Elza Seyidcahana etiraz edənlərə cavab gəldi: “Onu çağırmışıq ki...”

<b>Elza Seyidcahana etiraz edənlərə cavab gəldi: <span style="color:red;">“Onu çağırmışıq ki...” </b>
31 avqust 2017
# 12:02

“Elza xanım şair kimi yox, bəstəkar kimi münsiflərin arasındadır.” Bu fikirləri Kulis.aza açıqlamasında “Xalqın şairi” layihəsinin rəhbəri, telejurnalist Mübariz Əsgərov səsləndirib.

Son vaxtlar mahnı mətnlərinin səviyyəsinin aşağı düşməsindən şikayətlənən layihə rəhbəri Elza Seyidcahanı bu məqsədlə münsif seçdiyini bildirib: “Elza xanım müsabiqəyə qatılan iştirakçıların şeirlərinin mahnı mətni kimi yarayıb-yaramadığını deyəcək. Baxacaq ki, iştirakçının şeiri musiqiyə yatımlıdır, ya yox.”

Mübariz Əsgərov layihənin yaranma ideyasından da danışıb: “Xalqın şairi” mənim ideyamdır. Hər bazar günü axşam vaxtları efirdə olacaq. Burda məqsəd Azərbaycanda şeir yazan, öz istedadını ifadə etməyə meydan tapmayan şairlərə meydan verməkdir. Biz istəyirik ki, Azərbaycan şairini ortaya çıxaraq.”

O, “Xalqın şairi”na olan reaksiyalara da münasibət bildirərək deyib ki, insanlar daha çox ağlına gələni yox, ağzına gələni yazırlar: “Layihədən xəbəri olmayanların rəyləridir hamısı. Biz hər həftə çəkiliş edirik, gərək çəkilişi öz gözünüzlə görəsiniz. Layihəyə yüzlərlə adam müraciət edib. Bir-birindən dəyərli, hamının tanıdığı, hörmət etdiyi münsiflər seçilib: Baba Vəziroğlu, Qulu Ağsəs, Aşıq Əhliman, Elza Seyidcahan.

Bizim məqsədimiz gələnə meydan verməkdir. Layihəyə qoşulan hər bir şair istənilən mövzuda şeirini səsləndirəcək. Münsiflər də gələn iştirakçılara qiymət verəcəklər. Biz bir də klassikləri yada salmaq, onları xatırlamaq məqsədi ilə Mirzə Ələkbər Sabiri, Məhsəti Gəncəvini, Səməd Vurğunu əvəz edəcək, bu şairləri dərindən bilən adamları da verilişə dəvət etmişik. Onlar hər dəfə yeri düşdükcə, mövzuya uyğun olaraq Sabirdən, Məhsətidən, ya da Səməd Vurğundan şeir deyəcəklər. Bu, klassikləri yada salmaq üçün düşünülüb. Sabiri əvəz edən onun şeirini oxuyacaq, Məhsətini əvəz edən Məhsətinin. Onlar iştirakçılara qiymət verməyəcəklər. Sadəcə keçmişdə bizim belə şairlərimizin olması diqqətə çatdırılacaq.”

Xatırladaq ki, bu yaxınlarda ARB TV-də “Xalqın şairi” adlı müsabiqə start götürəcək. Müsabiqənin münsiflər heyəti açıqlanandan sonra sosial şəbəkədə ciddi reaksiya doğurub. Münsiflər masasında Elza Seyidcahanın əyləşməsi çoxlarının narazılığına səbəb olub.

# 974 dəfə oxunub

Oxşar xəbərlər

Təzə müdir dedi ki...  - Xalq artistini kim işə götürmədi? - Sözüm var

Təzə müdir dedi ki... - Xalq artistini kim işə götürmədi? - Sözüm var

21:58 25 aprel 2024
Bakıda “Kəlağayı festivalı”  keçiriləcək

Bakıda “Kəlağayı festivalı” keçiriləcək

18:40 25 aprel 2024
“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
#
#
# # #