writer1

Nərmin Kamal

Məqalə sayı

22
clock08:47 calendar-gray 25 İyun 2017 view-gray47 dəfə oxunub
view-gray47 dəfə oxunub

Təbiət qadındır

Kulis.az Nərmin Kamalın “Hərdən şeir oxuyun” yazısını təqdim edir.

Bir neçə gündür ki, şeir oxuyuram. Dövrümüzün görkəmli şairlərinin şeirlərini. Ted Kooser-dən sonra Mary Oliver-də dayandım. Onun "Niyə mən səhər tezdən oyanıram" və başqa şeir kitablarını oxuyuram. Elə bunları yaza-yaza "Meşədə yatmaq" şeirinin ovsunu içindəyəm.

Mary Oliver-in fotolarına baxıram, görürəm bir çox fotolarda əllərini ciblərinə salıb. Öz-özümə onunla zarafat edirəm, deyirəm, əllərini cibinə ona görə salıb ki, cibindən beş şair çıxarar.

Təbiətdən yazır Mary Oliver. Meşədən, çöldən, səmadan, yağışdan, qardan, hislərdən.

"Gözəl" sözünü işlətmədən elə gözəl mənzərələr cızır ki, oxuduqca ürəyimin içinə elə bil külək girir.

Elə bilirəm bütün dərim pəncərələrdir, bu şeirləri oxuduqca dərimdəki pəncərələr açılır.

Çox təmizləyir adamı həqiqi poeziya, bütün hisslərin yerini sevgiylə doldurur, hər şeyə, bütün dünyaya sevgiylə.

Həqiqi poeziya böyük sözlər işlətməyən poeziyadır. Gözəllik, qadın, dünya, ölüm, tale, ömür... - belə böyük sözlərin içlərində sanki kiçik sözlər, söz-molekullar var, elə kiçik sözlərlə böyük şeirlər yaratmaqdır həqiqi poeziya.

Mary Oliver həqiqi şairdir.

İndi süni intellekt, Sofiya robot, texniki inkişafın zirvələrində dolaşan dünya, tez-tez deyirlər ki, belə bir dünyanın gələcəyində poeziya öləcək.

İkinci Dünya Müharibəsindən sonra da deyirdilər ki, Osventsimdən sonra şeir yazmaq əxlaqsızlıqdır.

Amma elə Osventsimdən sonra dünyanın şeirə ehtiyacı var. Şeirin qədrini elə ən çox gələcək insanlar biləcəklər.

Azərbyacanda çox xoşlayırlar ölümü, intiharı, bədbəxtliyi tərənnüm edən şairləri.

Bu dünyanın beş günü var, beşi də qara - deyir bizim şairlərimiz. Adamların ruh halına uyğundur bu poeziya.

Heyiflər olsun ki, əksəriyyət məişət qayğılarını, sosial problemləri - həyatın özü sanır, yeganə zövqü - seks sanır, xoşbəxtliyi - məqsədə çatmaq sanır.

İndi deyəcəksiniz ki, dörd bir yanımızda müharibə, qan, yoxsulluq, insan insana canavar, nəyi gözəldir dünyanın.

Mən yenə deyirəm, şeir oxuyun. Mary Oliverin beş-on şeirini oxuyun. Ən məşhur bənzətməylə desəm, bu, kompüterin proqram versiyasını yeniləmək kimi olacaq.

Dünyanı qaramat görmək dünyanı insan cəmiyyəti ilə eyniləşdirməkdən doğan baxışdır, amma dünya həm də təbiətdən ibarətdir.

Təbiəti həmişə qadınla, sivilizasiyanı kişi ilə eyniləşdiriblər.

Təbiət yabanı, kişi mədəni sayılıb. Təbiət - duyğu, sivilizasiya - ağıl hesab olunub.

Təbiəti necə istifadə edib atıblarsa, qadını da elə istifadə edib atıblar.

Dənizinin sahilində qarpızı, pomidoru yeyib, atıb gediblər, meşədə ocaq qalayıb qaraldıb çıxıb gediblər, qadınla da elə rəftar olunub.

Qadına da öz dünyaya gətirdiləri edib bu pisliyi, təbiətə də öz övladları. Qadın da, təbiət də bu yanaşmanın dəyişməsiylə xilas olacaq.

Mary Olivery deyir,

Səhər sahilə enirəm,

saatdan asılı olaraq dalğalar qabarır və çəkilir

və mən ah çəkib deyirəm:

-Necə də yazığam

Neynim, necə edim?

Dənizsə

öz qəşəng səsiylə deyir:

"Bağışlayın. Əlimdə işim var."

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Vəfa Fətullayevaya tapılmayan qəbir yeri – 32 illik matəm yazısı
21:00 21 May 2019
Rəsul Rza mükafatı təqdim olundu
18:25 21 May 2019
Varis “Puşkin medalı” ilə təltif olunacaq
17:32 21 May 2019
Bəstəkar Oqtay Kazıminin mahnılarından ibarət konsert olacaq
17:03 21 May 2019
Məşhurlar öz gəncliyi ilə... - Fotolar
16:48 21 May 2019
Onlara 898 min manat məbləğində Prezident mükafatı verilib
16:05 21 May 2019
Milli kinofestival təsis olundu
15:45 21 May 2019
Kventin Tarantino tamaşaçılara məktub yazıb -Mətn
15:11 21 May 2019
Qəşəm Nəcəfzadənin 60 illiyi qeyd olunub
14:22 21 May 2019
Gənc yazar AYB-ni hədələdi: “Əlimdə dəhşətli faktlar var...”
13:45 21 May 2019
Bakıdakı auksionda ən böyük məbləğ bu oldu - Siyahı
13:28 21 May 2019
Orxan Pamukun əsəri Bakıda tamaşaya qoyulub
13:01 21 May 2019
Yuxularda gəzən qızlar - Ramiz Rövşəndən oxumadığınız şeirlər
12:40 21 May 2019
Gənc yazarı AYB-dən qovurlar – Sensasiya
12:19 21 May 2019
Anar Salam Sarvana cavab verdi: “Belə ağıllıdırsa...”
12:04 21 May 2019
Azərbaycan və Türkiyə komikləri bir filmdə
11:47 21 May 2019
“Yazıçılar Birliyi dövlətin ayırdığı pulları havaya sovurur” – Salam Sarvandan qalmaqallı müsahibə
11:32 21 May 2019
Falçının cadu ilə ərə verdiyi biznesmen
11:02 21 May 2019
“Komandir” romanının növbəti təqdimatı olacaq
10:29 21 May 2019
Jurnalisti Kann festivalına buraxmayıblar
10:15 21 May 2019