Tomas Mannın “Venesiyada ölüm”ü Azərbaycan dilində

Tomas Mannın “Venesiyada ölüm”ü Azərbaycan dilində
28 iyun 2018
# 14:44

Dahi alman yazıçısı Tomas Mannın “Venesiyada Ölüm” povesti Qanun Nəşrlər Evindən Azərbaycan dilində nəşr olunub.

Nəşrlər evindən Kulis.aza verilən xəbərə görə, romanı tanınmış tərcüməçi İlqar Əlfioğlu tərcümə edib.

20-ci əsr Avropa ədəbiyyatında silinməz iz qoymuş Tomas Mannın “Venesiyada ölüm” povesti 1912-ci ildə işıq üzü görüb. Əsər iki real hadisənin - məşhur Avstriya bəstəkarı Qustav Malerin ölümü və özünün Venesiya səfəri zamanı təsadüfən rastlaşdığı polşalı bir yeniyetmə ilə tanışlığı əsasında qələmə alınıb və nəticədə 50 yaşlı yazıçı Qustav fon Aşenbaxla yeniyetmə Tadzionun qəribə məhəbbətinin tarixçəsi yaranıb.

İlk günlər Aşenbax Tadzionu seyr etməkdən sadəcə ləzzət alır. Bu gənc onu gələcək əsərinin mümkün qəhrəmanı kimi cəlb edir. Lakin az sonra oğlan onun gözündə sənətin, həyatın və gözəlliyin simvoluna çevrilir. Ahıl yazıçı oğlana dəlicəsinə vurulur, gözəl oğlanla sevgi macərası yaşamaq istəyir.

Tadzio ilə Aşenbax arasındakı kəskin təzad gəncliklə qocalıq, zahiri gözəlliklə daxili gözəllik, həyatla ölüm arasındakı ziddiyyəti simvolizə edir. Əsər yazıçının ölümü, oğlanın isə dəniz kimi təlatümlü həyata qədəm basması ilə bitir.

# 1711 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #