BSU "Yazı"dan danışdı

BSU "Yazı"dan danışdı
1 aprel 2013
# 16:53

Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsi "Yazı" ədəbi dərgisinin son sayının müzakirəsini təşkil edib.

Tədbiri giriş sözü ilə açan tənqidçi Elnarə Tofiq qızı çağdaş ədəbi proses, gənc yazarların yenilik axtarışları və s. fonunda formalaşan dərgilərdən biri kimi "Yazı"nın ədəbiyyat cameəsi üçün növbəti bir imkan olduğunu vurğulayıb.

Daha sonra dərginin məsuliyyətini çəkənlərdən biri, Azad Qaradərili seçdikləri ədəbi meyarlar və dərgidəki materiallarla bağlı çıxış edib, gənc yazarlarla öz təcrübəsini bölüşüb.

"Ağac" dərgisinin redaktoru Namiq Hüseynlinin də iştirakı ilə Yaradıcılıq fakültəsi tələbələrinin sualları və müzakirələri ilə davam edən tədbirdə ədəbi dünyagörüş, cərəyanlar, proseslər dartışılıb.

Qeyd edək ki, cəmi 5 sayı işıq üzü görən "Yazı" dərgisinin Yaradıcı Heyətinə Rəhim Əliyev, Əlabbas Bağırov, Aslan Quliyev, Namiq Şaman, Gündüz Araz, Cavidan, Azad Qaradərili və s. daxildir. Dərgi rüblük dərc olunmaqla yeni ədəbi nümunələri, dünya ədəbiyyatının tanınmış isimlərinin əsərlərindən parçaları oxucularına çatdırır.

# 1981 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #