Yeni kitab-gənclər klassikləri “diriltdi”

Yeni kitab-gənclər klassikləri “diriltdi”
14 aprel 2014
# 12:17

Yenisey Bilik Evi ilk kitab layihəsini oxuculara təqdim edib. Kulis.Azın məlumatına görə “Dirilik nədir?” adlanan kitabda Azərbaycan ədəbiyyatında və tarixində önəmli yer tutan 13 müəllifin (Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Əhməd bəy Ağaoğlu, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyov, Yusif Vəzir Çəmənzəminli, Cəfər Cabbarlı) məqalə, felyeton və hekayələri toplanıb.

“Dirilik nədir?” kitabının təqdimatı 19 aprel saat 15:00-da "İçərişəhər - Bookhouse & Cafe"-də təqdimatı keçiriləcək. "İçərişəhər - Bookhouse & Cafe" Asəf Zeynallı küçəsi 16-da (Meridian otelin yaxınlığı) yerləşir.

Xatırladaq ki, Yenisey Bilik Evi bir qrup gənc tərəfindən yaradılan maarifçi hərəkatdır. Hərəkatın məqsədi cəmiyyətdə, xüsusən də gənclər arasında kitaba, maariflənməyə olan marağı artırmaqdır. Hərəkat bu istiqamətlərdə bir çox layihələr həyata keçirməyi planlaşdırır.

"Dirilik nədir?" kitabı Yenisey Bilik Evinin ilk kitab layihəsidir və hərəkat kitab nəşrlərini davam etdirməyi planlaşdırır. Həmçinin hərakatın idecafe.az adlı internet saytı da fəaliyyət göstərir ki, burada da oxucular bloq yazıları, tərcümələr, maraqlı məlumat, klassiklərin yazıları ilə tanışa ola, həmçinin elektron kitab yükləyə və film izləyə bilərlər.

# 1763 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
#
#
# # #