Azərbaycanda Tanqo Festivalı keçirilir

Azərbaycanda Tanqo Festivalı keçirilir
22 noyabr 2019
# 10:11

Noyabrın 21-də “Ləndmark”da Argentinanın Azərbaycandakı Səfirliyi, “United Cultures” və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Bakı Tanqo Festivalı ilə əlaqədar mətbuat konfransı keçirilib.

Noyabrın 28-dən dekabrın 1-dək davam edəcək festivalın keçirilməsində məqsəd Argentina musiqisini ölkəmizdə tanıtmaqdır.

Konfransda çıxış edən Argentinanın ölkəmizdəki səfirliyinin nümayəndəsi Eduardo Kavayero festival haqqında məlumat verib. Bildirib ki, festivala yerli və əcnəbi tanqo məktəbləri cəlb olunub, bir çox tanqo ustaları festivala qatılmaq istəyiblər. Dünyanın İstanbul kimi məşhur şəhərlərində minlərlə insan bu rəqslə məşğul olur.

Vurğulanıb ki, budəfəki festivalda xüsusi qonaq qismində Argentinanın 2019-cu il dünya və Avropa çempionları Aqustina Piyacco, Maksim Saavedra, Tekla Qoqricyani (Argentina/Gürcüstan), Yakof Şonski və Maryam Rossa (Gürcüstan), Sesilia Akosta və Levan Qomelauri (Argentina/Gürcüstan) iştirak edəcəklər.

Qeyd edilib ki, ziyarətçilər festivalda, həmçinin musiqiçi Viktor Hüqo Viyena və Lautaro Tisseranı da görə biləcək. Argentinada təhsil almış bandoneon ifaçısı Viktor Hüqo Viyena dövrün ən yaxşı bandoneonçulardan biri hesab olunur. Lautaro Tissera isə müasir Argentina tanqosunda ən görkəmli gitara ifaçılarından biridir.

Argentina səfirliyinin ticarət və mədəniyyət şöbəsinin müdiri Korina Lehmann bildirib ki, tanqo ölkəsinin mədəniyyətinin ən yüksək göstəricisidir. Bu sənət XIX əsrdə Argentinaya gələn xalqların mədəniyyətinin sintezindən yaranıb. K.Lehmann qeyd edib ki, tanqo yalnız ehtiraslı rəqs və melonxolik musiqi deyil, müxtəlif insanların bir mövzu ətrafında sevinib kədərlənməsidir.

Mədəniyyət Nazirliyinin rəsmisi Elnarə Quliyeva çıxış edərək festivalın əhəmiyyətindən söz açıb: “Argentina və Azərbaycan arasında dostluq əlaqələri hər zaman yüksək səviyyədə olub. Argentina əməkdaşlığa hazır olan bir ölkədir və bütün layihələrdə fəallıqla iştirak edib. Xalqlarımızı bir-birinə yaxın edən festivala dəstək oluruq və bu cür layihələrin davamlı olmasını diləyirik”.

“Bakı Metropoliteni” QSC-nin şöbə müdiri Lalə Babayeva deyib ki, metro Bakı sakinlərinin istifadə etdiyi bir məkandır. Burada keçirilən tədbirlər hər zaman gözlənilməz olub. Rəqqas olmayan insanlar belə yerdə rəqs etməkdən çəkinmir.

Bakı Xoreoqrafiya Akademiyasının şöbə müdiri, Əməkdar artist Sənan Hüseynli akademiyada artıq tanqo dərslərinin veriləcəyini söyləyib. Bildirib ki, festival yerli rəqqasların peşəkar istiqamətdə inkişafına böyük təkan verir. Vurğulayıb ki, akademiyada həmçinin tanqo üzrə ustad dərslər də təşkil olunacaq.

Qeyd edək ki, festival “The Landmark”, “Bakı Metropoliteni”, Nizami Kino Mərkəzi, “Nizami Restaurant & Lounge”, ADA Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, “NESS Company”, “IN Tango Baku”, “Tango On”, “EI Club de Tango”, “Badi Kuba”, “R&N-project Dance School in Baku” və “Macrobiosis Tango School”un dəstəyi ilə keçirilir.

# 1453 dəfə oxunub

Oxşar xəbərlər

Musiqi və incəsənət məktəblərinə qəbul elektron qaydada aparılacaq

Musiqi və incəsənət məktəblərinə qəbul elektron qaydada aparılacaq

12:00 26 aprel 2024
"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

12:00 26 aprel 2024
"Puma x Fenty" brendinin yeni siması - Foto

"Puma x Fenty" brendinin yeni siması - Foto

11:30 26 aprel 2024
Mir Cəlal Paşayev  - 116

Mir Cəlal Paşayev - 116

11:00 26 aprel 2024
Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirildi

Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirildi

10:30 26 aprel 2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi

10:00 26 aprel 2024
#
#
# # #