Kralın qəbri üstündə mahnı oxuduğu dahi bəstəkar ARAŞDIRMA

Kralın qəbri üstündə mahnı oxuduğu dahi bəstəkar ARAŞDIRMA
27 may 2014
# 07:30

Bəstəkarın həyatı

O, XIX əsr İtalyan opera məktəbinin ən məşhur və dünyada əsərləri ən çox səhnələşdirilən opera bəstəkarındandır.

Cüzeppe Verdi kiçik otel işlədən Karlo Verdi ilə kəndli qızı Marianninin ikinci uşağı idi. 10 oktyabr 1813-cü ildə Şimali İtaliyadakı Ronkole şəhərində, hazırda muzey kimi istifadə olunan evdə dünyaya göz açıb. Ailəsindən heç kim musiqilə məşğul olmasa da Verdi musiqiyə çox düşkün idi. O, kilsə orqançısından ilk musiqi dərslərini alıb. 10 yaşından etibarən bazar günləri kilsədə orqan çalmağa başlayıb.

Heç vaxt musiqi ilə məşğul olmayan ailəsi onun musiqi təhsili alması üçün böyük səy göstərir, köhnə piano aldıqdan sonra Busetto qəsəbəsinə göndərərək oradakı bədii mühitdən yararlanmasını təmin edib. Busettoda ailəvi tacir dostları Antonio Barezzinin evində qalan Verdi latın dilindən və musiqidən dərslər alır. Milan Konservatoriyasına daxil olmaq istəyən Verdi, piano texnikasından zəif olduğu üçün imtahanlardan keçə bilmir. Bir neçə onillikdən sonra Milan Konservatoriyasına Cüzeppe Verdinin adı veriəcəkdi. Verdi Konservatoriyaya daxil ola bilməsə də "La Scala" Teatrının rəhbəri Vincente Laviqnadan 2 il müddətinə xüsusi dərs almaq fürsətini qazanır. Barezzinin xərclərini ödəməsi sayəsində dərs alan Verdi opera musiqisini öyrənməyə başlayır.

Verdi, Busettoya geri gələndə şəhər orkestrinin rəhbərliyini icra etməyə başladı. O, 1836-cı il mayın 4-də Barezzinin kiçik qızı Margherita ilə evləndi, ard-arda qızı və oğlu dünyaya gəldi. Amma çarəsiz xəstəlik onun xoşbəxtliyini tez yarıda kəsdi. 1840-cı ildə iki uşağını və həyat yoldaşını müxtəlif xəstəliklər səbəbindən itirən Verdinin evindən 2 ay içərisində 3 cəsəd çıxarıldı.

Bəstəkarın yaradıcılığı

O, 1838-ci ildə ilk bəstəsini hazırladı. Orkest şefliyindən ayrılaraq Milanda yaşamağa başladı. Avropanın məşhur musiqiçilərindən olan Covanni Rikordi ilə çalışmağa başlayan bəstəkarın bu işbirliyi ömrünün sonuna qədər davam etdi. 1838-ci ildə yazdığı "Operto" adlı ilk operası Milanda o dövrün məşhur sənətkarları tərəfindən çox bəyənildi. Əvvəlcədən bağladığı müqavilə səbəbindən komik opera bəstələməli idi. Məcburiyyətdən ilk komik operası "Bir günlük Kral"ı yazdı. Bu əsər “La Skala”da müvəffəqiyyətsizliklə qarşılaşdığı üçün ruhi düşkünlük yaşayan Verdi artıq əsər bəstələməməyə qərar verdi.

Verdini bu çətin məqamdan xilas edən Bartolomeo Merelli oldu. Merelli Verdinin yaxşı bəstəkar olduğuna inanır və işinə geri dönməyini istəyirdi. Buna görə Verdiyə bir ssenari verib onu evə göndərdi. Opera bəstələməməyə and içən Verdi, evə gələndə ssenarini yerə atır, ancaq açılan səhifədə yazılı olan sözlər marağını çəkir. Orada yazılan sözlər Verdini çox təsirləndirmişdi. Operanı çox sevməsinə baxmayaraq, bəstələməməyə qərarlı olan Verdi Merellinin yanına getdi, amma razı olmuş şəkildə geri döndü. İtalyan bəstəkarı və liberetto yazıçısı Temistokle Solerin yazdığı liberettonu oxuduqdan sonra da fikrini dəyişdi. Beləcə Verdinin üçüncü operası "Nabucco" yarandı. Yəhudilərin Babildən sürgün olunması mövzusunda hazırladığı əsərini 1841-ci ildə tamamladı. Bu əsər Verdiyə ilk böyük müvəffəqiyyət qazandırdı və onun adını məşhur İtalyan bəstəkarlarının arasına yazdıracaq şöhrəti gətirdi.

Bu opera “La Skala”da səhnələşdirildiyi zaman 1842-ci ildə Abigaille rolunu ifa edən Giuseppina Strepponi ilə tanış olan Verdi, 55 il davam edən yeni işbirliyinə başladı. 1859-cu ildə Giuseppina ilə evlənən Verdinin ən məhsuldar illəri xanımı ilə keçirdiyi illər oldu. 1897-ci ildə, həyat yoldaşının ölümünə qədər bu evlilikləri davam etdi.

"Nabucco"dan sonra ard-arda "Lombardi", "Ernani", "I due Foscari" operalarını yazan Verdi böyük şöhrət qazandı. "Nabucco" və "Lombardi"nin xor hissələri küçədəki xalqın və italyan vətənpərvərlərin dilindən düşmürdü. "Ernani" operası isə ona İtaliyadan kənarda da məşhurluq qazandırdı. Opera əsərlərinin musiqi hissəsinə əhəmiyyət verən, dramatik hissəsini o qədər də düşünməyən İtalyan opera ənənəsinə yenilik gətirərək, oyunun dramatik istiqamətinə önəm verdiyi "Ernani" əsərindən sonra ard-arda opera sifarişləri almağa başladı.

Bir anlaşılmazlıq səbəbiylə artıq operalarını Milanda sahnələşdirmək istəmədiyi üçün "Alzira", "Atilla", "Macbeth" digər İtaliya şəhərlərində, "I Masnadieri" əsəri isə Londonda səhnələşdirildi. Mövzusu Volterin eyni adlı əsərindən alınan "Alzira" operası Verdinin heç sevmədiyi, "həqiqətən qorxunc" olaraq xarakterizə etdiyi tək operası olaraq məşhurluq qazanıb. "Atilla" operası , Verdinin Solera ilə əməkdaşlığın son məhsuludur və çox müvəffəqiyyətli operadır. "Macbeth" operasının liberettosunu Şekspirin pərəstişkarı olan Verdi nəsr olaraq özü yazıb. Baş rolu tenora deyil, baritona vermək, pis xarakterləri əsərin qəhrəmanı etmək, əsərdə tək bir eşq əhvalatını deyil, ehtirası, vicdan narahatlığı kimi mövzuları işləmək bu əsərlə gətirdiyi yeniliklərdir.

Verdinin dünyada digər operalardan ən üstün olduğu əsəri "Don Carlos"dur. Verdi Donizettidən sonra İtalyan opera tarixini yaradan, Romantik italyan operasının ən əhəmiyyətli bəstəkarlarından biridir. O, əsərlərilə teatrı geniş xalq kütlələrinə tanıtmış sənətçi idi. Bu müvəffəqiyyətinin arxasında teatrın imkanlarını çox yaxşı bilməsi və onun ehtiyaclarını qarşılayacaq tərzdə əsərlər yaratması dayanırdı. Operalarına mövzu tapmaqda çox həssas davranır və xalqın bəyənəcəyi aktual mövzulara müraciət edirdi. "La Travaita" operasında ilk dəfə cəmiyyət psixologiyası ilə əlaqədar aktual mövzunu işləyərək opera tarixçilərinə görə o günə qədər kimsənin cəsarət edə bilmədiyi tətbiqin qabaqcılı oldu. Verdi, bir tərəfdən operaya italyan xalq sənətinin mahnılarını gətirir, bir tərəfdən də xalqın küçələrdə söyləyəci yeni mahnılar yaradırdı. Bu səbəblə əsərləri həm səhnədə, həm də küçələrdə sevilən sənətkar oldu və musiqisini yenidən xalqın xidmətinə təqdim etməyi bacardı. Cüzeppe Verdinin ən yaxşı xüsusiyyətlərindən biri bu idi ki, yaşlandıqca musiqisi daha da gözəlləşirdi.

Verdi, italyan milliyyətçiliyinin də əhəmiyyətli adlarından biridir. "Nabucco" operasındakı Va pensiero adlı ilahinin İtalyan milli marşı olması tez-tez gündəmə gəlib. Verdinin adının Vittorio Emanuele Re D' Italia (İtalyan Kralı Vittorio Emanuele ) ifadəsinin ilk hərflərindən meydana gəlməsi də maraqlıdır. Milan Avstriya işğalında olduğu və Vittorio Emanuele İtalyan birliyini təmin etməyə çalışdığı dövrdə millətçilər o dövrdə Verdi operalarının çox məşhur olmasından ilhamlanaraq "Viva Verdi" ("Çox Yaşa Verdi") ifadəsini səfərbərlik üçün kod adı olaraq istifadə ediblər. Özlərinə yeni simvollar, yeni həyəcanlar axtaran İtalyan vətənpərvərlər axtardıqları həyəcanı və coşqunu Verdinin operalarından tapırdı. Verdinin hətta kral olmağını istəyənlər də var idi. Beləcə Verdi adı, İtalyan millətçiliyində də xüsusi yer tutur.

1848-ci ildə Milanın avstraliyalılar tərəfindən tutulmasından sonra "Il Corsaro", "La Battaglia di Legnano" və "Luisa" Miller operalarını yazdı. "Il Corsaro" onun borcunu ödəmək üçün tələm-tələsik yazdığı pis əsəri idi. "La Battaglia di Legnano" millətçiliyi təbliğ edən cümlələr və səhnələrlə dolu əsərdir. "Luisa Miller"in mövzusu isə Fredrix Şillerin "Məkr və Məhəbbət" adlı əsərindən alınıb. İlk dəfə əsilzadələri deyil, xalqın içindən olan insanların canlandırıldığı operada orkestr yalnız əsərə yoldaşlıq edən vasitə olmaqdan çıxıb güclü izahat vasitəsi halına gəlib. Bu əsər, bir neçə il sonra bəstələnəcək "La Travaiata" ilə birlikdə Realizm axınının qabaqcılı oldu.

1851-ci ildə Verdinin "ən yaxşı əsərim" dediyi "Rigoletto" Venesiyada, 1853-cü ildə isə "Il Trovatore" Romada böyük müvəffəqiyyət qazandı. "Rigoletto"nun mövzusunu Viktor Hüqonun "Kral əylənir" adlı əsərindən götürülüb. "Il Trovatore"nin mövzusu isə qarışıq və başa düşülməsi çətin olan operadır. Müğənnilərin təbii səs imkanlarına görə bəstə yaratmaq yerinə, onların səslərini inkişaf etdirməyə yönəldəcək xüsusiyyətdə əsərdir. Eyni il (1853) ən məşhur əsəri olan "La Traviata" Venesiyada səhnələşdirildi. Zaman keçdikcə bu əsər ən sevilən operalardan biri oldu. Verdinin Aleksandr Dümanın "Kamelyalı qadın" romanından ilhamlanaraq yazdığı "La Traviata" ədəbiyyata söykənən operanın ən tanınmış nümunələrindəndir və "Carmen" ilə birlikdə realizm məktəbinin qabaqcıllarından biridir.

Bu dövrdə bəstələdiyi digər məşhur operaları bunlardır: "I Vespri sicilian", "Aroldo", "Simon Boccanegra" və "Un ballon in Maschera". Verdi , 1859-cu ildə Parma Məclisinə Busetto nümayəndəsi olaraq girdi. 1861-ci ildə isə İtalyan parlamentinə seçildi. 1865-ci ildə parlamentdən uzaqlaşdı. 1862-ci ildə "La Forza del Destino" operasını Sankt Peterburqda səhnələşdirdi. 5 il opera yazmağa ara verdikdən sonra, 1867-ci ildə "Don Carlos" operasını yazdı.

Misirdən gələn sifarişlə yazdığı, 1870-də üzərində işə başladığı məşhur "Aida" operası bir il sonra Süveyş Kanalının açılışı zamanı Qahirədə səhnəyə qoyuldu. Əsərin Avropadakı premyerası isə 1872-ci ildə “La Skala”da oldu. O qədər bəyənildi ki, bəstəkar 32 dəfə səhnəyə çağırıldı. Əsər, Verdinin ən gözəl operası olaraq qəbul edildi. 15 il opera yazmayan Verdi, hamının bəstəkarlıqla vidalaşdığını düşündüyü zaman, 1887-ci ildə "Otello" operası ilə fanatlarının qarşısına çıxdı. "Otello" Verdinin səs və orkestr arasındakı tarazlığı tapdığı ən yetkin əsəridir. 6 il sonra, 1893-cü ildə ikinci komik operası və son əsəri "Falstaff"ı bəstələdi və böyük müvəffəqiyyət qazandı. Əsər ilk dəfə Romada təqdim olundu. Bundan sonra Verdiyə Roma şəhərinin fəxri həmyerlisi adı verildi.

"Falsaff"ı bəstələdikdən sonra o, təkliyə çəkilərək 11 ilini hamıdan uzaqda yaşadı. 1895-ci ildə yaşlı musiqiçilər üçün sığınacaq olaraq hazırladığı "Casa di Riposo"nu inşa etdirməyə başladı. Tikili 1899-cu ildə tamamlandı.

Bəstəkarın ölümü

Dahi bəstəkar 1901-ci il yanvarın 21-də, 88 yaşında Milanda "Grand Hotel"in otağında dünyaya göz yumdu. O, yalnız 20 adamın və kiçik hərbi birliyin qatıldığı səssiz və musiqisiz cənazə mərasimi vəsiyyət etmişdi. İstəyinə uyğun cənazə mərasimi keçirilsə də, bir ay sonra onun və həyat yoldaşı Giuseppinanın tabutları Milandakı qəbiristanlıqda olan müvəqqəti məkanlarından çıxarılaraq böyük mərasimlə "Casa di Riposo"ya aparıldı. İtalyan Kral ailəsi üzvlərinin, millət vəkillərinin, diplomatların da qatıldığı mərasimdə minlərlə adam "Nabucco" operasındakı məşhur ilahini xor halında səsləndirdi.

# 3554 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
#
#
# # #