Sorokinin əsəri opera olur

Rus yazıçısı Vladimir Sorokinin librettosu əsasında opera hazırlanır.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Vladimir Sorokin Qendelin Moskva teatrlarından birində tamaşaya qoyulacaq “Zamanın və həqiqətin triumfu” operasına libretto yazıb.

 

Tamaşanın rejissoru Konstantin Boqomolov Qendelin dahiyanə musiqisinə adekvat ola bilən bir mətn əldə etdiyi üçün müəllifdən razılığını dilə gətirib.

 

Qeyd edək ki, premyera 2018-ci ilin mayında Nemeroviç Dançenko adına Moskva Akademik Musiqili Teatrında baş tutacaq. 

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017