Həmyerlimizin əsəri Parisin “Art Capital 2018” sərgisində

Həmyerlimizin əsəri Parisin “Art Capital 2018” sərgisində
14 fevral 2018
# 08:18

Parisin məşhur Qran Pale sarayında “Art capital 2018” beynəlxalq sərgi salonunda Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Nərimanbəyovanın “Fantaziya” əsəri nümayiş olunur.

Fransanın tanınmış “Fransa rəssamlar Cəmiyyəti”, “Sulu boya ilə təsvir və rəsm”, “Müstəqil rəssamlar Cəmiyyəti” kimi məşhur sənət qurumlarının birgə təşkil etdiyi sərgidə nümayiş olunan əsərlər xüsusi münsiflər heyəti tərəfindən seçilir. Azərbaycanlı rəssamın əsəri əsası 1667-ci ildə qoyulmuş “Fransa Rəssamlar Cəmiyyəti” tərəfindən təqdim olunaraq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

N.Nərimanbəyovanın əsərləri fransız sənətsevərlər tərəfindən həmişə maraqla qarşılanıb. O, Parisdə “Qrand Pale”də keçirilən “Art capital 2016” sərgisində “Adajio” diptixinə görə “TOİLE D'OR” mükafatına layiq görülüb. Bununla da N.Nərimanbəyova “2016-cı ilin Fransada və Avropada ən yaxşı rəssamı” statusunu qazanıb. Onun əsərləri sərgi ziyarətçilərində yüksək əhval-ruhiyyə yaradır. Rəssam tamaşaçıları dərindən düşünməyə sövq edən maraqlı mövzular seçir.

Azərbaycanlı rəssamın rəsmləri uzun müddətdir ki, Avropa sənətçilərinin diqqət mərkəzindədir. Məşhur fransız sənətşünası, akademik Jan-Şarl Aşe Nigar Nərimanbəyovanın yaradıcılığını böyük Şaqalla müqayisə edərkən onun rəsmlərini “müasir incəsənətin şah əsərləri” adlandırıb.

Azərbaycanlı rəssam “Art capital 2018” sərgisinə “Fransa Rəssamlar Cəmiyyəti” tərəfindən dəvət olunub.

Qeyd edək ki, bu il “Art capital 2018” beynəlxalq sərgi salonunda 650-dən çox rəssam, heykəltəraş, arxitektor və oymaçının əsərləri nümayiş olunur.

Sərgi fevralın 18-dək davam edəcək.

# 807 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #