Qaranlıq və səs

Qaranlıq və səs
22 may 2017
# 15:34

Rəşad Kərimli

Qaranlıq.

Səs.

Qaranlıq. Qaranlıq. Qaranlıq. Qaranlıq. QaraLIQ. ( Copy paste eləmədim. Hər “Qaranlığı” ayrıca yazdım). İşıqlar yanırdı. Uzaqda. Hərdən ora-bura qaçan zəif qırmızı işıqlar hər tərəfi daha da qaranlıq edirdi. Gözlərini yumdu...

Səs. Səs. Səs. Səs. Səs. Səs. Səs. Səs. Səs. Səs. Səs. Səs. Səs. Səs. Səs.

Gözlərini yuxarı, sonra da geriyə çevirib başının içinə baxmaq istədi. Başının içində səs salanları, aDDanıb düşənləri görmək istəyirdi. Mahnı oxumağa başladı...

Siqaret qoxusu.

Siqaret yandırdı...

Qaranlıq. QaraLIQ, Acıqlı Səslər və Siqaret qoxusu ona sarılırdı.

Pis yuxu. Oyana bilmirdi. Əl-ayağı möhkəm bağlanıb. Qaranlıq, acıqlı səslər, siqaret qoxusuynan.

Hardansa rəngarəng qatar da gəldi. Düz burnunun ucunda dayandı. Qatara mindilər. Gülümsəyir, əl eləyirdilər.

Hamı YADLAŞIR, heç kəsi tanımır, şübhələr bic-bic zümzümə eləyir.

Qaçdı. Qapıdan çıxanda dartındığını hiss elədi. Əsim-əsim əsdi. Kimsə onun qolundan saxlayıb salam verdi. Sifətini ona yaxınlaşdırıb öpdü də. Qaranlıq, səsli, siqaret qoxulu idi öpüşü. Cavab salamını gözləməyib ardınca keyfini əhvalını soruşdu. Tanımadığı bu adama “Yaxşıyam, sağ ol” deyib qaçmaq istədi. Amma suallar bir ucdan gəlirdi. Bu insan onu əmməlicə tanıyırdı. Qaçıb qarderoba yaxınlaşdı. Ciblərini gəzdi. Nömrəni tapa bilmədi. Cibində olanları xışmalayıb yerə tökdü. Portmone, qəpiklər, manatlar, telefonları, qulaqlıqlar, açarlar, qaranlıq, acıqlı səslər, siqaret qoxusu.... nömrə. Gödəkcəsini qapıb qaçdı.

Qarşıdakı qapının ağzında: “A qde Akif?” - qarasevdalı qadın dedi. Yanında ağ paltarlı iki uşaq və yaşlı qadın var idi.

Mən Akif zad tanımıram, əl çəkin məndən rahat buraxınnnnnn.

Qadının sifət mimikaları dəyişmədi. Uşaqların, elə yaşlı qadının yalvarışlı baxışları da Akifi soruşurdu. Qaçdı. Kürəyinə dəyən, deşən baxışlar, bu dəqiqə yıxılacaqdı. Dayandı. Baxış zərbələrinə davam gətirdi. Yavaşca geriyə döndü. Onlara yaxınlaşdı: “On skoro pridet...” Onlara baxa-baxa geriyə gedirdi. Yalvarırdı ki, vurmasınlar daha onu. Baxışları ilə.

Böyük restorana çıxdı. Bom-boş stollar. Lifti tapdı. Qapıları açıldı. Ordan Akiflər çıxır.

Özünü liftə salıb biri sıxdı. Yerə oturdu. 2-ci mərtəbədə qapılar açıldı. Yenə həmin qadın uşaqlarla və yaşlı qadın. Bəs Akif hanı? Tələsik yenə bir düyməsini basdı. 5-ci mərtəbədədir. Qapıları yenə həmin arvad yedəyində uşaqları və qoca arvad kəsdirib. Hanı Akif?

Yenə 1 düyməsi. 3-cü mərtəbədədir. Akifi soruşurlar.

Çölə qaçır. Təmiz hava. Təzəcə biçilmiş otların iyi. İşıq. Otları biçib sulayan dayıya yaxınlaşdı. Heç nə deməyib şlanqı onun əlindən aldı. Əl üzünə su vurdu.

Şlanqı qaytarıb dedi: Akif dayı, Sizi yuxarıda gözləyirlər... Kişi heç nə anlamayıb sulamağa başladı.

Yavaş-yavaş özünü sürüdü. Üzü üstə otlara yıxıldı. Gözlərini yumdu. Gülümsədi.

Yumşaq, səssiz, işıqlı otlar. Üzünü nəsə dalamağa başladı. Gözlərini açdı. Özünü quru böyük ot kollarının içində tapdı. Qəbiristanlıq. Molla və ağlaşma səsləri. Üst-başını təmizləyib getməyə başladı. Uzaqlaşdıqca molla və ağlaşma səsləri azalırdı. Ayağının altında qalan qurumuş qəbiristanlıq otlarının səsini daha da yaxşı eşidirdi.

Hava qaralırdı. Külək artırdı, yağış başlayırdı.

# 805 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
# # #