“Xalq yazıçısı Çingiz Abdullayev” adlı kitab sərgisi açıldı

“Xalq yazıçısı Çingiz Abdullayev”  adlı kitab sərgisi açıldı
6 aprel 2024
# 13:00

Xalq yazıçısı Çingiz Abdullayevin doğum günü ilə əlaqədar Milli Kitabxanada “Xalq yazıçısı Çingiz Abdullayev” adlı geniş kitab sərgisi açılıb.

Kulis.az xəbər verir ki, sərgidə müəllifin əsərləri, redaktor, rəyçi olduğu, “Ön söz” yazdığı, həyat və yaradıcılığı haqqında Azərbaycan və müxtəlif dillərdə kitablar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Azərbaycanın məşhur yazarı, detektiv janrın ustası, əsərləri təkcə ölkəmizdə deyil, bütün dünyada tanınan Xalq yazıçısı Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.

Yazıçının ilk böyük əsəri “Mavi mələklər” romanı 1988-ci ildə Bakıda işıq üzü görüb. Sonralar trilogiya “Əclafların qanunu”, “Əclafların əqidəsi” və “Əclafların vicdanı” nəşr olunub.

Çingiz Abdullayev ümumi tirajı 30 milyon nüsxə olan 200-dən çox kitabın müəllifidir. Onun əsərləri dünyanın hər yerində bütün yaş təbəqələrindən olan oxucular tərəfindən maraqla qarşılanır. Kitabları dünyanın bir çox ölkələrində, Almaniyada, İrlandiyada, Fransada, Rusiyada və s. kütləvi tirajla buraxılıb, 32 dilə tərcümə olunaraq nəşr olunub.

Azərbaycan ədəbiyyatının inkişafı və təbliğində xidmətlərinə görə “Azərbaycanın Xalq yazıçısı” fəxri adı və “Şöhrət” ordeni ilə təltif olunub, həmçinin dünyanın bir çox nüfuzlu beynəlxalq mükafatlarına və medallarına, çox sayda ədəbi mükafatlara layiq görülüb.

# 2890 dəfə oxunub

Oxşar xəbərlər

Bakı Beynəlxalq İncəsənət Festivalında 10 mindən çox tamaşaçı iştirak etdi

Bakı Beynəlxalq İncəsənət Festivalında 10 mindən çox tamaşaçı iştirak etdi

12:22 13 noyabr 2026
Kiprin Osmanlı dövrünə aid tarixi və mədəni mirasını göstərən fotosərgi açılacaq

Kiprin Osmanlı dövrünə aid tarixi və mədəni mirasını göstərən fotosərgi açılacaq

12:02 13 noyabr 2026
Dolli Partonun səsi ölümündən sonra yenidən eşidildi - “U2” ilə son duet

Dolli Partonun səsi ölümündən sonra yenidən eşidildi - “U2” ilə son duet

11:36 13 noyabr 2026
"Manifest" musiqi qrupunun meneceri azadlığa buraxıldı

"Manifest" musiqi qrupunun meneceri azadlığa buraxıldı

11:02 13 noyabr 2026
İlin ən yaxşı 14 ən kitabı seçildi -  Yeddi kateqoriya üzrə qaliblər açıqlandı

İlin ən yaxşı 14 ən kitabı seçildi - Yeddi kateqoriya üzrə qaliblər açıqlandı

10:38 13 noyabr 2026
Nyu-Yorkda 2,4 milyard dollarlıq sənət hərracı:  Van Qoqun tablosu 180 milyona satıla bilər

Nyu-Yorkda 2,4 milyard dollarlıq sənət hərracı: Van Qoqun tablosu 180 milyona satıla bilər

10:14 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər