Mini yubka ilə bağlı bu faktlar sizi heyrətə gətirəcək - ARAŞDIRMA

<b>Mini yubka ilə bağlı bu faktlar sizi heyrətə gətirəcək - <span style="color:red;">ARAŞDIRMA </b>
20 iyun 2018
# 15:00

Kulis.az moda tarixindən rezonans yaradan və insanların əxlaq anlayışını dəyişən faktları təqdim edir.

XX əsrin əvvəllərində qadın geyimləri ilə bağlı normalar tətbiq olunurdu. Avropa və Amerikanın müxtəlif yerlərində qadın ətəklərinin və çimərlik geyimlərinin ölçüsünə, normadan qısa olmasına görə cərimələr təqdim olunurdu.Hətta 1919-cu ildə Nyu-York polisi çimərliklərdə dincələnlərin geyimlərinə nəzarət etmək üçün 20 xüsusi təyinatlı ayırmışdı. Normanı pozanlar üçün həbs cəzası nəzərdə tutulurdu.

Peşəkar üzgüçü Annet 1907-ci ildə aşağıdakı şəkildə çimərlik kostyumunda poz verir. Az sonra onu ədəbsiz davranışa görə həbs edirlər. Lakin Annet bundan peşman olmur, əksinə, 1916-cı ildə “Tanrıların qızı” filmində tamamən çılpaq çəkilir.

фото

Normadan qısa ətək geyənlərin cəzalandırılması 1969-cu ildə İsraildə də tətbiq olunurdu.

Военный полицейский измеряет длину юбки служащей ЦАХАЛа, Тель-Авив, 1969-й год

1947-ci ildə Kaliforniyada “Üslublararası müharibə qadınlar təşkilatı” mağazanın qarşısında uzun ətəklərə etiraz olaraq piket keçirdi.

аморальные

İlk şort və mini ətək londonlu dizayner Meri Kuantın adı ilə bağlıdır. O, ilk mini ətəyi 1962-ci ildə dünyaya təqdim etdi. Kuant hesab edirdi ki, qadınlar öz ayaqlarını gizləməməlidir və hərəkət etməyə mane olan uzun ətək geyməyə məcbur deyillər. Kuant mini ətəklə qadınlara ictimai nəqliyyata yetişmək üçün rahat geyim təklif edirdi. Mini ətək haqqında cəmiyyətdən saysız tənqdilər başladı. Bu geyimi vulqar və qudurğanlıq adlandırırdılar. Kuant öz ünvanına olan qınaqlara dözməli oldu. Ta ki, Amerikanın birinci xanımı Jaklin Kennedi onun kəşfini qiymətləndirib publikaya mini ətəklə çıxana qədər. Bundan sonra sanki, qurbağalı gölə daş atdılar. 1966-cı ildə isə kraliça Yelizaveta Kuantı Britaniya imperiyasının ordeni ilə təltif etdi. Kuant mərasimə mini ətəkdə qatıldı. Bu onun qələbəsi idi.

1965-ci ildə Keyptaunda qısa ətək geymiş qızlara ictimai qınaq.

фото

2010-cu ildə İtaliyanın Kastellamare turist şəhərində qısa şort, mini ətək və dərin dekolteli geyimlər geyinən turistlər üçün cərimələr tətbiqi nəzərdə tutuldu. 25-500 avro məbləğində cərimədən başqa çimərlik geyimində kafeyə gələnlərə də xidmət olunmurdu.

Похожее изображение

2013-cü ildə isə Cənubi Koreyada prezidentin sədrliyi ilə keçirilən iclasda vətəndaşlara “Ətrafdakılarda utanc və diskomfort yaradan” açıq-saçıq geyimlərin qadağan edilməsi ilə bağlı qərar qəbul olunub. Bu qərara görə polis açıq geyimli şəxsi 45 dollar cərimə edə bilər.

Sovet İttifaqında mini ətəkləri geyim kolleksiyasına ilk daxil edənlərdən biri Vyaçeslav Zaytsev idi. Buna qədər mini geyim diqqət çəkirdi. Xüsusən, əcnəbilər küçədə gedərkən.

Zənzibar adasında Ramazan aylarında turistlərə qısa geyimdə ictimai yerdə görünmək qadağandır və cəriməylə tənzimlənir.

Похожее изображение

İran və başqa müsəlman ölkələri ilə isə məsələ məlumdur. Kişilərə qalstuk və Avropa tipli geyimlər, qadınlara hər hansı rəngli və açıq geyimlər qadağandır.

Картинки по запросу одежды женщин в иран

# 3577 dəfə oxunub

Müəllifin son yazıları

# # #