“Rezonans toplusu 1” işıq üzü görüb

“Rezonans toplusu 1” işıq üzü görüb
27 mart 2018
# 12:52

Aprelin 1-i, saat 14:30-da Divan oteldə “Rezonans toplusu 1” kitabının təqdimat mərasimi keçiriləcək. Kulis.azın məlumatına görə “Rezonans toplusu 1” Rezonans Maarifləndirmə Cəmiyyətinin (RMC) dərc etdiyi ilk kitabdır.

Kitabın ilk səhifələrindən siz “Böyük partlayış”la tanış olub daha sonra evimiz olan yerin neçə yaşı olduğunu, necə “böyüdüyünü” öyrənəcək və nəhayət ki, evimizdə canlılığın necə yarandığını, yəni təkamülün necə işlədiyini görəcəksiniz.

İkinci bölüm insandan bəhs edir. İnsan necə kodlanıb? Onun genetik kitabında nələr yazılıb? Genlərimiz eqoistdirmi? Beynimiz necə işləyir? Və niyə digərlərindən fərqli olaraq biz danışmışıq? Danışmağı bacarmaqla genlərimizə üstün gələ bildikmi?

Üçünci bölüm isə müasir sivilizasiyamızı sorğulayır.

RMC heç bir siyasi quruma aid olmayan və gəlir məqsədi güdməyən bir qrup gənc tərəfindən yaradılan təşkilatdır. RMC-nin məqsədi maarifləndirmə yolu ilə cəmiyyətə faydalı olmaqdır. Əsas fəaliyyətini rezonanss.com veb səhifəsi və sosial şəbəkə üzərindən aparan RMC bu yolda müxtəlif addımlar atır.

Təqdimatın keçiriləcəyi ünvan: Nərimanov r-nu, Həsənoğlu küç., 15/A. Divan oteli.

# 1355 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #