Hüseyn Cavid haqqında kitab çap olundu

Hüseyn Cavid haqqında kitab çap olundu
24 may 2017
# 16:32

Professor Əjdər İsmayılovun “Dünya romantizm ənənələri və Hüseyn Cavid” kitabı çap olunub.

Kulis.Azın məlumatına görə, bu günlərdə cavidşunas alim, professor Əjdər Tağıoğlunun (İsmayılovun) 1983-cü ildə “Elm” nəşriyyatı tərəfindən çap edilmiş cavidşünaslıqda mühüm yer tutan "Dünya romantizm ənənələri və Hüseyn Cavid" adında kitabı oxucuların tələbini nəzərə alaraq latın qrafikası ilə “Elm və təhsil” nəşriyyatından nəfis şəkildə yenidən çapdan çıxarılaraq cavidsevərlərin ixtiyarına verilmişdir.

Ədəbiyyatşünaslığımızda aparıcı nüfuza malik görkəmli alimlərimiz bu monoqrafiyaya qədər, Azərbaycan romantizminin yaranmasını 1905-1917 - ci ildə baş vermiş tarixi hadisələrlə əlaqələndirmişlər. Problemə bu mövqedən yanaşma Hüseyn Cavıd romantizmini bir istiqamətdə Nizami ilə başlanan klassik fəlsəfi romantik poeziyanın ənənələrindən məhrum edir, ikinci bir istiqamətdə mütəfəkkir şairi dünya ədəbiyyatının nəhəng korifeyləri Şekspir, Bayron, Şiller, Höte və başqa dünya şöhrətli nəhəng korifeyləri ilə bir sırada dayanmaq hüququnun məhdudlaşdırırdı.

Müəllif ona görə də Hüseyn Cavid romantizminin konteksində dünya ədəbiyyatının romantik korifeyləri arasında tipoloji araşdırmalar aparır və Azərbaycan romantizminin dünya romantizminin tərkib hissəsi kimin təhlilə çəkir.

# 890 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #