Bizim məktəblər niyə yararsızdır?

Bizim məktəblər niyə yararsızdır?
22 fevral 2017
# 14:11

Hacıağa Əliyev

Quba Özəl Türk Liseyində oxuyanda, müəllimə istehza ilə “Qəçreş kənd orta məktəbinin təmiri və kompüterləri bizim liseydəkilərdən yaxşıdır” demişdim. Müəllim gülümsəyərək üzümə baxıb, “ O, məktəbdən neçə Ərşad, neçə Tural çıxıb? ” sualını verdi.

Müəllim Quba Özəl Türk Liseyi və Pekin Dövlət Universitetinin məzunu, Fizika üzrə Azərbaycana ilk Beynəlxalq elm olimpiada medalını gətirmiş Ərşad Paşayevi və Quba Özəl Türk Liseyi və Massaçusest Texnologiya İnstitunun məzunu, Fizika üzrə Beynəlxalq elm olimpiadasının qızıl medalını qazanmış Tural Bədirxanlını nəzərdə tuturdu.

Bu sual illərlə izi üzümdə qalan şillə idi. Ölkədə ən böyük problemlərdən olan ixtisaslaşmanın əsas günahkarı o məktəblərdir. Hansı ki, təmiri və bahalı kompüterlərindən başqa heç nəyi yoxdur. Çünki, onlar məktəb deyil, sadəcə şagirdlərin vaxt öldürdüyü binadır. Məktəb başqa məfhumdur, məsələn ölkədə çox bahalı şadlıq sarayları və hotellər var, lakin onlardan sadəcə Hyatt Regency hoteli məktəbdir, peşəkar aşpazlar bunu yaxşı bilir. Ölkədə 10-dan çox TV kanal var, ancaq onlardan sadəcə üçü - AzTV və indi olmayan ABA, ANS - məktəb idi. İnternet aləminin də məktəbi chat.az idi.

İndi ölkədə ən böyük problem də budur, gənclərin istiqamətlənəcəyi heç bir məktəb yoxdur. Heç kim yetişdirməyə çalışmır, ixtisasları strukturlaşdıraraq analiz etsəniz görə bilərsiniz ki, fərdiyyətçilik ön plana çıxır. Fərdiyyətçilik ön plana çıxdığı halda isə, qarmaqarışıqlıq yaranır, cəmiyyət formalaşmır. Bütün sahələrdə olduğu kimi, idman sahəsində də komanda oyunlarında uğur qazana bilməmişik. Qurumlarda da performans tələbi olmadığı üçün, formal hesabat sistemində müsbət nəticə əldə etməyin absurd olduğunu görməkdəyik. Bu halda isə, insanların seçim şanslarının azalması, alternativ seçimlərə sahib olmaması və eyni zamanda irrasional qruplaşmalara meyllənməsinin şahidi oluruq. İnkişaf etmiş cəmiyyətlərin ilkin formalaşma mərhələsi məktəblərdən keçib, fəlsəfə, siyasət və iqtisadiyyat elmlərinin ilkin formalaşma məktəbləri mövcuddur. Bunlar formalaşdıqdan sonra isə, rəqabət prinsipləri meydana çıxır. İnkişafın yeni tendensiya ilə müsbətə doğru hərəkətə keçməsi müşahidə oluna bilir.

Hal-hazırda, vətəndaşların edə biləcəyi ən yaxşı təşviq, qruplar halında ixtisasları üzrə məktəbləri formalaşdırmaqdır. Bu həmçinin valideynlərin də övladlarını istiqamətləndirmək üçün normal seçim şansına sahib olmasıdır. Əks halda irrasional qruplara meylliliyin qarşısı alına bilməz. Bu prosesdə müşahidəçi yox, iştirakçı mövqe sərgiləmədiyimiz müddət boyu, hər gecə tavana baxıb Norveç, İsveç xəyalları qurmaqla, gözlərimizi geridə qalmış bir cəmiyyətin soyuq xəstəxana divarları arasında yummağa hazırlamış oluruq.

# 757 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #