Azərbaycan YUNESKO-nun vitse-prezidenti seçilib

Azərbaycan YUNESKO-nun vitse-prezidenti seçilib
16 noyabr 2017
# 14:52

YUNESKO-nun mənzil qərargahında qurumun Ümumdünya İrs Komitəsinin növbədənkənar sessiyası keçirilib. Sessiyada komitəyə seçilmiş 12 yeni üzv ölkə də iştirak edib. Xatırladaq ki, Azərbaycan 2015-ci ildə dörd il müddətinə bu komitəyə üzv seçilib.

Kulis.az Azərtaca istinadən xəbər verir ki, növbədənkənar sessiyada Azərbaycan növbəti il üçün komitənin vitse-prezidenti seçilib. Bəhreyn, Braziliya, İspaniya, Zimbabve və Çin ilə yanaşı, komitənin Bürosuna üzv olub.

İrs Komitəsinin növbəti il üçün sədri Bəhreyn seçilib. Gələn il komitənin 42-ci sessiyasının Bəhreynin paytaxtı Manama şəhərində keçirilməsi planlaşdırılır.

Ümumdünya İrs Komitəsi 1972-ci il mədəni və təbii abidələrin mühafizəsi üzrə YUNESKO Konvensiyasının effektiv icrası, mədəni və təbii abidələrin Dünya İrs Siyahısına daxil edilməsi, eləcə də bu abidələrin mühafizəsi və mədəni irsin qorunması üzrə digər önəmli qərarların verilməsinə cavabdeh olan təşkilatın önəmli qurumudur.

Ölkəmizin Büroya seçilməsi komitənin yuxarıdakı məsələlərlə bağlı qərarlarında, eləcə də komitə sessiyalarının gündəliyinin formalaşdırılmasında yaxından iştirak etmək imkanı yaradır.

Qeyd edək ki, Azərbaycanın iki mədəni abidəsi - 2000-ci ildə İçərişəhər, 2007-ci ildə isə Qobustan qoruğu Ümumdünya İrs Komitəsi tərəfindən bu mötəbər siyahıya daxil edilib. Hazırda ölkəmiz tərəfindən yeni abidələrin bu siyahıya daxil edilməsi istiqamətində fəal iş aparılır.

# 794 dəfə oxunub

Oxşar xəbərlər

Təzə müdir dedi ki...  - Xalq artistini kim işə götürmədi? - Sözüm var

Təzə müdir dedi ki... - Xalq artistini kim işə götürmədi? - Sözüm var

21:58 25 aprel 2024
Bakıda “Kəlağayı festivalı”  keçiriləcək

Bakıda “Kəlağayı festivalı” keçiriləcək

18:40 25 aprel 2024
“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
# # #