Bizim işimiz nədir? – Kamyunun essesi

Bizim işimiz nədir? – <span style="color:red;">Kamyunun essesi
1 aprel 2017
# 12:00

Kulis.az Alber Kamyunun “Prometey cəhənnəmdə” essesini təqdim edir.

Zənnimcə, baş qaldıran qüvvə olmayınca,

ilahilikdə nəsə çatışmır.

Lukian. “Prometey Qafqazda”

Müasir insan üçün Prometeyin nə anlamı var? Şübhəsiz, demək olar ki, tanrıya qarşı çıxan bu qiyamçı – bu günümüz üçün nümunədir və bu müqavimət min illər öncə Skifiya çöllərindən başlanmışdı, hazırda tarixin belə bilmədiyi bir sarsıntılarla sona çatır. Amma eyni zamanda bizə nəsə təklif edir, o izləyicidir, hal – hazırda aramızdadır, ancaq biz onun insanlıq adına qiyama çağıran tək səsinə qarşı karıq.

Əslində, bu günümüzün insanı – dar dünyanın saysız – hesabsız toplumları əziyyət çəkir, o, ocaq və qidadan məhrumdur və azadlıq onun üçün – həm də gözləyəcəyi təmtəraqdır; və məsələ burasındadır ki, onun iztirabları daha da artacaq, amma azadlıq və onun sonunda şahidləri bir o qədər az qalacaqdır. Prometey insanları o qədər çox sevirdi ki, qəhrəman bir dəfəsində insana hədiyyə olaraq od və azadlıq, sənətkarlıq və incəsənəti bəxş etdi. Bu gün insanlıq yalnız buna ehtiyac duyur, onu yalnız bu qayğılandırır – sənət. Onun qiyamı maşınlarda təcəssüm edir, amma incəsənət və incəsənət kimi qiymətləndirilən hər şeyi, o, müdaxilə və köləlik əlaməti sayır. Axı Prometey, əksinə, maşınlarla incəsənət arasında heç fərq qoymamışdı. O düşünürdü ki, cismi və ruhu dərhal azad etmək mümkündür. İndiki zamanın insanı isə düşünür ki, əvvəlcə bədənini xilas etsin, ruh bu zaman hətta ölə də bilər. Bəs ruhun məhv olması bu zaman baş verə bilərmi? Əgər Prometey bir də dünyaya qayıtsa idi, insanlar həmin qədim allahlar kimi davranardı: onu, təmsil etdiyi o həmin insanlıq adına qayaya zəncirləyərdi. Və məğlub olmuş qəhrəmana Esxilin faciəsi zamanı dinlədikləri, eyni düşmən kəsilən səslərlə təhqir yağdıracaqdılar: Zorakılıq və Qəddarlıq səsləri.

Ola bilsin ki, mən qıtlıq dövrünün çılpaq ağacları altında, bizim dünyanın qışı qarşısında baş əyirəm? Amma bu işıq həsrəti özü mənə əsas verir: o, mənə o biri dünya, həqiqi vətənim haqqında danışır. Çox insanlar var ki, bu ayrılıq onlara yad deyil? Müharibə başlayan il Ulissin (Odisseyin) üzüb keçdiyi həmin sularla dəniz səyahətinə çıxdım. O zamanlar cibində bir quruşu belə olmayan gənc hələ xoş xəyallar qura bilirdi – işıqlı dünya axtarışı ilə dənizləri arxada qoydum. Ancaq mən hamı kimi hərəkət etdim. Gəmiyə heç minmədim. Mən öz yerimi cəhənnəmin taybatay açıq qapılarına dartıb aparan uzun bir növbədə aldım. Bir – birimizin arxasınca daxil olurduq. Elə birinci günahsız ölünün qışqırıqları ilə də qapı bizim üzümüzə çırpıldı. Özümüzü cəhənnəmdə tapdıq, artıq çıxış yox idi. Altı uzun il boyu burada yer tapmağa çalışdıq. Xoşbəxt adaların isti mənzərəsi bizlərə darıxdırıcı o illərdə yalnız od və günəşdən məhrum uzaqlarda mövcud idi.

Rütubətli və qaranlıq Avropa gecələri özündən asılı olmadan məyusluqla, titrəyə – titrəyə və acılarını anlayaraq, Şatobrianın qocalığında Yunanıstana yola düşən Amperə müraciətini necə də xatırlayırsan: “Siz artıq mənim Attikada gördüyüm nə zeytun yarpaqlarını, nə də üzüm salxımlarını tapa bilməzsiniz. O illərin hər otuna görə üzülürəm. Gücüm süpürgəotunun bircə kolunu xilas etməyə yetmədi. “Biz həmçinin, baxmayaraq ki, damarlarımızda təzələnmiş qan dövr edirdi, əsrimizin eybəcər qocalığı ilə yüklənmişdik, bəzimiz bütün dövrlərin otluqlarına, özümüz seyrinə gedə bilməyəcəyimiz zeytun yarpaqları, azadlıq üzümləri üçün acıyırdıq. Ətraf hər yerdə – insanlar, insan harayları, iztirablar və hədələr. Bu qarma – qarışıqlıqda çəyirtkələrə daha yer qalmadı. Tarix – süpürgəotunun bitmədiyi bar verməyən torpaqlardır. Yenə də müasir insan tarixi seçdi, bacara bilmədi, ondan üz çevirməyə haqqı yox imiş. Amma tabe etmək niyyətində ikən, əvəzində, səbirlə hər ötən gün onun köləsinə çevrildi. Beləliklə, buradaca insan Prometeyə xəyanət edir, “fikrində cəsarətli və həssas ürəkli olan” gənc. Bu məqamda insan övladı Prometeyin xilas gətirmək istədiyi yerdən yoxsul heçliyə geri dönür. “Onlar xəyalların kölgələri kimi baxırdılar və görmədilər, qulaq verirdilər və eşitmədilər.”

Bəli, bir gecə Provansedi, yetər ki, əsrarəngiz təpələrini, duz küləyini anlayasan: bütün işlər hələ qarşıdadır. Yenidən biz odu ixtira etməyə, sənətkarlığı ucaltmağa məcburuq, bədənin aclığını bu yolla sakitləşdirmək mümkündür. Attika, azadlıq və üzüm tənəkləri, ruhun qidası – bütün bunlar sonra. Bizə demək qalır ki: “Heç vaxt onlar artıq olmayacaq, ya da onları heç kim tanımayacaq” – hər yola əl atmaq lazımdır ki, heç olmasa başqaları çarəsiz qalmasın. Kimə dərk etmək ağrılı gəlir və kim kədər hiss etmədən bunu anlamağa çalışır, bizlər çox erkən yoxsa çox gec gəlmişik? Süpürgəotunu əkməyə bircə imkan olacaqmı?

Təxmin var ki, bu suala Prometey nə cavab verəcək. Bəli, əslində o çoxdan cavab deyib: “Tam başqa və maraqlı gələcək – ölüm haqda söz verirəm, əgər sizin qabiliyyətiniz çatsa, hünər və güc öz əlləri ilə onun öhdəsindən gələcək.” Bax, xilas öz əlimizdədirsə, əsrin sualına cavab verirəm mən: “Bəli”, insanlar var ki, bu düşüncə gücünü və aydın mərdliyini o insanlarda hiss edirəm. “Ədalət uğrunda, əziz anam – Prometey hayqırır – sən mənim iztirablarımın şahidisən!” Hermes qəhrəmana istehzayla gülür: “Təəccüb edirəm, necə qabaqgörənsən ki, peyğəbmərlik edib səni işgəncə gözlədiyini bilmədin.” “Bunu bilirdim” – cavablandırdı asi. Haqqında danışdığım insanlar həm də ədalət uşaqlarıdır. Onlar ümumi iztirablardan və onun haradan gəldiyini bilə – bilə əziyyət çəkir. Onlar aydın bilirlər ki, kor ədalət mümkün deyil, tarixin gözü yumuludur, belə alınır ki, onun məhkəməsini inkar etmək və mümkün qədər düşüncə məhkəməsi ilə əvəz etmək lazımdır. Və son, burdaca bizim əsrimizə yenidən Prometey gəlir.

Miflər yalnız özləri üçün yaşamır. Onlar gözləyir ki, biz onları cana və qana gətirək. Heç olmasa bircə insan yer üzündə onların çağırışına hay versin – və onlar bizi özlərinin bitməz – tükənməz meyvə şirələri ilə doydurur. Bizim işimiz – onları qoruyub saxlamaqdır, elə etmək ki, onların yuxusu əbədi yuxuya çevrilməsin, dirilmə imkanı olsun. Və üstəlik, onun uşaqlarını, onların cismini və ruhunu xilas etmək mümkündür. İşıqlı gələcəyə və xoşbəxtliyə yol aça bilərik. Əgər biz boz həyatla və deməli, azadlıqdan məhrum (çünki gözəllik azadlıq deməkdir) mövcudluqla barışmalıyıqsa, onlardan biri olan Prometey haqqında mif xatırladacaq: insan xislətini ancaq bir müddətlik təhrif edə bilərsən, insana xidmət isə birlik və tamlığında mümkünləşə bilər. Əgər o acdırsa, həmçinin çörək və süpürgəotuna ehtiyac duyursa, doğru budur ki, ilkin çörək zəruridir, heç olmasa süpürgəotu haqda yaddaşımızı qorumağı öyrənək. İnsanlıq tarixinin qaranlıq dövrlərində Prometey öz ağır əməyindən geri qaçmadan torpağı və yabanı otları görmək qabiliyyətini saxlayıb. Zəncirlənmiş qəhrəmana ildırım və şimşək yağdırırlar, ancaq o, insana olan səssiz inamını itirmir. Bax, bu səbəbdən o, qayadan sərt, qana susamış qartaldan dözümlüdür. Bu əbədi dəyanət tanrılara qarşı üsyandan daha yüksək durur, bizim üçün məna kəsb edir. Və bu qeyri – adi iradə hər şeyi vahid, bütöv kimi qoruyur, ayrılmadan hər zaman barışırdı və dünya baharına qatlaşan insan qəlbi bir daha barışacaqdı. /solfront.org/

Tərcümə: Şərif Abde

# 775 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #