Elif Şafak nüfuzlu mükafata layiq görülüb

Elif Şafak nüfuzlu mükafata layiq görülüb
18 noyabr 2017
# 18:48

Türk yazıçı Elif Şafak Avropa Ədəbiyyat Günləri çərçivəsində “Avstriya kitabçılarının fəxri mükafatı“ ilə təltif edilib. O, bu mükafata əsərlərində düşüncə və fəaliyyətdə dözümlülüyü təbliğ etdiyinə görə layiq görülüb.

Avstriyanın Şpits an der Donau şəhərində keçirilən mərasimdə qeyd edilib ki, E.Şafakın əsərlərində insanların bir-biri ilə düzgün ünsiyyəti üçün həssas yanaşmalar, eləcə də maraqlı personajlar və hekayətlər builki seçimlərdə jürinin diqqət mərkəzində olub. Buna görə də hazırda London və İstanbulda yaşayan yazıçı on min avro dəyərindəki mükafata layiq görülüb.

Qeyd edək ki, indiyədək 15 kitabı işıq üzü görən Elif Şafakın əsərləri 40-dan artıq dilə tərcümə olunub. Yazıçı “Eşq”, “İsgəndər”, “Ustam və mən”, “Cənnət qoxusu” və digər əsərləri ilə həm Türkiyədə, həm də ölkə xaricində sevilən yazıçılardan biridir. /azertag.az/

# 870 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
# # #