Rasim Balayevin dərman pulu

Rasim Balayevin dərman pulu
22 noyabr 2017
# 12:47

Aliyə

Ara-sıra, taleyin üzü döndükcə məşhurların səhhəti, müalicə xərclər mətbuatın gündəminə gəlir, mətbuat küy salıb əlac haraylayır. Amma burada taleyin heç bir təqsiri yoxdur.

Ağır-yüngül olmağından asılı olmayaraq hər kəs xəstələnir.

“Taleyin üzü” kimi ifadələr əli heç nəyə çatmayan jurnalistlərin yaza bilmədiklərini taleyin üstünə atmaq və belə ümummilli ifadələrlə müvafiq qurumları, əlaqədar şəxsləri köməyə təşviq, səfərbər etməkdir.

Dünya mətbuatını bilmirəm, mütəmadi izlədiyim rus mətbuatında belə yazılarla rastlaşmamışam.

Amma mən özüm də belə yazılar yazmışam.

Vəziyyət odur ki, ögey münasibət görməmək üçün ortaq tanışa həmişə ehtiyacımız var. Uşaq həkimindən, karbürator ustasından tutmuş parket satıcısına qədər hər yerdə tanış axtarırıq. Bütün sahələrdə belədir. Hətta mətbuat da yazıları oxutdurmaq üçün ortaq tanış axtarır, tapıb adını başlığa çıxarır ki, o ortaq tanış oxucunun qabağına çıxsın, onu qarşılayıb yazının içinə salsın. Bəzən o ortaq tanış çox uzaq olur - adını sətrə sığdırmaq olmur: “Keçmiş nazir gəlininin özündən gözəl bacısı toyda yıxıldı”... Yəni, belədir vəziyyət.

Göz önündə olan mədəniyyət xadimlərinin səhhəti ilə bağlı məsələ gündəmə gələndə ortaq tanışa ehtiyac qalmır. Rollarını, xidmətlərini, fəxri adlarını sadalayırıq. Niyə? Mədəniyyət və ədəbiyyat adamlarının xüsusi imtiyazları varmı?

Bəs məşhur olmayanlar nə etsin?

Sonuncu sual sosial şəbəkədə status idi, mən onu bəyənmişdim. Çünki, bu sual özü bir neçə sual verirdi:

Tibbi xidmətlə təmin olunmaq hamının haqqıdır, məşhur, ya qeyri-məşhur olmasından asılı olmayaraq. Tibbi sığortanın olmadığı, pulsuz səhiyyə xidmətinin yazdığı latın mənşəli dərman adlarını “tale, qədər, qismət” kimi oxuyan xəstələrin arasında məşhur olmaq bəxt məsələsidir. Birinci sual ayırıcı sualdır: Adi xəstəsən, ya məşhur xəstə?

İkinci sual birləşdirici sualdır, elnən gələn qara gün məsəli: “Səbr elə, o boyda Rasim Balayev dərman pulu tapmırsa, qalanlar nə etsin?”

Üçüncü sualda vurğu son sözə düşür: Bəs, məşhur olmayanlar nə etsin? İnsanlara ruh verən, yaşam gücü, həyat eşqi, müsbət impulslar ötürən sənət adamları gözümüzün qarşısında pulsuzluqdan, çarəsizlikdən özünü xəstəliyə təslim edirsə, qüruruna sarılıb susaraq, balasını düşünüb yalvararaq, ya da sənət xidmətlərini düşünüb gileylənərək qismətini gözləyirsə, on minlərlə ağır xəstə yaşamağa, sağalmağa kimdən ümid alsın? Belə xəstələrə depressiya qətiyyən olmaz. O adamların ümidini göyərtmək üçün cəmiyyətdə yaxşı nümunələr olmalıdır.

Məşhur sənət adamlarına dəstək olmaq onun izləyicilərinə dəstək olmaqdır, sənətçinin kimliyinə baxmayaraq, sənətə verilən dəyərdir, üstəlik bununla cəmiyyətə "sevgiylə, qayğıyla, hər şey etmək mümkündür" mesajı göndərmək olar.

KİV-in təşviqatı sadəcə bir imkandan yararlanmaqdır. Əldə olan bir imkandan yararlanmaq. Ki, sabah ortaq tanışlarımız olan obrazları ekranda görəndə xəcalət çəkməyək.

# 1474 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #