Səfirin yerini dəyişdirib, təzə mükafat qondardılar QALMAQAL

Səfirin yerini dəyişdirib, təzə mükafat qondardılar QALMAQAL
1 aprel 2013
# 17:03

Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkil etdiyi Ədəbiyyat Mükafatının qalibləri elan olunub.

Kulis.Az qaliblərin siyahısını təqdim edir.

Ən yaxşı nəsr əsərinə görə – Yusif Səmədoğlu mükafatına Etimad Başkeçid (“Min yol mənə söylər”) və Alpay Azər (“Şax yeriyənlər”)

Ən yaxşı poetik əsərə görə – Əli Kərim mükafatına Vaqif Bəhmənli (“Hamı”) və Mahir Qarayev (“Poetik silsilələr toplusu”)

Ən yaxşı tənqid və esseistik əsərə görə – Yaşar Qarayev mükafatına Vilayət Quliyev (“İz naslediya politiçeskoy emiqrasii Azerbaydjana v Polshe”, rusca) və Əsəd Cahangir (“Kim yatmış, kim oyaq”)

Ən yaxşı tərcümə əsərinə görə – Abbas Səhhət mükafatına Vilayət Hacıyev (F.Kafka, “Məhkəmə”, roman) və Ələkbər Salahzadə (M. Selimoviç, “Dərviş və ölüm”, roman)

Xarici ölkələrdə Azərbaycanı və ədəbiyyatımızı təbliğinə görə - Nəcəf Nəcəfov mükafatına İmdat Avşar (“Evliya Çələbinin izində Azərbaycan”, türkcə) və Mixayil Snelnikov.

AYB-nin qərarı ilə sonradan təsis olunan Bəxtiyar Vahabzadə adına Türk dünyasına xidmət mükafatı türkoloq Tofiq Məlikliyə verilib.

Vilayət Quliyev müsabiqənin qısa siyahısında Nəcəf Nəcəfov nominasiyasında təmsil olunsa da nədənsə mükafatçılar siyahısında o Yaşar Qarayev nominasiyasında adladı.

Bəxtiyar Vahabzadə mükafatı isə əvvəldən nəzərdə tutulmamış, bu mükafatın verildiyi Tofiq Məlikova verilən əsəri ilk mərhələsində müsabiqədən kənarlaşdırılmışdı.

Qalmaqallı Ədəbiyyat Müsabiqəsinin qaliblərinin axır çərşənbə günü elan olunacağı bildirilsə də qaliblərin siyahısı martın 30-da açıqlanıb.

Qeyd edək ki, Kamal Abdulla, Aqşin Yenisey, Zakir Sadatlı, Azad Qaradərəli, Əsəd Qaraqaplan və Şəhriyar Hacızadə Ədəbiyyat Müsabiqəsinin qeyri-obyektiv keçiriləcəyini əsas gətirərək müsabiqəni tərk etmişdilər.

# 2318 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #