Xalq qarşısında yatmağın nəyi incəsənətdir?

Xalq qarşısında yatmağın nəyi incəsənətdir?
8 aprel 2013
# 11:13

Aktyor Tilda Svinton Nyu-Yorkdakı Modern İncəsənət Muzeyində «The maybe» adlı performansda şüşə qutu altında 6 saat yuxuladı.

Performans sənəti 1960-70 ci illərdə ortaya çıxıb. Məqsədi sənətçinin və tamaşaçının roluyla sənətin və sənət əsəri anlayışını qəbul olunmuş qəliblərdən çıxırmaq idi. Musiqi rəqs, şeir, teatr və video kimi fərqli sahələri bir araya gətirən performans sənətində əsasən canlı sənət nümunələrinə yer verilir.

Performans sənətinin türkiyədəki təmsilçisi olan Nezaket Ekici Tilda Svintonun performansını belə şərh edib: «əvvəllər yuxu performansları muzeydə, qalereya və festivallarda göstərilirdi. Bu performansların hamısının kökündə «Noxud dənələri üstündə yatan şаhzadə qız» nağılı dayanır. Həyat və gözəllik, həyat və ölüm arasındakı hədd nəzərə çarpdırılır. Şüşə motivinin xüsusi bir önəmi var. tamaşaçı o biri dünyadan qorunmuş bir mənzərə görür, şüşə sanki duyğuları əngəlləyir. Televizorda olduğu kimi. Belədə şüşə şüşə ekranından baxarkən daha az dəhşətli görünür. Həm də bu Tilda Svinton kütləyə qarşı utanmaq kimi kompleksləri var. belə olduğu halda şüşə onu adamlardan qoruyur. Şüşə qoruma tamaşaçı ilə Tilda arasında məsafə yaradır. Performans sənətində isə məsafənin olamaması şərtdir».

Oleq Kulik «təhlükəlidir»

Oleq Kulik də performans deyilərkən ilk nəzərə çarpan isimlərdəndir. Ən məşhur əsəri it kimliyidir. O performansında əlləri və dizlərini yerə qoyub durur. Məqsədi «müasir mədəniyyət böhranı» kimi hədən artıq elitarlaşmış mədəniyyətin fərdlər arasında sərhədlər yaratmasına maneələr qoymasına diqqət çəkmək idi. 1996-cı ildə o, Stokholmda bir performansda qarşısına üstünə «təhlükəlidir!» yazılmış tablo qoyaraq özünü zəncirləmişdi. Sənətçi tabloya baxmayaraq yaxınlaşanları qapmaq kimi hərəkətlər etmiş, beynəlxalq səviyyəli qalmaqal yaratmışdı.

Abramoviç və tamaşaçılar

MoMA 2010-cu il tarixinin ən böyük performans sənəti sərgisini təşkil edib. Performans sənətinin nənəsi» ləqəbini qazanmış Marina Abramoviç «the artist is present» (sənətçi burada) üçün 736 saat müddətində danışmadan və hərəkət etmədən bir kürsüdə əyləşib.

# 2397 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
#
#
# # #