Kukla teatrında “Turp”un nağılı

Kukla teatrında “Turp”un nağılı
10 fevral 2017
# 17:30

Azərbaycan Dövlət Kukla Teatrında “Turp” tamaşası göstəriləcək.

Bu barədə Kulis.Az-a teatrın mətbuat xidməti məlumat verib.

Milli və dünya klassik nağıl nümunələrinə yer ayıran teatr bu dəfə də fərqli və dinamik səhnə yozumu ilə tamaşaçıların qarşısına çıxacaq.

Yaradıcı heyət bu dəfə məşhur rus xalq nağılı “Turp”a müraciət edib. Artıq məşqləri gedən tamaşa daha çox aşağı yaş qrupu tamaşaçılar üçün nəzərdə tutulub.

Klassik xətti qorunub saxlanılan tamaşaya yeni obrazlar artırılmaqla dramaturji baxımdan daha da zənginləşdirilib. Nağılda qeyd olunan qəhrəmanlarla yanaşı üç yeni obraz – Müqəvva, Qarğa və Siçanın atasını daxil edilib.

Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimovdur.

Vizual elementlər və rəngarəng musiqilərlə zəngin səhnə işinin rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.

Teatrın aparıcı aktyoru, Respublikanın Əməkdar artisti Rəhman Rəhmanovun 60 illik yubileyi münasibətilə hazırlanan birhissəli uşaq tamaşasında qolçaq kuklalardan istifadə olunur. Əsas oyun xətti hazırlanma texnikasına görə gərdək arxasından olacaq tamaşada Rəhman Rəhmanovla (Baba) yanaşı daha iki canlı plan oyunu nəzərdə tutulur.

Martın əvvəllərində premyerası baş tutacaq tamaşada rolları Cəmilə Allahverdiyeva, Cavid Telman, Aygül Ağayeva, Nərmin Əhmədova, Samirə Nəcəfova, Vüsal Hüseynov, Elnur Əliyev və Firuzə Nəsibli ifa edirlər.

# 968 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #