından nasir kimi çox şeylər gözləyirəm. Hələ ki, tərpəniş yoxdur. Uşaqlar nəsr işinə bir az sadə yanaşmalıdır. 2-3 aya kənara çəkilib roman yazmaq olmaz. Dünyada ən ciddi əsərlər azı 4-5 ilə yazılıb.
“Bu dəfə Anar seçilməyəcək”
- Bir zamanlar çox tənqid etdiyiniz AYB indi sizə nə qədər maraqlıdır?
- Artıq heç bir əhəmiyyət kəsb etmir. Sadəcə bir kənar adam kimi AYB-nin dövlətlə yazarlar arasında bir bariyer olmasından könüllü imtina edəcəyini umuram. Ora elə sədr gəlməlidir ki, dövlət qarşısında şərt qoya bilsin. Desin ki, yalnız məni maliyələşdirmə. Digər qurumları da maliyələşdir. Tender elan edin, kim qalib gələcəksə, onu maliyyələşdirin. Bu siyasi məsələ deyil. Bu ədəbiyyatın, mədəniyyətin inkişafı deməkdir. Mən bu savaşdan, AYB-dən bunu gözləyirəm. Mənim proqnozum odur ki, bu dəfə Anar seçilməyəcək.
- Kim olacaq bəs?
- Dövlətin təklif etdiyi bir adam olacaq, məncə. Amma bizim gözlədiklərimizdən olmayacaq. Hardasa ortayaşlı bir adam olacaq. Elə adamı seçməyə çalışacaqlar ki, nüfuzu olsun. Bütün cəbhələrdə qəbul olunsun.
- Bir ehtimalınız varmı? Çingiz Abdullayevin adını çox çəkirlər.
- İnanmıram ki, Çingiz Abdullayev buna razı olsun. Onun barışçı rol tuta biləcəyinə inanmıram. Rəşad Məcid də ola bilər. Amma AYB-dən kənarda da ədəbi qüvvələr var. Nə olacağını bilmək olmur.
Elmin HƏSƏNLİ

1278 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024