Kitabxanam dağıldı, dostlar....

Kitabxanam dağıldı, dostlar....
12 iyul 2013
# 15:31

Layihə-Ədəbiyyatın kulisi

İş belə gətirdi ki, uzun müddətdən bəri yaşadığım evdən başqa bir yerə daşınası oldum. Min-bir əziyyətlə özümə kitabxana yaratmışdım, hər kitabın üstündə əsirdim, məndən icazəsiz o kitablara heç kəs toxuna bilməzdi... Amma evdən çıxanda həmişə əzizlədiyim kitabları fəhlələrin kobud əllərinə etibar edəsi oldum. Dərzi hara köçürsə, iynəsini yaxasına sancıb gedir. Amma biz dərzi qədər qayğısız və xoşbəxt adam deyilik... Yükümüz özümüzdən dəfələrlə ağırdı... Kitabdan başqa heç nəyimiz yoxdu, o da bütün yüklərdən ağır gəlir...

“Qazel” maşını arxasını dəmir darvazaya dirəyən kimi fəhlələr rəflərdə səliqəylə düzülmüş dünya klassiklərinə hücuma keçdilər. Yarım saat ərzində rəflər boşaldı, içi boş qəbir kimi kədərli görkəmə büründülər, mənasızlaşdılar, yazıqlaşdılar... Təxminən iki minə yaxın kitab səliqəsiz şəkildə “Qazel”in kuzovuna səpələnmişdi. Ürəyimin başı göynədi...

Qapıda dayanan bir-iki kəmfürsət adam girəvəyə salıb xeyli kitab çırpışdıra bilmişdi. Həyətin kirayənişinlərindən olan orta yaşlı kişinin əlində Vaqif Nəsibin “Uzundərə” kitabını görüb üstünə bozardım:

- Gəlib özümə desəydin, o kitabı sənə bağışlayardım. Amma indi verməyəcəm...

Üzümə irişdi:

- Kitab çırpışdırmaq oğurluq sayılmır ha...

Heç nə deməyib kitabı əlindən aldım.

Təzəcə köçdüyüm evə çatanda yorulub əldən düşmüş fəhlələr bütün yorğunluqlarının acığını kitablardan çıxmağa başladılar. Sanki kitab yox, Türkan daşı boşaldırdılar; kitabları qucaq dolusu götürüb həyətə tullayırdılar. Uzun illərdən bəri boğazımdan kəsib aldığım qiymətli kitablar toz-torpağa bulaşıb əzik-üzük olmuşdu. Belə məqamda ürəyimdən bir kəndir tapıb özümü asmaq keçdi.

Fəhlələrdən biri bezgin tövrlə “zalım oğlu, bu qədər kitabı neynirsən, tulla getsin dəə” dedi. O fəhlə hardan biləydi ki, mən o kitablara həyatımı həsr etmişəm?!..

Arada Facebook səhifəmdə kitabxanamın şəklini paylaşırdım və dostlar zarafatla “bir gün sizə oğurluğa gələcəyik” yazırdılar, bəziləri yazırdı ki, “kaş mənim də belə kitabxanam olaydı...”

Həmin kitabxana dağıldı, dostlar....

# 1751 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
#
#
# # #