Məşhur aktrisa vəfat etdi

Dünyaca məşhur fransız aktrisası Janna Moro 89 yaşında vəfat edib.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisanın cəsədini qulluqçusu aşkar edib.

 

Janna Moro “Yeni dalğa” rejissorlarından Lui Malın, Fransua Trüffonun, həmçinin Bünüel və Antonioninin filmlərindəki obrazları ilə məşhurdur.

 

O, “Həvva”, Cüli və Cim”, “Qulluqçunun gündəliyi”, “Gəlin qara geyimdə idi”, “Gecə” filmlərində oynayıb. Son filmi “Dostlarımın istedadı” isə 2015-ci ildə ekranlara çıxıb.

 

Janna Moro Kann kinofestivalının fəxri “Qızıl Palma Budağı”, Kino sənətinə verdiyi töhvələrə görə Venetsiya festivalının “Qızıl Şir”i, Berlin Kinofestivalının “Qızıl Ayı”sı ilə mükafatlandırılıb.

 

LENT

16 İyul 2018
15 İyul 2018
14 İyul 2018
13 İyul 2018
12 İyul 2018