“Azdrama”dan Fuad Poadovla bağlı açıqlama

“Azdrama”dan Fuad Poadovla bağlı açıqlama
7 may 2018
# 12:40

Xəbər verdiyimiz kimi, aktyor Fuad Poladovun dəfn günündə, “Şah Qacar” tamaşasından sonra Akademik Milli Dram teatrında qalmaqal yaşanıb.

Tamaşanın nümayişindən sonra təzimə çıxan aktyorlardan birinin Fuad Poladovu xatırlaması və onun xatirəsinə tamaşaçılardan bir dəqiqəlik sükut xahiş etməsinə görə, teatr rəhbərliyi aktyoru çağıraraq, ona xüsusi xəbərdarlıq edib.

Məsələ ilə bağlı teatrdan Kulis.aza açıqlam gəlib. Açıqlamada deyilir: “Mayın 5-də - Xalq artisti Fuad Poladovun dəfn günündə Akademik Milli Dram Teatrında “Şah Qacar” tamaşası nümayiş olundu. Bilirsiniz ki, bu tamaşanı və Fuad Poladovun böyük məharətlə yaratdığı Qacar rolunu istər teatr ictimaiyyəti, istərsə də sıravi tamaşaçılar yüksək qiymətləndiriblər. Fuad müəllimdən sonra bu rol əməkdar artist Abbas Qəhrəmanova həvalə olundu və tamaşa bu gün teatrın repertuarında özünəməxsus yer tutur, uğurla nümayiş olunur. Sözügedən tamaşanın nümayişi zamanı səhnə əsərində rol alan aktyorlar Fuad Poladovun əziz xatirəsini ehtiramla yad etdi, tamaşaçılarla bir yerdə onun xatirəsi bir dəqiqəlik sükutla anıldı. Bununla bağlı teatrda hər hansı problemin yaranması haqqında yayılan xəbərlər tam əsassızdır və bunu teatrın yaradıcı işinə qarşı müdaxilə kimi qəbul edirik. Fuad Poladov görkəmli aktyor kimi Akademik Milli Dram Teatrının səhnəsində bir-birindən gözəl rollar yaradıb. Teatrın kollektivi onun xatirəsini hörmət və ehtiram hissi ilə anır və bu, hər zaman belə də olacaq.”

# 809 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
#
#
# # #