Türkiyədə azərbaycanlı yazıçıdan dissertasiya yazdılar

Türkiyədə azərbaycanlı yazıçıdan dissertasiya yazdılar
27 dekabr 2017
# 15:52

Türkiyənin Bartın Universitetində müasirimiz olan azərbaycanlı yazıçı Əlabbasın əsərləri haqda elmi iş yazılıb.

Kulis.az-ın verdiyi xəbərə görə, universitetin filologiya fakültəsinin magistri Ebru Akyüz “Türk dili və ədəbiyyatı” ixtisası üzrə dosent-doktor Alsou Kamalievanın və yardımçı dosent Naz Pənah xanımın elmi rəhbərliyi ilə müasir Azərbaycan nəsrinin tanınmış nümayəndəsi “Əlabbas Bağırovun “Göz muncuğu”, “Gecəyarısı hadisə”, “Doğma ocaq”, “Gəlin ayaqqabısı” və “Köhnə kişi” hekayələrinin tematik yöndən incələnməsi” adlı magistr dissertasiyası (yüksək lisans tezi) müdafiə etmişdir.

Doxsan səhifəlik dissertasiyanın “Əlavələr” bölümündə iddiaçının sözügedən əsərlərlə bağlı Əlabbasla müsahibəsi, yazıçının tərcümeyi-halı və ömrünün müxtəlif anlarını əks etdirən fotoşəkillər də yer alıb.

Bundan daha öncə həmyerlimizin yaradıcılığı Şimali Kipr Türk Cümhuriyyəti Lefke Avrupa Üniversitetinin müəllimi Nazim Muradovun da diqqətini çəkmiş, o, ”Köhnə kişi” povestinin linqvistik və üslub özəllikləri” adlı irihəcmli yazı ilə mətbuatda çıxış etmişdi.

Onu da xatırladaq ki, Türkiyədə nəşr olunan “Təmrin” dərgisinin yazıçı Əlabbasa həsr olunan xüsusi nömrəsi də yaxın vaxtlarda işıq üzü görəcək.

# 2312 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
# # #