“Qadınların siyasi təsiri gündüzlər çox zəif olur”

“Qadınların siyasi təsiri gündüzlər çox zəif olur”
5 yanvar 2013
# 08:45

Kulis.az rus yazıçısı Mixail Jvanetskinin aforizmlərini təqdim edir.

Fikirlər və qadınlar eyni vaxtda gəlmir.

***

O özünü saxlaya bilmədi, zərif ağzını açdı və gözəl bədənini, çimərlik paltarını korladı.

***

Bir ehtiyatsız hərəkət və siz atasız.

***

O qoca axmaqdır. Yaşın bura aidiyyəti yoxdur.

***

Siz heç yalan danışmayan adam görmüsünüz? Onu görmək çox çətindir, çünki hamı onlardan qaçır.

***

Həyat əvəzinə - sağlam həyat tərzi.

***

Həkimlər ona təəccüblənir ki, bu cür müalicə ilə xəstələr necə sağ qalır. Xəstələr də ona təəccüblənir ki, bu cür əmək haqqıyla həkimlər necə sağ qala bilir.

***

Ölkədən yalnız beyinlər yox, həm də əzələlər axın edir, təbii ki, onların beyni varsa.

***

Rusiyanın tarixi cəhalətlə ədalətsizliyin mübarizəsidir.

***

Bizim azadlığımız işıqlarının üçü də eyni vaxtda yanan işıqforu xatırladır.

***

Bizim həyatımız nədir: öyrəşməsən – gəbərəcəksən, gəbərməsən – öyrəşəcəksən.

***

Rusiyada dünyada ilk dəfə müflisləşmiş yoxsullar peyda olub.

***

Qadınların siyasi təsiri gündüzlər çox zəif olur.

***

Ağıllı qadın olmur: olur, gözəl, amma inanılmaz yelbeyin, bir də var, kifir, həm də inanılmaz axmaq qadınlar.

***

Biz seçdiklərimizdən daha ağıllıyıq.

***

Uşaqlar, əgər boğaza qədər zibilə batmışıqsa, əllərimizi işə salaq.

# 3060 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #