Günə bir cümlə yazıram - MÜSAHİBƏ
8 aprel 2011
11:58
"Senyor, mənim adım Qabriel Qarsia Markesdi. Təəssüflər olsun ki, lakin bu müxtəlif adlar yığını heç mənim də ürəyimcə deyil və onu çətinliklə özümə aid edirəm. Mən Kolumbiyanın Arakataka şəhərciyində 51 il bundan əvvəl dünyaya gəlmişəm və hələ ki, buna peşman deyiləm. Mən Balıq bürcü altında doğulmuşam, arvadımın adı isə Mersedesdi. İndiyədək sağ qaldığım və yazdığım üçün mən ilk növbədə bu iki mühüm fakta borcluyam.
Mən cəsarətsizliyim üzündən yazıçı olmuşam. Halbuki, anadan sehrbaz doğulmuşdum, lakin fokusları göstərərkən, özümü elə itirirdim ki, axırda ədəbiyyat aləmində gizlənməyə məcbur oldum. Hər iki peşə məni çoxdankı arzuma çatdırır, yəni ki, dostlarıma daha çox sevdirir. Yazıçılıq mənim üçün əziyyətli işdi. Mən səkkiz saat ərzində güc-bəla ilə yarımca səhifə yazıram. Yazdığım hər bir sözlə döyüşürəm, lakin təəssüf ki, bu döyüşlərdən çox vaxt SÖZ qalib çıxır. Mən heç vaxt ədəbiyyat barədə fikir yürütmürəm, çünki onun nə olduğunu bilmirəm və əminəm ki, ədəbiyyat yerli-dibli olmasaydı, dünya zərrə qədər də dəyişməzdi, amma polis olmasaydı, dünya tamam başqa cür olardı. Bir də hərdən fikirləşirəm ki, işdir, mən yazıçı yox, terrorçu olsaydım, bəşəriyyət məndən daha çox fayda götürərdi".
Sual: Siz nə üçün yazırsınız?
Cavab: Mən yazmağa başlayanda, yalnız bir məqsəd güdürdüm: dostlarımdan birini sübut eləmək istəyirdim ki, bizim nəsil də öz yazıçılarını yetirə bilər. O vaxt mənim 17 yaşım vardı.
Sual: Bunu siz təkcə dostunuza deyil, bütün dünyaya sübut etdikdən sonra bir yazıçı kimi özünüz haqda nə düşünürsünüz?
Cavab: Düşünürəm ki, ölsəydim daha yaxşı idi. Məşhur yazıçıları olmayan qitədə doğulmuş və həmişə şöhrətdən uzaq qaçan bir adam cəza düşünüb tapmaq çətindi. Hamı məni əyləncəyə döndərmək istəyir, mənimsə televiziya verilişlərindən, yazıçı konqreslərindən, kütləvi mühazirələrdən zəhləm gedir. Mən öz oxucularımdan on min kilometrlərlə uzaqda dörd divar arasında gizlənməyə çalışsam da, yenə məni rahat buraxmırlar, gördüyünüz kimi, evim əsl bazara oxşayır. Bu son on beş gündə verdiyim dördüncü müsahibədir.
Sual: Bəs, onda nə üçün mənimlə söhbət edirsiniz?
Cavab: Birincisi, ona görə ki, uzun illər jurnalist işləmişəm, elə indi də özümü jurnalist sayıram, həmkarlarıma rədd cavabı verməyə üzüm gəlmir. İkincisi, bu ardı-arası görünməyən müsahibələrə son qoymağın yaxşı bir yolu var: qısa bir vaxtda nə qədər çox müsahibə versəm, dünyanın zəhləsini bir o qədər tez tökərəm və bir mövzu kimi tükənmiş olaram.
Sual: Siz həmişəmi ədəbiyyat və jurnalistika ilə eyni vaxtda məşğul olmusunuz?
Cavab: Bəli. Bir yazıçı kimi informasiyanı mən jurnalistikadan almışam. Jurnalistika mənə həmişə daimi əlaqə saxlamağa imkan yaradır.
Sual: Bir jurnalist kimi siz "Espektador" qəzetində fəaliyyətə başlamışdınız?
Cavab: Bəli. Lakin qəzet bağlanandan sonra iş tapmaq ümidi ilə Parisə uçdum. Məni adaxlım Mersedes yola salırdı. Ondan ayrılanda dedim ki, ürəyini sıxma, bir həftə-dən sonra qayıdaram, toyumuzu edərik, lakin biz bir də yeddi ildən sonra görüşə bildik.
Sual: Elə niyə?
Cavab: Parisdə bütün ümidlərim boşa çıxdı. Bir müddət işsiz qaldım. Axırda Latın Amerikasına qayıtmalı oldum, lakin evə gəlməyə üzüm yox idi, ona görə Venesuelaya yollandım. Bir müddət orda qalıb işlədim. Kuba inqilabının qələbəsi xəbərini alandan bir həftə sonra mən artıq Havanada idim. Prens Latın Agentliyinin yaradıcılarından biri də mənəm.
Sual: İndi siz jurnalistliklə məşğul olursunuzmu?
Cavab: Şübhəsiz. Mən ömrüm boyu əla reportyor olmağı arzulamışam. Lakin əvvəllər mənim belə bir imkanım yox idi. Ancaq yazıçı kimi məşhurlaşdıqdan sonra iqtisadi cəhətdən tam müstəqillik əldə elədim. İndi mən istədiyim mövzularda yazıram və qəzetlər mənim reportajlarımı məmnuniyyətlə dərc edirlər. Bu, olduqca çətin və təhlükəli işdi. Reportyor həyatla toqquşmalarda inkişaf edib böyüyür. Əsl müəllim həyatdı, qalan müəllimlər onun yanında heç nədi.
Sual: Jurnalistika və kino ədəbiyyatla sıx ünsiyyətdə olan sahələrdi, sizin hər iki sahədə böyük təcrübəniz var: deyilənə görə, jurnalistika yazıçının dilini kasadlaşdırır, məhdudlaşdırır, kinonun isə ondan tələb etdiyi qurbanlar gec-tez yazıçının yaradıcılıq qabiliyyətini büsbütün məhv edir.
Cavab: Birinci fikirlə qətiyyən razı deyiləm. Kinoya gəlincə isə unutmaq olmaz ki, burda söhbət yüzlərlə adamın iştirak etdiyi yaradıcılıq prosesindən gedir. Təcrübə göstərir ki, kinoda yazıçı nəhəng bir çarxın dişiciyindən başqa bir şey deyil və bunu da qanunauyğun bir hal kimi qəbul etmək lazımdı.
Sual: Sizin yaradıcılığınızın ilk dövrü ilə bağlı olaraq dəfələrlə Folknerin adı çəkilmişdir. "Yüz il tənhalıq" əsəri sanki bu fikrin yanlışlığını sübuta yetirmək məqsədilə yazılmışdır. Hər səhifədə, oxucuya Folkneri xatırlaya biləcək bütün izləri itirmək cəhdi duyulur.
Cavab: Doğrudan da, əvvəllər Folknerin mənə təsirindən çox yazırdılar. Hətta ara-da özüm də buna inanmağa başlamışdım. Əslində isə Folkneri təsadüfən oxumağa başlayanda, ilk əsərimi artıq yazmışdım. Bununla belə, tənqidçilərin qeyd etdikləri təsirin nədən ibarət olduğunu bilmək istədim, lakin öz əsərlərimdə tapa bilmədiyim cavabı bir neçə ildən sonra Amerikanın cənub ştatlarına səyahətim vaxtı aşkara çıxardım. Tozlu yollar, Günəşin yandırıb-yaxdığı miskin kəndlər, ümidsiz yaşayan insanlar mənə çox tanış gəldi. Amma onu da deyim ki, doğulduğum şəhərciyin böyük bir hissəsini Şimali Amerikanın Banan şirkəti tikib. Mənim Folknerlə oxşarlığım bəlkə elə burdan doğur?
Sual: Folknerin təsiri haqqındakı söhbətlər görünür xoşunuza gəlmir?
Cavab: Xoşuma gəlməyən başqa şeydir. Əslində, bu söhbəti mən tərif kimi qəbul et-məliyəm, çünki Folkner bütün zamanların ən böyük roman ustalarından biridi. Məni başqa şey düşündürür: görəsən, tənqidçilər bu təsiri necə müəyyən edirlər? Axı, həqiqətdə öz işini bilən yazıçı, aydındır ki, heç kəsə bənzəməyə çalışar, öz sevimli müəlliflərini nəinki təqlid eləməz, əksinə onlardan bacardıqca uzaq qaçar.
Sual: Bəs, sizin sevdiyiniz yazıçılar varmı?
Cavab: Sevimli yazıçılarım yoxdu, bəyəndiyim kitablar var. Özü də bu sevgi daimi deyil zamanca dəyişkəndi, bu gün sevdiyim əsəri ola bilər ki, sabah bəyənməyim. Hazırda mən Sofoklun "Çar Edip", Daniel Defonun "Vəba ilinin gündəliyi", Berrouzun "Tarzan meymunlar arasında" və s. əsərləri qeyd edərdim. Onu da deyim ki, neçə ildi, Folkneri oxuya bilmirəm, ümumiyyətlə, romanlar məni tamam bezikdirib. Son illər məni yalnız dəniz səyahətlərinin xronikaları maraqlandırır.
Sual: Heminqueyə münasibətiniz?
Cavab: Bunu niyə məndən soruşursunuz?
Sual: Çünki, Markesin dağ çayı kimi kükrəyən, aşıb-daşan parlaq sətirləri ilə Hemiqueyin quru, xəsis, lakin küll halında effekt doğuran sətirləri arasında çox böyük ziddiyyət var. Əks qütblərin bir-birinə münasibəti isə həmişə maraqlıdı.
Cavab: Onda gərək Heminqueylə Folkneri müqayisə edəydiniz, bu daha çox məqsədə uyğun olardı. Çünki onlar eyni bir ölkənin vətəndaşı idilər, eyni bir vaxtda yazıb-yazırdılar. Çoxlarının şüurunda bu iki yazıçı bir-birini kölgədə buraxmır, əksinə, bir-birini çox gözəl tamamlayırlar. Bununla belə, deyə bilərəm ki, mən Heminqueyn kamil roman ustası saymıram, onun romanları çox zəifdir, lakin hekayələri gözlədi. Buna baxmayaraq, mən onu peşəkar yazıçıların ən böyük ustadı hesab edirəm. Onun əsərlərində bütün yazıçı fəndləri açıq-aşkar gözə çarpır. Ondan öyrənmək asandı.
Sual: "Yüz il tənhalıq" romanı tənqidçilər qarşısında bir sıra ciddi problemlər qoyub. Lakin onlar bu problemləri düzgün həll etməkdə çox vaxt çətinlik çəkirlər. Əgər müəlliflər onlara kömək etsəydilər, tənqidçilərin işi xeyli asanlaşardı. Bax, siz özünüz tənqidçilərlə bir yerdə əsərinizi müzakirə etməyə razı olardınızmı?
Cavab: Əlbəttə ki, yox. Tənqidçilər ciddi adamlardı, məni isə son illər ciddi adamlar qətiyyən özlərinə cəlb etmirlər. Tənqidçilərə kömək əlini uzatmaqdansa, onların qaranlıqda dolaşmasına tamaşa eləmək mənim üçün daha maraqlıdır. Əksinə, yeri düşəndə, özüm onlara tələ qururam, əgər tənqidçilərin özləri bu tələyə can atmasaydılar, qurduğum tələlərin heç bir ziyanı olmazdı. Görünür ki, əsərin dərinliyinə varmaq, mahiyyətini dərk etməkdən xeyli asandı. Tənqidçilərin çoxu Amaranta Buendia obrazını düzgün yoza bilmədiklərindən, onu lazımsız saymışdılar. Bu obrazı yalnız bir adam - Ernnest Folkeninq yüksək professional səviyyədə təhlil edə bilib. "Yüz il tənhalıq" romanı nəşr olunandan sonra mən özüm orada 42 ziddiyyəti aşkara çıxardım, lakin tənqidçilərdən heç kəs bunları görə bilmədi, məni narahat edən budu. Əsərin italyan tərcüməçisinin mənə göstərdiyi altı ciddi qüsur da hamının nəzərindən yayınmışdı. Əlbəttə ki, hər bir yaxşı roman həmişə sehrdi, onu açıb göstərmək hər adama nəsib olmur, bu çətin və məsuliyyətli işi tənqidçilər könüllü olaraq öz öhdələrinə götürürlər, onları buna məcbur edən yoxdu.
Sual: "Yüzil tənhalıq" romanı üzərində işə başlayarkən siz bir yazıçı kimi artıq formalaşmışdınız...
Cavab: Əslində, bu mənim ilk kitabım olmalı idi. Mən onu on səkkiz yaşına yazmağa başlamışdım. Lakin tezliklə başa düşdüm ki, belə əsəri yazmaq üçün mənim lazımi təcrübəm, texnikam, iş vərdişim yoxdu. Mən hələ də Latın Amerikası ədəbiyyatının ənənələri ilə buxovlanmışdım. Bu ədəbiyyata xas olan akademizm, ritorika və sözçülük-dən yaxa qurtarmaq üçün birinci növbədə sadə yazmağı öyrənmək lazım idi. Mən bu istəyə yalnız beşinci cəhddə nail ola bildim. Bəzi tənqidçilər "Yüz il tənhalıq" romanını oxuduqdan sonra Rableni xatırladılar. Lakin əsərdəki hadisələrin mübaliğəsi, nağıl ünsürləri heç də Rabledən yox, Latın Amerikasının gündəlik həyatından irəli gəlir. Mən gündəlik həyatı gerçəklik və əfsanələrdən yorğulmuş bir qitədə yaşayıram. Mənim personajlarım uydurma deyil, fantastik gerçəklikdən doğmuş obrazlardı.
Sual: Bu sual müasir ədəbiyyatın ən mühüm problemlərindən birinə, bəlkə də ən başlıcasına aiddi: Siz bir yazıçı kimi asılı olduğunuzu hiss edirsinizmi?
Cavab: Aramızda söhbətin üstüörtülü getməməsi üçün gəlin, lap axırdan başlayaq. Mən inanıram ki, gec-tez bütün dünya sosializm yoluna qədəm qoyacaq. Bu nə qədər tez baş versə, bəşəriyyət üçün bir o qədər yaxşıdır. Mən həmçinin, əminəm ki, bu qarşısıalınmaz prosesi ləngidən amillərdən biri də aşağı səviyyəli ədəbiyyat ola bilər. İctimai roman adı altında təqdim olunan əsərlərə mənim soyuq münasibətim həmin əsərlərin birtərəfli, fraqmental olması, bir sözlə, oxucunu dünya və həyatı məhdud qavramağa məhkum etməsi ilə bağlıdı. Bu cür romanların Latın Amerikası oxucuları belə əsərlərin məhdudluğunu başa düşür, lakin onu sözlə ifadə etməyə çətinlik çəkirlər. Nəticədə pradoksal vəziyyət yaranır: xalqlarımızın siyasi və ictimai həyatının dəhşətli faciəsini namusla qələmə alan və yalnız bununla kifayətlənən yazıçıları heç kəs oxumur. Bir dəfə Sartr deyib ki, işğal dövrünü fransızların yadına salmaq üçün ictimai parkda al-man hərbi musiqisi konsertini təsvir etmək kifayətdir. Mənə elə gəlir ki, bu bizə də aid edilə bilər. Mənim fikrimcə, Latın Amerikası oxucusunun onların faciəli həyatını təsvir edən əsərlərə elə bir ehtiyacı yoxdu, çünki onlar bunu gündəlik həyatlarından görürlər və bəlkə yazıçının özündən də dərin və yaxşı görürlər.
Ona görə biz yazıçılar yalnız xeyirxah məqsədlər güdən əsərlər deyil, həm də yük-sək səviyyəli əsərlər yaratmağa çalışmalıyıq: Ümumiyyətlə, mən əminəm ki, yazıçının inqilabi borcu yaxşı yazmaqdı.
Sual: Bununla əlaqədar olaraq, siz ideal romanı necə təsəvvür edirsiniz?
Cavab: Gerçəkliyi astar üzünə çevirə bilən və bu astar üzün olduğunu göstərən roman mənim fikrimcə, ideala yaxındı.
Sual: Gerçəklik deyəndə, siz nəyi nəzərdə tutursunuz?
Cavab: Mənə bir şey aydındı ki, gerçəklik tomatın qiyməti ilə bitmir. Latın Amerika-sının gündəlik həyatı gerçəkliyin çox geniş bir anlayış olduğunu nümayiş etdirir. 1894-cü ildə Amazonkaya səyahət etmiş F. V. Ap de Qreff müxtəlif möcüzələrdən savayı qaynar çaya, başdan-ayağa kəpənəklərə örtülmüş iyirmi metrlik anakondaya rast gəl-mişdi. Argentinianın cənubunda yerləşən Komodoro Rivadavia kəndində qasırğa səyyar sirki havaya qaldırmış və ertəsi gün balıqçılar torlarından balıq əvəzinə şirlərin, zürafələrin və fillərin cəsədlərini çıxarmışlar. Bir neçə ay əvvəl səhər saat səkkizdə qapımız döyüldü, açıb gördük ki, montyordur, dedi, "Ütünün şunurunu düzəltməyə gəlmişəm". Amma tez də başa düşdü ki, qapıları səhv salıb, üzr istəyib getdi. Bir neçə saatdan sonra arvadım paltar ütüləmək fikrinə düşdü, amma ütünü toka taxmamış şnur yandı. Bu cür hadisələrdən çox danışmaq olar. Gerçəklik sirlərlə doludu.
Sual: Siz yazacağınız əsəri qabaqcadan xəyalınızda canlandıra bilirsinizmi? Xəyal və gerçəklik yaradıcılığınızda nə kimi rol oynayır, onlardan necə istifadə edirsiniz?
Cavab: Mənim yaratdığım bütün əsərlərin özülündə ən sadə obrazlar durur. "Tökülmüş yarpaqlar" əsərinin mürəkkəb fabulu öz uşaqlığımın ani bir xatirəsindən doğmuşdu: bap-balaca bir uşaq iri, çox iri otağın küncündə qoyulmuş stulda əyləşib... "Polkonikin ölümü" povestində gözümün qabağına gətirdiyim ilk adama bir neçə il on-dan əvvəl balıq bazarında rast gəlmişdim, o həsrətlə limandakı gəmilərə baxırdı, bir neçə ildən sonra Parisdə doğma yerlərin həsrətini çəkərkən həmin adam yadıma düşdü və onun o vaxtlar nələr düşündüyünü aydınca başa düşdüm. Uzun illər "Yüz il tənhalıq" əsərindən bircə onu bilirdim ki, bir qoca uşağı sirkdə tamaşaya qoyulmuş buz parçasına baxmağa aparır. Bu cür ilkin obrazlar mənim üçün çox vacibdi, qalanı... qalanı it əzabıdı.
Sual: Hamı sizi dəmir intizama malik bir yazıçı kimi tanıyır, hətta deyilənə görə, siz bank əməkdaşının iş rejimi ilə çalışırsınız?
Cavab: Elədi. Mən hər gün səkkiz saat işləyirəm - səhər saat doqquzdan üçə qədər. Bir şərtlə ki, işlədiyim otaq isti olsun. Əvvəllər yazdığım vaxt ərzində qırx dənəyə qədər siqaret çəkir, axşamlar isə bu zəhəri bədənimdən çıxartmağınan məşğul olurdum. Altı ildi ki, siqareti atmışam və buna hədsiz sevinirəm. Həkimlərin dediyinə görə, bu cür iş rejimi məni öldürə bilər, deyəsən, onlar haqlı idilər, ötən il mədəmdə qanaxma oldu, məni Kubada sağaldıb, ayaq üstə qoydular. Mən həmişə iş kombinezonunda yazıram, belə həm rahatdır, həm də yazıda ilişəndə makinanın arxasından qalxıb, qapıları çox sevdiyim rənglərə boyayıram, ya da qapıların dəstək və cəftələri ilə əlləşirəm.
Sual: Hər gün nə qədər yazırsınız?
Cavab: Əgər hekayə yazıramsa, gündə bir sətirlə kifayətlənirəm, roman yazıramsa, düz bir səhifə irəliləməyə çalışıram. Yazı prosesində sürət də artır, ən çətini başlamaqdır. Elə buna görə, roman yazmağı xoşlayıram, çünki romanı bircə dəfə başlayırsan, hər yeni hekayəni başlamaq bütöv bir romanı başlamaq qədər çətindi. Mən "Yüz il tənhalıq" romanını on səkkiz aya yazdım, bu vaxt ərzində gecə və gündüz bir an belə baş-qa şeylər düşünə bilmirdim. Mən hər hansı əsəri yazmağa başlayanda, evdəkilərlə, dost-tanışlarımla yalnız bu barədə söhbət edirəm, əsəri hissə-hissə onlara danışıram amma əlyazmadan bircə sətir belə oxumağa icazə vermirəm, qorxuram işim nəhs gələr.
Sual: Siz artıq dünya şöhrəti qazanmısınız. Bu şöhrətdən istifadə edirsiniz?
Cavab (gülür): Mən onu siyasətə xərcləyirəm.
Sual: Deməli, siz özünüzü həm də siyasətçi sayırsınız?
Cavab: Sizə necə deyim...
Sual: Siz prezident seçkilərində Kolumbiyanın sol qüvvələrinin namizədi kimi çıxış etmək təklifindən boyun qaçırdınız.
Cavab: Mən məhz siyasətçi olduğum üçün bu təklifdən imtina etdim (gülür). Düzü-nə qalsa, siyasi fəaliyyət üçün mənim elə bir istedadım və hazırlığım yoxdu. Mən jurnalist və yazıçıyam. Mən öz bacarığımı Latın Amerikasının inqilab işinə sərf etmək istəyirəm.
Sual: Şöhrətə necə baxırsınız?
Cavab: Şöhrət cıdır atı kimi bir şeydir. Ya o səni belinə alıb, hara gəldi aparacaq, ya sən onu ram edəcəksən. Əgər şöhrətin ipini boş buraxsan, o səni aparıb dəbə mindirəcək və sən əvvəl-axır dəbdən düşməli olacaqsan, onda vay halına.
Sual: Siz ən çox nə ilə fəxr edirsiniz?
Cavab: Bu yaxınlarda həmin sualı anama da vermişdilər. Hamı gözləyirdi ki, anam dünya şöhrəti qazanmış oğlu Qabrielin adını çəkəcək, o isə gözlənilmədən demişdi: "Mən bu dünyada ən çox, rahibə olmuş qızımla fəxr edirəm".
Mən özüm də əsərlərimlə deyil, iki oğlumla, iki arxamla öyünürəm. Fəxr edirəm ki, bu ikiüzlü zəmanədə onlar namuslu, xeyirxah adamlar kimi böyümüşlər. Böyük oğlumun on səkkiz yaşı var. O, Harvard universitetində genetikanı, Maasaçuset institutunda isə riyaziyyatı öyrənir. Kiçiyi on alı yaşındadı. O səhər ertə anadan olmuşdu axşam isə artıq fleyta çalır və şəkil çəkirdi (gülür). Mən uşaqlarım üçün çox həyəcan keçirirəm, onlar istədikləri vaxt istədikləri yerə gedə bilərlər, amma bir şərtlə ki, harada olduqlarını bilim (susur). Bu ikiüzlü dünyada mən onları namuslu adam kimi böyüdə bilmişəm və bununla fəxr edirəm.
Sual: Siz ötən il mətbuatda bəyanat vermişdiniz ki, Pinoçet rejimi devrilməyənəcən öz əsərlərinizi dərc etdirməyəcəksiniz.
Cavab: Mən bədii əsərləri nəzərdə tuturdum.
Sual: Sizin bəyanatınız çoxlarını sarsıtdı, axı sizi zəmanəmizin ən böyük yazıçılarından biri hesab edirlər.
Cavab: (pauza ilə) Çox sağ olun.
Bu yazıçı tətilidi. Mənim Latın Amerikasında, elə Çilinin özündə çoxlu oxucum var. Ona görə, özümə dedim, nə qədər ki, Pinoçet Çilidə hakimiyyət başındadı, mən bədii əsər yazmayacağam. Bu mənim mübarizə üsulumdu. Düşünürəm ki, mənim belə tətilə haqqım var. Lakin sizə bir sirr açım, yazıram, inanıram ki, Pinoçet rejiminin hakimiyyəti uzun sürməyəcək.
Natiq Səfərovun tərcümələri kitabından
“Qanun” nəşriyyatı 2011

1691 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024