Məleykə Əsədova ona rol verilməməsinə MÜNASİBƏT BİLDİRDİ

Məleykə Əsədova ona rol verilməməsinə MÜNASİBƏT BİLDİRDİ
7 may 2014
# 11:27

“Musiqili Komediya Teatrının “Evlənmə” tamaşasında Aqafya Tixonovnanı artıq üç il idi ki oynayırdım. Yenə də oynaya bilərəm, sadəcə işlərim çoxdur, may ayında tədbirlərim var deyə o rolu dublyor aktrisaya həvalə etdim”.

Bu sözləri Kulis.az-a açıqlama verən xalq artisti Məleykə Əsədova söyləyib.

Məleykə Əsədova rollarının azaldılması ilə bağlı gəzən söz söhbətlərə aydınlıq gətirib: “Rollarım az görünə bilər, Akademik Milli Dram Teatrında cəmi bir rolum var. “Qadın məhəbbəti”ndə İngiltərə kraliçası Mariya Tüdoru oynayıram. Çox çətin obrazdı. Bilirsiniz, mən hər gün səhnədə oynayıb xırdalanan aktrisa deyiləm. Bir rolum var, amma yüz rola dəyər. Mənim oynadığım obrazlar çox çətin obrazlardı. “Misir gecələri”ni xatırlayın. Mən həmişə bir-iki obraz oynayıram, amma onlar böyük, məsuliyyətli rollar olur. Obrazları bir-birinə qarışdırmaq istəmirəm. Üstümə çox iş götürə bilmərəm, çünki təkəm, həm teatrda, həm televiziyada işlərimi çatdırmalı və övladıma vaxt ayırmalıyam”.

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Dövlət Musiqili Teatrının repertuarında gedən “Evlənmə” (N.Qoqol) tamaşasında aktrisa dəyişikliyi olub. Bundan sonra Aqafya Tixonovna rolunda, “ilin ən yaxşı aktrisası” adına layiq görülmüş Gültac Əlili oynayacaq. Sözügedən tamaşada Aqafya Tixonovna rolunda daha öncə respublikanın xalq artisti Məleykə Əsədova oynayıb.

# 4068 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
#
#
# # #