100 yaşlı şair AYB-də yubleyinə qatıldı

100 yaşlı şair AYB-də yubleyinə qatıldı
17 yanvar 2020
# 19:27

Bu gün tanınmış şair-jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Dünyamalı Kərəmin anadan olmasının100 illiyi ilə əlaqədar olaraq yubley tədbiri keçirilib.

Kulis.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyində baş tutan tədbirdə ziyalılar, ədəbiyyatsevərlər, media nümayəndələri də iştirak ediblər.

Tədbiri giriş sözü ilə şair, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi açıb. İlqar Fəhmi şairin yaradıcılığı haqqında qonaqlara məlumat verib:

“Dünyamalı müəllimin 1930-cu illərdən, 2000-ci illərə kimi yazdığı şeirlərə nəzər saldıqda görürsən ki, hər dövr üçün bir rəngarənglik yaradıb. Düşünürəm ki, yaradıcı insan hansı yaşda olmasına baxmayaraq, yaşadığı dövrün zamanını və nəbzini tutmağı bacarmalıdır. Mən çox sevinirəm ki, tədbirin açılış mərasimi mənim öhdəmə verildi. Bu tədbir mənim öz həyat bioqrafiyamda unudulmaz bir xatirəyə çevrildi”.

Əməkdar mədəniyyət işçisi, folklorşünas Elxan Məmmədli, şairə Fəridə Ləman və Südabə İrəvanlı yubilyarın yaradıcılığından danışıblar. Bildirilib ki, Dünyamalı Kərəm yaradıcılığı ilə, sanki iki ölkə arasında körpü rolunu oynayıb.

Tədbirin sonunda söz yubliyara verilib. Şair Dünyamalı Kərəm doğulduğu Borçalı qəzasının Qoçulu kəndində keçən uşaqlıq dövründən, ali təhsil almağından, poeziyasından qonaqlara danışaraq, uzunömürlülüyün sirrini də açıb.

“Hər səhər yerimdən qalxanda 1 stəkan su içirəm, yüz yaşım olmağına baxmayaraq idman edirəm. Həyətimizdəki ağaclara qulluq edirəm, tənək artdayıram. Çalışıram ki, isti çörək yeməyim. Hər səhər isə şirin çay içirəm. Ailədə isə həmişə səmimi olmuşam ”, - deyə 100 yaşlı şair bildirib. /azertag.az/

# 2033 dəfə oxunub

Oxşar xəbərlər

"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
Gənclər Kitabxanasında sərgi: “Ziyarətə çevrilmiş ocaq”

Gənclər Kitabxanasında sərgi: “Ziyarətə çevrilmiş ocaq”

15:30 26 aprel 2024
Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlandı

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlandı

15:00 26 aprel 2024
Məşhur reper edam olunacaq

Məşhur reper edam olunacaq

14:30 26 aprel 2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunacaq

14:00 26 aprel 2024
# # #