Bakı Slavyan Universitetində “VikiUniversitet” layihəsi

Bakı Slavyan Universitetində “VikiUniversitet” layihəsi
21 yanvar 2014
# 10:14

Bu günlərdə Bakı Slavyan Universitetində (BSU) “VikiUniversitet” layihəsi həyata keçirilir. Layihənin məqsədi bu ali təhsil ocağında keçirilən konfranslar, professor-müəllim heyətinin elmi və tədris fəaliyyəti, universitetdə dərc olunan elmi-ədəbi jurnallar və maraqlı görüşlər haqqında məlumatların toplanaraq wikipedia.org onlayn ensiklopediyasında yerləşdirilməsi və bu ensiklopediyada Azərbaycana dair digər vacib məlumatların genişləndirilməsidir.

Layihə çərçivəsində BSU-nun VikiUniversitetində fəaliyyət göstərən müxtəlif fakültələrin tələbələri, gənc alimləri, professor-müəllim heyəti respublikamızın digər elmi-tədris qurumları və ilk növbədə, Azərbaycan Milli Elmlər Akademiyası ilə sıx əməkdaşlıq etməyi nəzərdə tutur.

Wikipedia 100-dən artıq dildə olan məqalələrdən ibarət açıq ensiklopediyadır. Dünyada qazandığı inanılmaz populyarlıq nəticəsində bu rəqəm sürətlə artmaqdadır. İşlək dillərin arasında Azərbaycan dilinin də olduğuna baxmayaraq təəssüf ki, ensiklopediyanın ana dilimizdə olan hissəsi bir sıra digər dillərdən kasıbdır. Wikipedianı digər internet ensiklopediyalardan fərqləndirən cəhət onun prinsip etibarilə redaktə oluna bilməsidir. Wikipedia dünyanın ən populyar 5 saytı sırasına daxildir.

# 2035 dəfə oxunub

Oxşar xəbərlər

Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

14:38 5 avqust 2025
"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

09:00 30 iyul 2025
Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

09:00 29 iyul 2025
Sevgili cin - Kamal Abdullanın hekayəsi

Sevgili cin - Kamal Abdullanın hekayəsi

14:05 28 iyul 2025
Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

17:00 27 iyul 2025
"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

10:00 27 iyul 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər