Ölkənin ən böyük mədəniyyət portallarından olan Kulis.az sentyabrın 16-dan oktyabrın 10-dək “Bir şeir” adlı müsabiqə elan edir.
Müsabiqənin şərtlərinə görə, 35 yaşa qədər olan hər müəllif bir şeir, özü haqqında qısa məlumat, şəxsiyyət vəsiqəsinin surəti və bir fotoşəkil kulis@lent.az ünvanına və saytın Facebook səhifəsinə göndərməlidir.
Ekspertlər qrupu göndərilən şeirlərin uzun siyahısını çıxarıb peşəkar münsiflər heyətinə təqdim edəcək. Münsiflər heyəti üç ən yaxşı şeiri seçərək 10 ballıq sistemlə dəyərləndirəcək.
- “Bir şeir” yarışması davam edir - Yeni mətnlər
- “Bir şeir” yarışması davam edir – Yeni mətnlər
- Yarışmanın layk qalibi Sonuncu Orxan oldu
Şeirlər vörd faylında səliqəli şəkildə göndərilməlidir.
Qaydalara uyğun gələn şeirlər Kulis.az saytında və saytın Facebook səhifəsində yayımlanacaq.
Mükafat fondu aşağıdakı kimidir:
Birinci yer: 500 manat
İkinci yer: 300 manat
Üçüncü yer: 200 manat
Qalib olmuş müəlliflərə saytın loqosu və mükafatın adı həkk olunmuş xüsusi suvenir də hədiyyə olunacaq.
Mükafatlandırma mərasimi 18 oktyabr - Müstəqillik Günü ərəfəsində keçiriləcək.
Qaçırmayın!