Kulisin əməkdaşı qalib oldu - “Qızıl Kəlmə”

Kulisin əməkdaşı qalib oldu - “Qızıl Kəlmə”
28 aprel 2017
# 16:44

“Qızıl Kəlmə” Ədəbi Mükafatının 2017-ci il üzrə qalibləri müəyyən edilib. Kulis.azın məlumatına görə mükafata əsərlərin qəbulu 2016-cı ilin noyabr ayında başlanıb və cari ilin 10 aprel tarixində başa çatıb.

“Qızıl Kəlmə” Ədəbi Mükafatı 2009-cu ildən etibarən, iki ildən bir olmaqla keçirilir.

Müsabiqəyə 5 nominasiya üzrə 100 əsər təqdim edilib.

Bütün əsərlər “Qızıl Kəlmə” Ədəbi Mükafatı Komissiyasının üzvləri tərəfindən oxunub və qiymətləndirmə cədvəlində komissiya üzvləri hər nominasiya üzrə seçdiyi əsəri xüsusi işarə ilə qeyd ediblər. Daha sonra Komissiyasının yekun iclasında qiymətləndirmə cədvəlinə əsasən alınan nəticələr səsə qoyulub.

Beş əsas mükafatla yanaşı, daha iki əsəri fərqləndirən “Şans” ödülünün verilməsi məqsədəuyğun sayılıb.

2017-ci il üzrə “Qızıl Kəlmə” Ədəbi Mükafatının qalibləri aşağıdakı kimi müəyyən edilib:

Nəsr əsərləri nominasiyası üzrə

Sona Vəliyeva. “İşığa gedən yol” kitabı

Vaqif Nəsib “Sənsizlik, mənsizlik, onsuzluq” romanı

Əkrəm Qaflanoğlu. “Talelər kəsişəndə” kitabı

Poeziya əsərləri nominasiyası üzrə

Firuzə Məmmədli. “Seçilmiş əsərləri” kitabı

Vaqif Bayatlı Odər. “Hər iki dünyanın ən gözəli” silsilə şeirləri

Ədəbi tənqid və publisistika əsərləri nominasiyası üzrə

Bəsti Əlibəyli. “İkinci mətn” kitabı

Nərgiz Cabbarlı. “Qurtuluşdan sonra. Yeni nəsil ədəbiyyatı” kitabı

Orijinaldan bədii tərcümə əsərləri nominasiyası

Əyyub Qiyas. Svetlana Aleksiyeviçin “Müharibənin qadın olmayan üzü” romanı

Fərid Hüseyn. Orxan Kamalın “Nazim Hikmətlə 3 il yarım” əsəri

Uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyası üzrə

Zahid Xəlil. “Ağ leyləklər” kitabı

Qəşəm Nəcəfzadə. “Çiçəkli xalça” kitabı

“Qızıl Kəlmə” Ədəbi Mükafatı çərçivəsində “Şans” ödülü

Mirmehdi Ağaoğlu. “Alman malı” kitabı

Şəhriyar del Gerani. “Darıxmağın adı” kitabı

Mükafatın təqdimatı 01 may 2017-ci il tarixində, saat 16:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Qaliblərə diplom, pul mükafatı və xüsusi plaket hədiyyə ediləcək.

# 795 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #