Vəfalıdan Əylisliyə: “Yaxşı yazı yazsın”

Vəfalıdan Əylisliyə: “Yaxşı yazı yazsın”
13 dekabr 2012
# 13:57

Ayaz Vəfalıdan Əkrəm Əylisliyə: “Əvvəlcə yaxşı yazı yazsın”

“Ədəbiyyat” qəzetini bəyənməyənləri yaxşı tanıyıram. Onlar əvvəlcə yaxşı yazı yazsınlar, sonra irad bildirsinlər”.

Bunu “Ədəbiyyat” qəzetinin baş redaktoru Ayaz Vəfalı bildirib.

Ayaz Vəfalı modern.az-a deyib ki, kimsə nəyisə bəyənməyə bilər: ”Siz oxucularsınız, oxuyun, görün, bu qəzetdə nə xoşunuza gəlir, nə xoşunuza gəlmir? Dedi-qodu sözlərə başqa nə cavab vermək olar ki!? Mən o adamlarla da işləmişəm. Bilirəm, kimin qabında nə var. Onlara cavab verməyə ehtiyac duymuram. Ən layiqli cavabı “Ədəbiyyat” qəzetinin özü verir”.

Daha sonra baş redaktor deyib: “Heydər Əliyev deyirdi ki, “mən “Ədəbiyyat” qəzetini Moskvada işləyəndə, işləməyəndə də həmişə oxumuşam”. Amma bu adamlar qəzeti heç vaxt əllərinə almayıb. Zəhməti itirənlər çoxdur, amma eybi yox, canları sağ olsun”.

AYB sədri Anar Kulis.az-a verdiyi müsahibədə Birliyin orqanı olan “Ədəbiyyat” qəzeti ilə bağlı narazılıqlardan danışarkən yazıçı həmkarlarını yazı yazmağa səsləmişdi.

Tanınmış yazıçılar Əkrəm Əylisli, Seyran Səxavət və şair Vaqif Bayatlı bu qəzetlə əməkdaşlıq eləmək fikrində olmadıqlarını dilə gətirmişdilər.

Kulis.az Xalq Yazıçısı Əkrəm Əylislidən Ayaz Vəfalının dediklərinə münasibət öyrənmək istəyib. Xalq Yazıçısının cavabı belə olub: “Siz səviyyələri bilə-bilə niyə mənə belə sual verirsiniz?”

# 1087 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #