Aqşin Yeniseyin Xocalı şeiri: Qan izi ümid yoludur

Aqşin Yeniseyin Xocalı şeiri: <span style="color:red;">Qan izi ümid yoludur
26 fevral 2017
# 11:00

Kulis.Az Aqşin Yeniseyin “26 fevral 1992” şeirini təqdim edir.

Sudan keçərkən adamlar

Aldatmaq üçün düşməni

Kişiyə oxşadı su

Qadına oxşadı su

Qarışdı kişi və qadın sular

Su gözlü çocuqlar doğdu çay.

İlk dəfə deyildi ki,

Böyüklər kimi öldürülürdü çocuqlar

Balaca cənazələri

Böyüklərin cəsədləri arasında

Bir “və” bağlayıcısı

Dəhşət önündə

Səsə çevrildi çocuqlar

çocuq səsin, səs çölün içində gizləndi

Səs çölün balasıydı

Sonsuzdur səssiz çöl!

Çocuq qadının, səs çölün balasımı?

Balası...

Çocuq və səs

Görən hara getdilər bəs?

Çöl və qadın

Qan izinə üz tutub

Gəzər balalarını

Qan izi ümid yoludur.

# 1241 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #